avam sözü azərbaycan dilində

avam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avam • 87.0130%
  • Avam • 10.3896%
  • AVAM • 2.5974%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2006 ••••••••• 0.23
2007 •••••••••••••••• 0.42
2009 •••••••••••• 0.32
2010 •••••••••••••••••••• 0.54
2011 •••• 0.09
2012 ••••••• 0.17
2013 ••••••••••• 0.29
2014 ••••••• 0.17

avam sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Oxumamış, savadsız. Avam adam. – Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. C.Məmmədquluzadə. [Tahir:] Usta, məni o qədər də avam hesab etmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn. // Sadədil, sadəlövh. O çox avam adamdır. // İs. mənasında. Geridə qalmış adam, savadsız adam. Avamları başa salmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / avam

avam sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 cahil — savadsız — nadan

    Azərbaycan dilinin sinonimlər lüğəti / avam
  • 2 AVAM (geridə qalmış, oxumamış, savadsız adam) [Məmməd ağa:] Avam da var, avam da. Amma bunlar kimi avam men görməmişəm (N.Nərimanov); ANLAMAZ Al külüngü öz-özünə qəbir qaz; Ay yazıq, ey biçara, ey anlamaz (A.Səhhət); CAHİL Xosrov: Gördüm, ancaq o qədər müqəssir olmurdum. Çünki cahil idim (A.Şaiq); LAY-ƏLƏM (arx.) Rüstəm bəy: Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən! (Ü.Hacıbəyov); NADAN Rüstəm bilmədi ki, nadan yanında; Ağıla nə hacət, gözə nə hacət (B.Vahabzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / avam

avam sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AVAM – MƏDƏNİ Görürəm ki, mədəni adamsınız (İ.Fərzəliyev); Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / avam

avam sözünün rus dilinə tərcüməsi

  • 1 1. невежда, простак, неуч, темный человек; 2. невежественный, простой; 3. неграмотный;

    Azərbaycanca-rusca lüğət / avam
  • 2 I сущ. невежда, неуч II прил. неграмотный, непросвещённый, необразованный, невежественный, темный. Avam adam неграмотный человек, avam camaat невежественная публика

    Azərbaycanca-rusca lüğət / avam

avam sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. simpleton, nitwit, ignoramus; simpleton, uneducated man*; ~ olmaq to be* ignorant / uneducated II. s. ignorant, uneducated, illiterate; ~ adam ignorant / uneducated man*; ~ olmaq to be* ignorant

    Azərbaycanca-ingiliscə lüğət / avam

avam sözünün fransız dilinə tərcüməsi

avam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. прил. авам, кӀел тавур, чирвилер авачир; avam adam авам кас; // рикӀ ахъа, дуьзена; 2. сущ. авам, авамди, буьндуьгуьр.

    Azərbaycanca-ləzgicə lüğəti / avam

"avam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avam nədir? #avam sözünün mənası #avam nə deməkdir? #avam sözünün izahı #avam sözünün yazılışı #avam necə yazılır? #avam sözünün düzgün yazılışı #avam leksik mənası #avam sözünün sinonimi #avam sözünün yaxın mənalı sözlər #avam sözünün əks mənası #avam sözünün etimologiyası #avam sözünün orfoqrafiyası #avam rusca #avam inglisça #avam fransızca #avam sözünün istifadəsi #sözlük