* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm. Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın? S.Ə.Şirvani. Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu. C.Məmmədquluzadə. [Sara Bəhrama:] Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. C.Cabbarlı. □ Aram etmək (eləmək) – 1) sakit etmək, rahat etmək. Axund onu [Seyidi] bir növ aram edib evinə təklif etdi. Ə.Haqverdiyev; 2) sakit olmaq, rahat olmaq, dincəlmək. Sənsiz, ey can, könlüm aram eyləməz. Nəsimi. Aram olmaq – 1) sakit olmaq, rahat olmaq, qərar tapmaq; 2) səbir etmək. [Molla Qafar:] Kərbəlayı, bir aram ol. Bu saat məsələni qurtarmaq lazımdır. S.Rəhimov. Aram tutmaq (tapmaq) – sakit olmaq, rahat olmaq, qərar tapmaq, səbir etmək. Can neçün aram dutsun, həddən ötdü intizar. Xətayi. [Nuxalılar:] Ağa, sakit ol. Aram tut. Olacağa çarə yoxdur… M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / aram2 f. 1) qərar tapma, sakit olma; 2) rahatlanma, rahat olma; 3) bir yerdə qalma, sakit olma. Arami-dil (can) ürək dincliyi, can rahatlığı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / aram1 Farsca aramidən (sakitləşmək) feili ilə qohumdur. “Sakit” deməkdir.
Azərbaycan dilinin etimologiya lüğəti / aram1 sakitlik — qərar — rahatlıq — dinclik — sükut — səbir — dözüm
Azərbaycan dilinin sinonimlər lüğəti / aram1 1. тихий, спокойный; 2. тихо, спокойно; 3. беспрерывный, беспрерывно;
Azərbaycanca-rusca lüğət / aram2 сущ. 1. покой, успокоение 2. выдержка, терпение; aram etmək (eləmək) kimi успокаивать, успокоить кого; aram olmaq успокаиваться, успокоиться; aram tutmaq, aram tapmaq успокаиваться, успокоиться, держать себя в руках
Azərbaycanca-rusca lüğət / aram1 is. 1) repos m ; paix f ; apaisement m ; 2) maîtrise f ; patience f ; persévérance f
Azərbaycanca-fransızca lüğət / aram1 [fars.] сущ. секинвал, эпсинвал, регьятвал, динжвал, кьарай; сабур, эхун; aram etmək (eləmək) а) секин авун, секинарун, эпсинарун; б) секин хьун, эпсин хьун, регьят хьун; aram olmaq а) секин хьун, регьят хьун, са чкадал кьарай атун; б) сабур авун; aram tutmaq (tapmaq) секин хьун, эпсин хьун, регьят хьун, сабур авун.
Azərbaycanca-ləzgicə lüğəti / aram