Qəvam sözü azərbaycan dilində

Qəvam

Yazılış

  • Qəvam • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhməd Qəvam
Əhməd Qəvvam (1877-1955) - İranın baş naziri == Həyatı == Əhməd Qəvvamın (1877-1955) iri torpaq sahibi idi, təcrübəli bir siyasətçi sayılırdı. İranın ABŞ-la münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi məşhur idi. Əhməd Qəvvamın təşəbbüsü ilə 1946-cı ildə yaradılan Demokrat Partiyası isə daha çox İran cəmiyyətinin siyasi və iqtisadi baxımdan imkanlı qüvvələrini birləşdirmək məqsədi daşıyırdı və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Lakin ölkədə kifayət qədər qüvvələr var idi ki, Qəvvam hökumətinin fəaliyyətindən ciddi şəkildə narazı idilər və onu tənqid edirdilər. Bu qüvvələr bir sıra qrup və təşkilatlarda birləşmişdilər, əsasən qəbilə başçıları, iri torpaq sahibləri və tacirlər, yüksək rütbəli hərbçilər və məmurlar, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlərdən ibarət idilər. Onlar ingilispərəst təmayüllü idilər, məclisdə də kifayət qədər nüfuz və söz sahibi kimi tanınırdılar. Məhz bu qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Bu baxımdan liberal-millətçi qüvvələri xüsusi ilə qeyd etmək lazımdır. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər.
Mirzə Qəvaməldin Məhəmməd
Mirzə Qəvaməldin Məhəmməd — 1661-1664-cü illərdə sədri məmalik (din işləri vəziri) vəzifəsini icra edən din və dövlət xadimi. Mirzə Rəfiəddin Məhəmmədin oğlu və beləcə yüksək səviyyəli dövlət xadimi Xəlifə sultan əl-Hüseyninin qardaşı. == Mənbələr == Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815. Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran.
Qəvamlar
Qəvamlar və ya Qəvam Şirazi xanədanı — Müsəlman olmuş yəhudi Haşimiyə xanədanının qollarındandır ki, Qacarlar dövründə Fars məntəqəsi və onun ətrafının hükuməti onların əlində idi. Qəvamların əcdadı, Molla Aşer Yəhudi, XVIII əsrin əvvələrində Qəzvindən Şiraza mühacirət edib.Qəvam Şirazi xanədanı, Molla Aşerin üçüncü oğlu, Hacı İbrahim Kələntərin nəslindəndirlər. == Tanınmış şəxsiyyətlər == Hacı İbrahim Kələntər — İranın baş naziri Mirzə Əbülhəsən xan Şirazi — Qacarlar dövlətinin xarici işlər naziri, şair Mirzə Fətəli xan Sahibdivan —Nasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi.

"qəvam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəvam nədir? #qəvam sözünün mənası #qəvam nə deməkdir? #qəvam sözünün izahı #qəvam sözünün yazılışı #qəvam necə yazılır? #qəvam sözünün düzgün yazılışı #qəvam leksik mənası #qəvam sözünün sinonimi #qəvam sözünün yaxın mənalı sözlər #qəvam sözünün əks mənası #qəvam sözünün etimologiyası #qəvam sözünün orfoqrafiyası #qəvam rusca #qəvam inglisça #qəvam fransızca #qəvam sözünün istifadəsi #sözlük