* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “vələd” söz. cəmi] 1. Oğul və ya qız; uşaq, oğul-uşaq. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Bəhram:] Ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı. 2. Nəsil, soy, zürriyyət. Qəhrəmandır onun azad övladı; Qafqazda məşhurdur onların adı. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / övlad2 ə. «vələd» c. 1) ata-ananın uşaqları; 2) t. nəsil. Övladi-Mustafa bax övladi-rəsul; övladi-rəsul peyğəmbər övladı, peyğəmbər nəsli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / övlad1 Ərəbcə vələd sözünün cəmidir. Vəliəhd, Şahvələd, Validə kimi sözlərlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / övlad2 ÖVLAD (oğul, qız vəs.) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək, 30 il onunla gün keçirib övladı olmadı (N.Nərimanov); FƏRZƏND Dünyanı soyub, eyləyə hər gün səni xürsənd; Sağ ol, belə fərzənd! (M.Ə.Sabir); XƏLƏF Derdim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf olarsan (M.Ə.Sabir); UŞAQ [Veysəl:] Uşağımız yoxdur. Sonsuz olanda bəyəm dünya dağılar? (B.Bayramov); VƏLƏD (köhn.) Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!.. (M.Ə.Sabir); VƏLİƏHD Piri baba: Sən də mənə vəliəhd olacaqsan (Mir Cəlal); YAVRU Yavrusunu atır ana; O quzğunun qucağına (S.Vurğun). 2. övlad bax nəsil 1
Azərbaycan dilinin sinonimlər lüğəti / övlad2 сущ. 1. ребёнок; дети: 1) сыновья и дочери (независимо от возраста). Övladı olmaq иметь детей, övladı olmamaq не иметь детей, doğma övladlar родные дети, yeğanə övlad единственный ребёнок, övlad böyüdüb tərbiyə etmək вырастить и воспитать детей 2) ближайшие потомки, молодое поколение. Başladığımız işi övladlarımız davam etdirməlidir дела, начатые нами, должны продолжать наши дети 3) о людях, усвоивших характерные черты породившей их среды, обстановки. Təbiətin övladları дети природы 2. сын; сыны (человек как носитель характерных черт своего общества, народа). Vətənin igid övladları отважные сыны Родины (Отчизны), öz zəmanəsinin övladı сын своего времени, öz xalqının övladı сын своего народа II прил. сыновний (свойственный сыну, относящийся к сыну). Övlad borcu сыновний долг, övlad məhəbbəti ilə sevmək kimi любить сыновней любовью кого; övladı olmayanın bir dərdi var, olanın – iki нет детей – горе, есть – горе вдвойне
Azərbaycanca-rusca lüğət / övlad1 i. child*; descendant; ~ı olmaq to give* birth to a to child*; to have* a child
Azərbaycanca-ingiliscə lüğət / övlad1 is. enfant m ; bébé m ; petit m, petite f ; ~lığa götürmə adoption f ; ~lığa götürmək adopter vt ; ~lığa götürülmüş adopti//f, -ve ; təbiətin ~ı enfant m de la nature
Azərbaycanca-fransızca lüğət / övlad1 [ər. “vələd” söz. cəmi] сущ. 1. эвлед, велед; руш ва я гада; аял, аял куял; 2. сихил, несил; // övladi-rəsul пайгъамбардин эвлед, пайгъамбардин сихил.
Azərbaycanca-ləzgicə lüğəti / övlad(Cəlilabad) nəsil, tayfa, əqrəba. – Mının övladınnan orda – İranda qalan çox var
Azərbaycan dilinin dialektoloji lüğəti.