qənim sözü azərbaycan dilində

qənim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qənim • 94.1889%
  • Qənim • 5.3269%
  • QƏNİM • 0.4843%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərbi Qənimətlər Parkı
Hərbi Qənimətlər Parkı — Azərbaycanın Bakı şəhərində yerləşən park. Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. == Tarixi == Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Qənimət (teleserial)
Qənimət 24 iyun 2022-ci ildə Hubbard və Alan Yanq tərəfindən yaradılmış Amerika komediya televiziya serialıdır. Serialda baş rollarda Maya Rudolf, Mikela Rodriqez, Ron Funkes və Nat Fakson yer alır. == Aktyorlar və Personajlar == Əsas Molli Novak rolunda — Maya Rudolf Sofia Salinas rolunda — Mikela Rodriqez Nikolas rolunda — Kim Buster Hovard rolunda — Ron Funkes Artur rolunda — Nat FaksonQonaq David kanq Heyli rolunda — Dilan Gelula Kasinda rolunda — Kaitlin Relli Paul rolunda — Brendan Sanel Martin rolunda — Georgi Viner Renee rolunda — Kim VitleyDigər Novak rolunda — Skot Con Ronda rolunda — Migen Fay Ainsley rolunda — Stefan Stil Pyer rolunda — Oliver Martinez == Haqqında == 2021-ci ilin martında elan olundu ki, Alma TV+, Matt Hubbard və Alan Yanq tərəfindən yaradılmış Maya Rudolfun baş rolda oynayacağı adı açıqlanmayan komediya serialını sifariş edib. Mikela Rodriqez və Kim Busterdə serialın baş rolunda oynayacaqdı. Oliver Martinez noyabr ayında təkrarlanan rol üçün seçildi. Nat Fakson və Ron Funkes seriala ilk baxışdan sonra əsas aktyor heyətinin bir hissəsi kimi ortaya çıxacaqdılar. Baxış toplayıcı veb saytı Rotten Tomato, 42 tənqidçi rəyinə əsasən, 6,9/10 orta reytinqlə 81% bəyənmə reytinqi bildirdi.
Yırtıcı 5: Qənimət (film, 2022)
Yırtıcı 5: Qənimət (ing. Predator 5: Prey) və ya rəsmi adı ilə Qənimət (ing. Prey) — 2022-ci il ABŞ filmi. Film horror elementli elmi fantastika və döyüş janrındadır. Bu film "Yırtıcı" film franşizasının 5-ci fimidir və ilk 4 filmin ("Yırtıcı", "Yırtıcı 2", "Yırtıcılar" və "Yırtıcı 4") prikvelidir. Film, dünyaya Yırtıcıların il gəlişi və komançi hindi tayfasından olan qız Narunun onu məhv etməsindən bəhs edilir. Əhvalat 1719-cu ildə baş verir. == Rollarda == Ember Midtander — Naru Deyn Dilyeqro — Yırtıcı Dakota Bivers — Taabe, Narunun qardaşı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.41 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.72
2004 ••••••••• 2.02
2005 •••••••••••• 2.70
2006 ••••••••• 2.03
2007 •••• 0.85
2008 •• 0.24
2009 ••••• 0.96
2010 •••••• 1.36
2011 ••••• 1.03
2012 ••••• 0.95
2013 ••••••••• 1.90
2014 ••••••••••••••••••• 4.29
2015 •••••• 1.19
2016 •••••• 1.39
2017 •• 0.33
2018 ••• 0.60
2019 ••••• 0.97
2020 •••••••• 1.72

qənim sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Düşmən. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu meydanda qalanı. “Koroğlu”. Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Məmmədquluzadə. // Birinin öhdəsindən gələn, gözünün odunu alan, qəddar düşməni olan; dəhşət, qorxu yağdıran; bir şeyin tam ziddi. Qoyunun qənimi qurddur. Pişik siçanın qənimidir. – Hər şeyin bir qənimi, bir zavalı var. M.İbrahimov. Dekabrda olduğu kimi, bu batareya iyunun birindən bəri də düşmən təyyarələrinin qənimi idi. Ə.Əbülhəsən. □ Qənim kəsilmək, qənimi olmaq – düşmən kəsilmək, düşməni olmaq, öhdəsindən gəlmək, gözünün odunu almaq, öz gücünü tanıtmaq. Komandir tamamilə əmin olmuşdu ki, qorxu bilməyən gənclər düşmənin amansız qənimi olur. Ə.Vəliyev. Qənim olmaq din. – cəzasını vermək, uğursuzluğa məruz qoymaq, öz təsirini göstərmək. Xalalardan birisi gəlib mənə xəbər verdi ki, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu? “Mol. Nəsr.”

    Azərbaycan dilinin izahlı lüğəti / qənim

qənim sözünün etimologiyası

qənim sözünün sinonimləri (yaxın mənalı sözlər)

qənim sözünün antonimləri (əks mənalı sözlər)

qənim sözünün rus dilinə tərcüməsi

  • 1 ненавистник, губитель, мучитель

    Azərbaycanca-rusca lüğət / qənim
  • 2 сущ. 1. противник, ненавистник 2. губитель, губительница, мучитель, мучительница 3. перен. гроза кого, чего. Çempionların qənimi гроза чемпионов ◊ qənimi olmaq kimin, nəyin быть противником, грозой кого, чего; qənim əli карающая рука; Allah sənə qənim olsun да обрушится на тебя кара божья; mənim çörəyim sənə qənim olsun чтобы мой хлеб стал тебе поперёк горла, çörək mənə qənim olsun ki… чтобы я подавился, если …

    Azərbaycanca-rusca lüğət / qənim

qənim sözünün inglis dilinə tərcüməsi

  • 1 i. adversary, hater, destroyer; Allah sənə qənim olsun May God punish / curse you! ~i olmaq to manage (d.), to succeed in dealing with some difficulties; Onun qənimi mənəm I can manage him / her

    Azərbaycanca-ingiliscə lüğət / qənim

qənim sözünün fransız dilinə tərcüməsi

qənim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. душман; qənim kəsilmək, qənimi olmaq душман хьун, вагьтедай фин, вилин цӀай хьун, жуван (вичин) гуж къалурун; qənim olmaq дин. къалум хьун, жаза гун, эсер авун.

    Azərbaycanca-ləzgicə lüğəti / qənim

qənim sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. düşmən kəsilən; rəqib, düşmən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qənim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qənim nədir? #qənim sözünün mənası #qənim nə deməkdir? #qənim sözünün izahı #qənim sözünün yazılışı #qənim necə yazılır? #qənim sözünün düzgün yazılışı #qənim leksik mənası #qənim sözünün sinonimi #qənim sözünün yaxın mənalı sözlər #qənim sözünün əks mənası #qənim sözünün etimologiyası #qənim sözünün orfoqrafiyası #qənim rusca #qənim inglisça #qənim fransızca #qənim sözünün istifadəsi #sözlük