Qıraq sözü azərbaycan dilində

Qıraq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qıraq • 54.9839%
  • qıraq • 42.4437%
  • QIRAQ • 2.5723%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qıraq Kəsəmən
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir. Ağalar bəy Qaçaq Kərəm (1860–1910) – Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. İsrafil ağa Kərbəlayev (1866–1917) – XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. Balasöyün – XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası). Hüseyn Arif (1924–1992) – Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Qıraq Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şimali Qıraq Daşı
Şimali Qıraq Daşı - Bakı şəhərindən şimal-qərbdə, Xəzər dənizində yerləşən elə də böyük olmayan qaya parçaları. İnzibati cəhətdən Siyəzən rayonu ərazisinə daxildir. Bu iri qaya parçalarının böyük hissəsi dəniz dibində yerləşir. Ümumi hündürlükləri dəniz səthində yuxarıda yerləşən hündürlükdən yüksəkdir. Bu daşlar haqqında xalq arasında əfsanələr gəzir. Bu daşların Xızır nəbi ilə əlaqəsinin olması deyilir.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. Əhalisinin sayı 3622 nəfərdir. Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Qıraqlı (Xaçmaz)
Qıraqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə yeni məktəb tikilib istifadəyə verilmişdir . Kənddə Qırağlı kənd məscidi dini icması fəaliyyət göstərir.

qıraq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şeyin kənarı, həddi, son xətti, yan tərəfi, yanı. Stolun qırağı. Bağlar yol qırağı ilə uzanıb gedir. – Sağ əlimi masanın qırağına dayayıb durdum. A.Şaiq. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. M.İbrahimov. □ Özünü qırağa vermək – kənara çəkilmək, bir yana çəkilmək. // Haşiyə, kənar. Bezin qırağı. Xalçanın qırağı. – Qırağına bax, bezini al. (Ata. sözü). 2. Sahil, kənar. Balıqçılar qayıq ilə qırağa çıxdılar. Dəniz qırağında gəzmək. – Gözüm yollarda qalmışdır; Xəbər yox Kür qırağından. S.Vurğun. 3. sif. Kənar, yad, özgə. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / qıraq

qıraq sözünün etimologiyası

  • 1 Qır sözü “kənar” demək olub. Ondan da qıraq əmələ gəlib. Görünür, qır həm də feil kimi işlədilib ki, -aq şəkilçisi onu sifətə çevirib. Qırmaq feili ilə qohumdur, “qırılan (qurtaran, kənar)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qıraq

qıraq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qıraq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QIRAQ – ORTA Sağ əlimi masanın qırağına dayayıb durdum (A.Şaiq); Qulam bu dəfə arxa tərəfdə yox, ortada, qurşağa qədər suyun içində oturdu (S.Qədirzadə). QIRAQ – DOST Dəryada çıraq yanar; Baxdıqca iraq yanar; Yar yarına qovuşsa; Dost gülər, qıraq yanar (Bayatı).

    Azərbaycan dilinin antonimlər lüğəti / qıraq

qıraq sözünün rus dilinə tərcüməsi

  • 1 1. край (стола, доски, книги и т.д.); 2. берег; 3. чужой, посторонний;

    Azərbaycanca-rusca lüğət / qıraq
  • 2 I сущ. 1. край. Uçurumun qırağında на краю обрыва (пропасти), səkinin qırağı ilə getmək идти по краю тротуара 2. опушка. Meşənin qırağı опушка леса 3. обрез, кромка. Qızıl qıraq kitab книга с золотым обрезом 4. геогр. оконечность. Burunun cənub qırağı южная оконечность мыса 5. окраина. Kəndin lap qırağında на самой окраине деревни 6. обочина, боковая часть. Qıraqla getmək ехать обочиной 7. разг. берег. Dənizin qırağı берег моря 8. сторона II прил. 1. чужой, посторонний. Qıraq adamlar чужие люди 2. побочный; qıraq durmaq сторониться чего-л., держаться, быть в стороне (от какого-л. дела), не вмешиваться во что-л.; qırağa atmaq отбросить в сторону; qıraqda qalmaq оставаться в стороне; qıraqda durmaq сторониться, стоять в стороне; qıraqdan baxmaq смотреть со стороны, не принимать участия

    Azərbaycanca-rusca lüğət / qıraq

qıraq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. edge; bank; suyun qırağı the water’s edge; 2. (dənizin) shore; dənizin qırağı seashore; 3. (çayın, gölün) bank; çayın qırağında on the bank of the river; 4. (kəndin, şəhərin və s.) outskirts pl.; kəndin qırağında on the outskirts of the village II. s. strange; ~ adamlar strangers: ~ yerdə elsewhere, somewhere else

    Azərbaycanca-ingiliscə lüğət / qıraq

qıraq sözünün fransız dilinə tərcüməsi

qıraq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къерех, регъел (мес. вацӀун, гьуьлуьн, фан); къвал (мес. столдин, рекьин); гьеже (мес. гамунин); // özünü qırağa vermək са къерехдихъ хьун, къерехдихъ къекъечӀун, са патахъ хьун, хкечӀун; 2. прил. къерехдин, патан, ччара (мес. кас).

    Azərbaycanca-ləzgicə lüğəti / qıraq

qıraq sözünün türk dilinə tərcüməsi

"qıraq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qıraq nədir? #qıraq sözünün mənası #qıraq nə deməkdir? #qıraq sözünün izahı #qıraq sözünün yazılışı #qıraq necə yazılır? #qıraq sözünün düzgün yazılışı #qıraq leksik mənası #qıraq sözünün sinonimi #qıraq sözünün yaxın mənalı sözlər #qıraq sözünün əks mənası #qıraq sözünün etimologiyası #qıraq sözünün orfoqrafiyası #qıraq rusca #qıraq inglisça #qıraq fransızca #qıraq sözünün istifadəsi #sözlük