Qivami Mütərrizi
Qivami Mütərrizi — XII əsr Azərbaycan şairi.
== Həyatı ==
Nizami Gəncəvinin yaxın qohumu olmuş Qivami Mütərrizi XII əsrdə Gəncədə anadan olmuşdur. O, ədəbiyyat tarixinə Əbül-üla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə Qivaminin 7000 beytlik divanı olmuşdur. Bəzi mənbələr onun Nizami Gəncəvinin qardaşı olduğunu yazır.
== Yaradıcılığı ==
Qivami Mütərrəzinin divanı Britaniya muzeyində saxlanılır. Qivami Gəncəvinin təxəllüsü "Mütərrizi" olmuşdur. Onun "Bədiiliyin sehirkarlıqları" adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində saxlanılır.
== Əsərləri ==
Şair saray həyatına tamamiylə biganə olsa da, Eldəgizlərə, Cahan Pəhləvana, Qızıl Arslana qəsidələr yazmış, onların qüdrətini alqışlamişdır. Qızıl Arslanın ölümündən sonra ona şeir həsr etmişdir.