oymaq sözü azərbaycan dilində

oymaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oymaq • 86.5672%
  • Oymaq • 11.9403%
  • OYMAQ • 1.4925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2014 •••••••••• 0.17
2015 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35

oymaq sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Kənd, el. [Quldurlardan biri:] Niyə, bir oymağın adamları deyilikmi? Ə.Haqverdiyev. Səfər əslən Qılınclar oymağından olub uşaqlığını kənddə keçirmişdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / oymaq
  • 2 is. Tikiş tikərkən iynə batmamaq üçün barmağa keçirilən bir ucu bağlı metal və ya başqa materialdan qalpaqcıq; üskük.

    Azərbaycan dilinin izahlı lüğəti / oymaq
  • 3 bax ovuşdurmaq. [Kərəm:] Mən baxardım, didarından doyardım; Gizlingizlin bağrım başın oyardım. “Əsli və Kərəm”. Bəylərbəyinin övrəti Şahnavaz xanım [Münəvvərin] alnını oyub huşa gətirmək istəyirdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / oymaq
  • 4 bax ovmaq1 2-ci mənada. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / oymaq

oymaq sözünün etimologiyası

  • 1 “Tayfa” (племя) mənasında işlədilən bu söz monqol dilinə məxsusdur. Mənası “qohum”, “nəsil” deməkdir. Özbək dilində aymok kimi işlədilir. Aylanmaq (dairələnmək) sözü ilə qohumdur, “qəbilə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Oy “çala” (яма) deməkdir. Oymaq onunla bağlıdır. Sinonimi üskük olan bu söz oyulmaq kəlməsi ilə kökdaşdır. İçi oyuq olduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Oy oyun sözünün etimonudur, ruscaya “играть”, “прыгать” kimi tərcümə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / oymaq

oymaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

oymaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 OYMAQ I is. İcma, kənd, oba. Pristav, naçalnik gələndə kəndə; Obanı, oymağı vururlar bəndə (Aşıq Ələsgər). OYMAQ II is. Tıxac, çarxların içərisində sürtünməni azaltmaq üçün metal borucuq və halqa. OYMAQ III is. Üskük. İynə, oymaq, çarqat, ənlik, kirşan alan!.. – deyə bağıraraq dolaşdı (H.Nəzərli).

    Azərbaycan dilinin omonimlər lüğəti / oymaq

oymaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. рыть, выдалбливать, высверливать, делать выемку, углубление; 2. община, хутор; 3. втулка; 4. наперсток;

    Azərbaycanca-rusca lüğət / oymaq
  • 2 1 глаг. 1. гравировать (наносить на поверхности металла, дерева, стекла и т.п. рисунок или надпись). Ağacı oymaq гравировать по дереву 2. размывать, размыть (разрушить, разорвать течением). Su sahili oyub вода размыла берег 3. высекать, высечь (выдалбливать, вырубать на камне, в камне). Mərmərin üzərini oymaq высекать на мраморе 4. долбить, выдалбливать, выдолбить (пробивать отверстие, делать углубление в чём-л. путем последовательных ударов). Qayanı oymaq долбить скалу, ağacı oymaq долбить дерево (о птицах) 5. резать, вырезывать, вырезать (делать, наносить чём-л. режущим надпись, рисунок и т.п.). Daşda naxış oymaq вырезать узор на камне; см. ovmaq 2 2 глаг. см. ovuşdurmaq. Alnını oymaq массировать лоб 3 сущ. 1. напёрсток (металлический колпачок, надеваемый на палец при шитье для предохранения от укола иголкой) 2. втулка (металлическая или деревянная затычка, пробка). Tunc oymaq бронзовая втулка 4 сущ. устар. 1. племя, род 2. село, деревня

    Azərbaycanca-rusca lüğət / oymaq

oymaq sözünün inglis dilinə tərcüməsi

oymaq sözünün fransız dilinə tərcüməsi

oymaq sözünün ləzgi dilinə tərcüməsi

oymaq sözünün türk dilinə tərcüməsi

"oymaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oymaq nədir? #oymaq sözünün mənası #oymaq nə deməkdir? #oymaq sözünün izahı #oymaq sözünün yazılışı #oymaq necə yazılır? #oymaq sözünün düzgün yazılışı #oymaq leksik mənası #oymaq sözünün sinonimi #oymaq sözünün yaxın mənalı sözlər #oymaq sözünün əks mənası #oymaq sözünün etimologiyası #oymaq sözünün orfoqrafiyası #oymaq rusca #oymaq inglisça #oymaq fransızca #oymaq sözünün istifadəsi #sözlük