* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. (Ata. sözü). Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir. 2. Qayda, nizam, səliqə, sahman. [Otaqları] nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə o mizanda diqqət vermişdi. M.S.Ordubadi. □ Mizana düşmək – qayda və səliqəyə düşmək, nizamlı və səliqəli olmaq. Ev mizana düşdü. // Qayda-qanun, nizam. Qərinələr keçdi, dövran dəyişdi; Pozuldu qurğular, mizan qalmadı. Aşıq Ələsgər. 3. xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı momentlərinə görə düzülüşü qaydası. Rejissor bu gün göstərdiyi mizanı sabah dəyişir və hər gün bir yeni mizan verirdi. S.Rəhman. 4. Çəki, ağırlıq, vəzn, ölçü. 5. Bax mizan-tərəzi. □ Mizana vurmaq – 1) çəkmək, tərəzidə çəkib ağırlığı bilmək; 2) məc. ölçüb-biçmək, mülahizə etmək.
Azərbaycan dilinin izahlı lüğəti / mizan2 ölçü, meyar, çəki, tərəzi; səviyyə, dərəcə; nizam, qayda.
Azərbaycan kişi adlarının izahlı lüğəti / mizan3 ə. 1) ölçü, meyar; 2) tərəzi; 3) vəzn, çəki; 4) astronomiyada: Tərəzi bürcü; 5) balans, müvazinət; 6) səviyyə, dərəcə; 7) qiyamətdə hər bir adamın savab və günahının çəkisini ölçmək üçün xüsusi tərəzi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mizan2 1 сущ. устар. весы (прибор для определения веса). Mizan qurmaq взвешивать, взвесить: 1. определять, определить тяжесть, вес вещи 2. перен. всесторонне обдумать, оценить 2 сущ. мизансцена (размещение актёров и сценической обстановки в отдельные моменты исполнения пьесы)
Azərbaycanca-rusca lüğət / mizan1 [ər.] сущ. мизан (1. терез (заланвал алцумдай); 2. къайда, низам, селигъа, рабатвал; 3. хуьс. тамашадин финифин чара-чара моментриз килигна артистар ва сегьнедин шараит туькӀуьрдай къайда; 4. заланвал, везин, алцумаг; 5. кил. mizan-tərəzi; mizana vurmaq мизандиз ягъун а) терездал чӀугун, алцумун, заланвал чирун; б) пер. юкӀ-чӀиб ягъун, веревирдун.
Azərbaycanca-ləzgicə lüğəti / mizan