* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 ər, igid azlar (tayfa adı); su, çay; bağlı olan çay. " Araz" çayının adındandır.
Azərbaycan kişi adlarının izahlı lüğəti / araz1 Çox adam fars mənşəli hesab edir, Radlova görə, ərəbcədir və “hirsli” deməkdir. Kür isə “dəli”dir. Çay adları üçün yarayan sözlərdir. Deyim var: “Araz aşığındandır, Kür topuğundan”. Aşıq heyvanın arxa ayaqlarının diz hissəsində olur, topuq ondan çox aşağıda yerləşir. Kür çayı Arazdan böyükdür. Bəs niyə belə ziddiyyət var? Ruslar bu deyimin müqabilində “море по колено” işlədirlər (“dərinlik bizi qorxutmur” deməkdir). Bizdə də həmin fikir ifadə olunub.
Azərbaycan dilinin etimologiya lüğəti / araz