Arazı sözü azərbaycan dilində

Arazı

Yazılış

  • Arazı • 96.0784%
  • arazı • 1.9608%
  • ARAZI • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında (film, 1947)
Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. == Məzmun == Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir. Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır. == Film haqqında == Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında (vokal-xoreoqrafik poema)

Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == Məzmun == Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Arazın sahillərində (film, 1953)
Arazın sahillərində tammetrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1953-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır. == Məzmun == Film Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır.
Arazın səsi
Arazın səsi (qəzet)

"arazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arazı nədir? #arazı sözünün mənası #arazı nə deməkdir? #arazı sözünün izahı #arazı sözünün yazılışı #arazı necə yazılır? #arazı sözünün düzgün yazılışı #arazı leksik mənası #arazı sözünün sinonimi #arazı sözünün yaxın mənalı sözlər #arazı sözünün əks mənası #arazı sözünün etimologiyası #arazı sözünün orfoqrafiyası #arazı rusca #arazı inglisça #arazı fransızca #arazı sözünün istifadəsi #sözlük