İraqı sözü azərbaycan dilində

İraqı

Yazılış

  • İraqı • 99.5294%
  • iraqı • 0.4706%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əcəm İraqı
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı. 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
İraqın dövlət quruluşu
İraqın dövlət quruluşu - 2005-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == 2005-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə İraq parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1932) 3 oktyabrda qeyd olunur. == İnzibati ərazi bölgüsü == 18 bölgədən (mühafazatdan) ibarətdir (Əl-Anbar, Əl-Bəsrə, Əl-Müthənnə, Əl-Qədisiyyə, Ən-Nəcəf, Ərbil, Əs-Süleyməniyyə, Ət-Təmim, Bəbil, Bağdad, Dahuk, Di Qar, Diyala, Kərbəla, Meysən, Ninava, Sələhəddin, Vəsit). == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə İraqın müstəqilliyinin və suverenliyinin, habelə ölkədə milli birliyin qarantı olan Prezident - Nümayəndələr Məclisi (Parlament) tərəfindən 2/3 səs çoxluğu ilə, iki dəfədən artıq olmamaq şərti ilə, 4 il müddətinə seçilir. İraq Prezidenti Nümayəndələr Məclisi tərəfindən qəbul olunan müqavilələri və qanunları ratifikasiya edir, Baş nazirin təqdimatına əsasən əfv fərmanı imzalayır, “təntənəli və fəxri” məqsədlər üçün silahlı qüvvələrinin Ali Baş Komandanı vəzifəsini həyata keçirir. == Qanunverici hakimiyyət == 5 ildən bir seçki əsasında formalaşan Nümayəndələr Məclisidir. Qanunvericilik məsələləri ilə məşğul olan 325 üzvdən ibarət Nümayəndələr Məclisi aşağı palata sayılır . Nəzərdə tutulan Yuxarı Palata (İttifaq Şurası) hələ formalaşmamışdır. Qanunvericilik hakimiyyəti ilə yanaşı İraq Prezidentinin seçilməsi, Federal Kasasiya Məhkəməsi üzvlərinin, Baş Prokurorun, Ali Məhkəmə Şurasının təklifi ilə Məhkəmə Nəzarət Komissiyasının Prezidentinin, Ordu və qərargah rəisinin təyin və təsdiq edilməsi Parlamentin səlahiyyətlərinə aiddir.
İraqın suverenliyi
İraqın suverenliyi — beynəlxalq münasibətlərdə məsələ. Ölkənin suverenliyi 2003-cü ildə İraqa müdaxilə zamanı Səddam Hüseyni devirən çoxmillətli qüvvələr tərəfindən pozulmuşdur. 8 iyun 2004-cü ildə BMT Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi yekdilliklə qəbul edilmiş, bu qətnamədə "30 iyun 2004-cü ilə qədər işğala son qoymağa və İraqın tam suveren və müstəqil Müvəqqəti Hökumətinin tam məsuliyyət və səlahiyyəti öz üzərinə götürməsi"nə çağırış edilmişdir. Suverenliyin verilməsi faktiki olaraq vaxtından bir-iki gün əvvəl baş vermişdir. Bu, İraqın rəhbərlik etdiyi hakim qüvvələrə suverenliyin qanuni şəkildə qaytarılması və işğalın formal olaraq sona çatması ilə nəticələnsə də, praktiki məsuliyyətlər hələ də İraqdakı çoxmillətli qüvvələrə həvalə edilir. == Tənqidi == İraqda müharibənin tərəfdarları İraqın 2003-cü ilin iyununda öz suverenliyini bərpa etməsi və bununla da işğala son qoyulması fikri ilə razılaşırlar. Bu tərəfdarlar qiyamçıları İraq hakimiyyətinə qarşı üsyançılar kimi görürlər. Müharibənin bəzi əleyhdarları çoxmillətli qüvvələrin İraqda fəaliyyətinə davam etməsini işğal hesab edirlər.Müvafiq olaraq, onlar qiyamçıları əsas məqsədi xarici qüvvələri qovmaq olan "müqavimət" döyüşçüləri kimi müsbət müstəvidə xarakterizə edirlər. Tənqidçilər Fransadakı Vişi rejimini və 1980-ci illərdə SSRİ tərəfindən işğal olunmuş Əfqanıstanda Kremlin dəstəklədiyi rejimlə müqayisə edirlər. == İstinadlar == == Xarici keçidlər == Why Iraq could descend into Civil War - Hammernews U.S. sees Syria 'facilitating' insurgents Mission and Justice Aggregated News relating to the war and aftermath in Iraq.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.66 dəfə / 1 mln.
2002 •••••••••••• 3.43
2003 ••••••••••••••• 4.33
2004 •••••••••••••••••••• 6.06
2005 •••••••••••••••• 4.72
2006 ••••••••• 2.48
2007 •••••••••• 2.75
2008 •••••• 1.71
2009 •••• 1.12
2010 ••••••••• 2.45
2011 •••••••• 2.40
2012 ••• 0.69
2013 ••••••• 1.90
2014 •••• 1.03
2015 •••• 1.02
2016 ••••• 1.21
2017 •••• 1.14
2018 •• 0.60
2019 0.14
2020 ••• 0.66

"iraqı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iraqı nədir? #iraqı sözünün mənası #iraqı nə deməkdir? #iraqı sözünün izahı #iraqı sözünün yazılışı #iraqı necə yazılır? #iraqı sözünün düzgün yazılışı #iraqı leksik mənası #iraqı sözünün sinonimi #iraqı sözünün yaxın mənalı sözlər #iraqı sözünün əks mənası #iraqı sözünün etimologiyası #iraqı sözünün orfoqrafiyası #iraqı rusca #iraqı inglisça #iraqı fransızca #iraqı sözünün istifadəsi #sözlük