* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti. Oraqla ot biçmək. – Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. M.F.Axundzadə. [Tanrıverdi] qıraq-bucaqda orağı hərlədi, xeyli ot çıxarıb düzə tökdü. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / oraq1 “Kəsmək”, “biçmək” anlamlarını əks etdirən ormaq feilimiz olub. Daramaq sözündən daraq yarandığı kimi, eyni qəlib üzrə ormaq feilindən də oraq ismi əmələ gəlib. Çin sözü də var və oraqdan fərqli olaraq, xırda dişlərə malikdir. Bu, alınma sözdür, Çin ölkəsinin adı ilə bağlıdır (müq. et: çini qab). Oraq sözünün orğaq variantı da var, deməli, indiki -aq şəkilçisi -ğaq şəkilçisindən törəmədir. (Or sözünün başqa mənaları da var, məsələn, bir mənası kəhər sözünün sinonimidir) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oraq2 I сущ. серп. Oraqla biçmək nəyi жать серпом что; orağın sapı серповище II прил. серповой
Azərbaycanca-rusca lüğət / oraq