* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Uzaq, uzaqda. İraq olmaq. İraq durmaq. – Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. □ İraq düşmək – uzaq düşmək, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov. İraq eləmək – uzaqlaşdırmaq, uzaq eləmək. Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər. İraq olmaq – uzaq olmaq, uzaq düşmək. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli. // İs. mənasında. Uzaq yer. Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq, iraq candan, iraq olsun – uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın… E.Sultanov. [Səriyyə xala:] İraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov. [Kiçikxanım:] Allah eləməsin, iraq candan! – deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / iraq2 Uzaq, uzaqda. İraqdı yollarım, rahimdi uzaq, Canansız cahan mənim üçün duzaq. Bənna işi deyil, bəs necə pozaq? Peymanıma xilaf olan deyiləm. (“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikası / iraq3 Uzaq, uzaqda. (“Koroğlu” dastanının lüğəti) Bəlkə, gəlmisən sorağa, Daşın atılar irağa, Hürü aparsın otağa, Adı bəlli xan Eyvazım! (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası / iraq1 “Uzaq” mənasında işlədilmiş (“gözdən uzaq, könüldən iraq” deyirik) bu söz ira (удалиться) feilindən -q şəkilçisini artırmaqla əmələ gəlib. Dilimizdə r-z əvəzlənməsinin geniş yayıldığını nəzərə alsaq, demək olar ki, elə uzaq sözünün özü də iraq kəlməsinin dəyişmiş formasıdır. Sözün ilkin kökü ir (ur) sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / iraq1 1. вдали, вдалеке; 2. далеко; 3. ирак (страна между тигром и евфратом); 4. иракский;
Azərbaycanca-rusca lüğət / iraq2 I нареч. далеко, вдалеке. İraq durmaq стоять вдалеке, iraq düşmək оказаться вдалеке, iraq eləmək удалять, удалить, iraq olmaq быть, находиться далеко II прил. далекий, дальный. İraq ölkələr далекие края, iraq ellər дальние страны; iraq olsun не приведи Господь, не дай Бог; gözdən uzaq – könüldən iraq с глаз долой – из сердца вон
Azərbaycanca-rusca lüğət / iraq1 I. s. distant, remote, far, far-away; ~ ölkələr distant / faraway countries II. z. far off, far; ~ durmaq to stand* far; ~ düşmək to be* far off, to live in a foreign country; İraq olcun! God forbid!
Azərbaycanca-ingiliscə lüğət / iraq1 sif. lointain, éloigné, -e ; ~ ölkələr pays m pl lointains ; ~ olsun! A Dieu ne plaise! iran sif. iranien, - ne ; ~ höküməti gouvernement m iranien
Azərbaycanca-fransızca lüğət / iraq1 1. нареч. яргъал; яргъаз; iraq durmaq яргъал акъвазун; iraq düşmək яргъаз хьун, яргъаз акъатун, къакъатун, яргъа хьун; iraq eləmək яргъаз авун, яргъазун; iraq olmaq яргъа(з) хьун, яргъаз акъатун, къакъатун; iraq, iraq candan, iraq olsun яргъаз хьуй, чавай яргъаз, ччандивай яргъаз, Аллагьди яргъазрай, Аллагьди къалур тавурай; 2. прил. яргъа, яргъал; 3. яргъ, яргъа (авай) чка, яргъал чка.
Azərbaycanca-ləzgicə lüğəti / iraq