* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Qayda, tərtib, üsul. Nizam yaratmaq, – …Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə. □ Nizam qoymaq – qayda-qanun yaratmaq. [Mirzə Rza Fərhada:] İranda dəmir yol çəkmək istəyirdin, İranda nizam qoymaq istəyirdin. C.Cabbarlı. Nizama düşmək – qaydaya düşmək, yoluna düşmək. Kasıb kəndçilər firqəyə yazılırdılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi. E.Sultanov. Nizama salmaq (qoymaq) – qaydaya salmaq, tənzim etmək, qayda yaratmaq, yoluna salmaq. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Mirzə Sadıq:] Əvvəllər şah özü məmləkəti nizama salmaq istəyirdi. C.Cabbarlı. Nizamdan düşmək – dağılmaq, pozulmaq, səliqədən düşmək. 2. Sıra, cərgə, səf, düzülüş. □ Nizama durmaq – sıralanmaq, cərgəyə durmaq, səf bağlamaq. Yenə düşmən gəlib nizama durdu; Naçalnik mat qalıb boynunu burdu. “Qaçaq Nəbi”. 3. Nizamla şəklində zərf – müəyyən qaydada, müəyyən üsulla, tərtibatla, düzgün sıra ilə, sistemlə. Kitabları nizamla düzmək. Şagirdləri nizamla oturtmaq. – Yenə öz sürünü nizamla düzüb; Baş alıb gedirsən hayana, ceyran? S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / nizam3 ə. 1) qayda, qayda-qanun; 2) üsul, qayda; 3) bir işə rəhbərlik edən adam; başçı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nizam4 \. Bəzi elementlərin daxilində hər birinin müəyyən bir yeri olan bir birlik qurmaq şərtilə az yaxud da çox sağlam bir formada bir yerə sığışması. Yaxud da çoxlarının bir yerə, bir məqsədə, bir amala görə yığışması.
Fəlsəfə terminlərinin izahlı lüğəti / nizam1 Ərəbcə nəzm, intizam sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nizam3 1. NİZAM ..Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu (C.Məmmədquluzadə); İNTİZAM [Oğlan:] Bizim evimizdə intizam və ölçü altına girə biləcək bir şey yoxdur (M.S.Ordubadi); QAYDA, MİZAN, TƏRTİB, ÜSUL. 2. NİZAM, CƏRGƏ, SIRA, SƏF
Azərbaycan dilinin sinonimlər lüğəti / nizam1 1. порядок, дисциплина; 2. правило, положение, распорядок, уклад, регламент; 3. расположение; 4. строй;
Azərbaycanca-rusca lüğət / nizam2 сущ. 1. порядок (состояние благоустроенности, налаженности). Nizama salmaq приводить, привести в порядок, nizam qoymaq устанавливать, установить порядок, nizama düşmək упорядочиваться, упорядочиться, nümunəvi nizam образцовый порядок 2. распорядок (установленный порядок в каком-л. деле). Daxili nizam qaydaları правила внутреннего распорядка 3. строй, построение, строевой порядок. Nizama durmaq встать в строй
Azərbaycanca-rusca lüğət / nizam1 i. order; ~a salmaq to put* in order; özünü ~a salmaq to tidy oneself up, to set* oneself to rights; evi ~a salmaq to put* one’s house in order; ~a qoymaq to regulate (d.), to put* (d.) in (good) order; ~a düşmək to come* right; ~a qoymaq to put* in order (d.)
Azərbaycanca-ingiliscə lüğət / nizam1 is. ordre m ; ~a salmaq mettre vt en ordre ; régler vt ; ~ yaratmaq mettre de l’ordre ; daxili ~ qaydaları règlements m pl intérieurs
Azərbaycanca-fransızca lüğət / nizam1 [ər.] сущ. низам (1. къайда, тартиб; nizama düşmək низамда гьатун, къайдада гьатун, чкада гьатун; nizama salmaq низамда ттун, къайдада ттун; 2. жерге, цӀиргъ, акъвазун (жергеда); nizama durmaq низамда акъвазун, жергеда акъвазун, жергеда гьатун, цӀиргъина гьатун).
Azərbaycanca-ləzgicə lüğəti / nizam