* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Yatmamış, yuxulamamış, yuxuya getməmiş. Kim yatmış, kim oyaq? – [Miraxur Səfərə:] Yuxuda boğazıma kəmsik salıb məni boğmaq istəyiblər. Yaxşı ki, sən oyaq imişsən. Çəmənzəminli. [Türbət İmamyara:] Bu gecə qonaqlıqdır, adamlar hamısı oyaq olacaq… C.Cabbarlı. 2. məc. Ehtiyatlı, ehtiyatkar, ayıq, sayıq. Çox oyaq adamdır.
Azərbaycan dilinin izahlı lüğəti / oyaq1 Oy (ay) “ağıl” deməkdir. Oyğur “ayıltmaq”, oyaq “бодрый” mənasını əks etdirib. Oy ismindən oy-a feili, ondan da oyaq sifəti yaranıb. Mənası “ağlı üstündə olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oyaq2 1. OYAQ [Yatmayan:] Oyaq qalıb yenə də; O, gecəni sübhəcən (B.Vahabzadə); AYIQ Püstə: Hər gecə Şaki teatra gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı (S.S.Axundov); BİDAR (kl.əd.) Bidar olanın başı salamat ola, heyhat! (M.Ə.Sabir); YUXUSUZ Yuxusuz maral tək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım (Q.Zakir); OYANIQ. 2. oyaq bax sayıq
Azərbaycan dilinin sinonimlər lüğəti / oyaq1 OYAQ – YATMIŞ İmir oyaq idi (M.Süleymanlı); Yatmış uşağı dəli edərsən.
Azərbaycan dilinin antonimlər lüğəti / oyaq2 прил. 1. бодрствующий. Oyaq növbətçi бодрствующий дежурный 2. перен. разг. бдительный (крайне внимательный). Çox oyaq (ayıq) adamdır он очень бдительный человек; oyaq olmaq бодрствовать, не спать; oyaq qalmaq не засыпать, не заснуть, не спать
Azərbaycanca-rusca lüğət / oyaq1 s. 1. awake, wakeful, not asleep; 2. vigilant, watchful, wakeful, awake
Azərbaycanca-ingiliscə lüğət / oyaq1 sif. 1) celui qui veille ; veilleu//r, -se ; ~ olmaq veiller vi ; 2) vigilant, -e
Azərbaycanca-fransızca lüğət / oyaq1 прил. уях (1. ксанвачир, ахварал тефенвай; 2. пер. мукъаят, игьтиятлу).
Azərbaycanca-ləzgicə lüğəti / oyaq