* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Məskən, yer, meydan. [Aşıq Cünun:] Mərd oylağı Çənlibeldi; Məhbub xanım, bizim yerlər. “Koroğlu”. Qıjıltı, gurultu tutur qulağı; Buradır köhnədən qaçaq oylağı. H.K.Sanılı. Şairlər vətəni bizim tərəflər; Tərlanın oylağı yadıma düşdü. S.Vurğun. // Obrazlı təşbehlərdə. Könlüm oylağını yaxın gəzəli; Çoxları küsəndi mana, bənövşə! S.Vurğun. Yazda, payızda, qışda gülür çəmənim, bağım; Dəmir köksümsə çoxdan vuruşlar oylağıdır. S.Rüstəm. 2. Düzənlik, geniş sahə. Sərin olur yaylaqları yurdumun; Vardır geniş oylaqları yurdumun. Aşıq Bəylər. Genişdir oylağı, gendir meydanı; Yenəndə çaylağa dağın dumanı. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / oylaq1 Bu sözün qədim yazılışı ağla (быть безлюдным, пустовать), ağlat (безлюдный, уединный) formalarında olub. Aylat feili rus dilinə “удолять, свободным” kimi tərcümə edilib. Sözün qədim mənası “ətrafı bağlı” demək olub, ağıl (qoyun xalxalı) kəlməsi ilə eyni kökə malikdir. Görünür, ilkin kök ay sözü olub, sonradan oy formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oylaq1 сущ. 1. местообитание. Bülbüllər oylağı местообитание соловьев, ceyranlar oylağı местообитание джейранов 2. местопребывание (место, где кто-л. пребывает, находится) 3. равнина, простор (свободное обширное пространство, местность). Yurdumun oylaqları просторы Родины моей
Azərbaycanca-rusca lüğət / oylaq