* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] bax avam. [Məmmədağa:] Əvam da var, əvam da… Amma bunlar kimi əvam mən görməmişəm. N.Nərimanov. [Əxistan:] Əvam camaatı aldatmaq üçün; Bəzi tədbirlərə əl atmalıyam. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / əvam2 ƏVAM ə. avam. Ə’VAM ə. «amm» c. 1) kütlələr, ümumiyyət, hamı; 2) t. adi xalq kütləsi, xalqın savadsız hissəsi, qara camaat, rəiyyət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əvam