məqam sözü azərbaycan dilində

məqam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məqam • 99.6283%
  • Məqam • 0.2739%
  • MƏQAM • 0.0978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məqam (musiqi)
Lad (Məqam) (rus. lad, ing. mode) – müxtəlif yüksəklikdə yerləşən səslərin bir birinə tərəf meyl edərək, eyni zamanda bir sabit səs tonika ətrafında birləşməsi; o cümlədən, həmin səsdən qurulan interval və ya akkord (adətən tonika üçsəslisi) ətrafında cəmlənməsi. Ladı əmələ gətirən səslər pillə adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya doğru artan sıra ilə rum rəqəmləri ilə işarə olunur. Ladın hər bir pilləsi müəyyən funksiya (vəzifə) daşıyır. Ladlar bir-birindən səssırasının quruluşuna görə fərqlənir, yəni səslər arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr arasındakı qarşılıqlı münasibət ladın səssırasının quruluşunu müəyyən edən amildir - bu, ladın quruluş formulu adlanır. Tonika ladın sabit, baş pilləsi olub, digər pillələri öz ətrafında cəmləşdirir.Qısa yazılış şəkli: T. Şərq musiqisində tonikaya "mayə" deyilir. Ladı təşkil edən səslərin yüksəklik üzrə tonikadan sonrakı oktavanın tonikasına qədər düzülüşü qamma (ladın səs sırası) adlanır. Qərb musiqisində əsasən iki lad – major və minor ladları geniş yayıldığından tədrisdə də buna müvafiq olaraq major və minor qammalarından istifadə olunur. Tədrisdə major qammasının yalnız natural növündən, minor qammasının isə natural, harmonik və melodik növlərindən istifadə edilir.
Ali məqam (film, 2002)
Ariflərin irfani məqamları (kitab)
Ariflərin irfani məqamları — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının IX fəslinin tərcümə və şərhi. == Məzmun == "Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiq və fəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən əvvəlcə 202, daha sonra isə yenə 2012-ci ildə 212 səhifədə 60x90 ölçüsündə çap edilib.
Bəhaullahın məqamı
Bəhaullahın məqamı - Bəhai dinin banisi olan Hz. Bəhaullahın dəfn olunduğu yer və bəhailər üçün qiblə rolunu oynayan məkan. İsrailin Əkka şəhərində yerləşən bu məkan ümumi olaraq Behçi köşkü kimi tanınır. Bəhaullahın məqamının ətrafı İran xalçaları ilə əhatələnmiş kiçik ağac və güllərdən ibarət baxçadan ibarətdir.
Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir. Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.

məqam sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Yer, məkan. Pişxidmətbaşı və Xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi. M.F.Axundzadə. Mənimçin kəbeyi-kuyündə, ey gül, bir məqam olmaz. S.Ə.Şirvani. □ Məqam etmək (tutmaq) klas. – yer tutmaq, məskən salmaq. Kim əski məqamımı unutdum; Sandım vətənim, məqam tutdum. Füzuli. Qoyma o dağılmışda məqam eyləsin oğlun! Sübhün belə viranədə şam eyləsin oğlun! M.Ə.Sabir. // Yer, münasibət. Məqamını bilmək (yerini bilmək). – Nə çığırbağır salırsan, yorulub usanmayırsan; Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan. M.Ə.Sabir. [Hacı:] Siz öz məqamınızı bilirsiniz, ya yox? Ə.Haqverdiyev. // Dərəcə. …Dünyada xeyir iş görməyən adam heç məqamındadır. Mir Cəlal. 2. Vaxt, zaman, çağ, münasibət. Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Ayrılıq məqamı halı pərişan; Qolunu boynuma salan yar hanı? Aşıq Məmməd. □ Məqam axtarmaq (güdmək) – fürsət aramaq, imkan axtarmaq. O yandan da məqam güdür talan olmuş fransızlar. S.Vurğun. Məqam tapmaq – fürsət tapmaq, fürsətdən istifadə etmək. Ürəyini boşaltmağa məqam tapdığı yerdə [Həmişəyevi] top gurultusu da susdura bilməzdi. B.Bayramov. Məqamı gəlmək – zamanı gəlmək, vaxtı çatmaq, yeri gəlmək, münasibəti olmaq. // Fürsət, münasibət, vaxt. Məqamdır, qoy desin nə həsrəti var. M.Rahim. 3. Vəzifə, rütbə, mənsəb, mərtəbə. Qubernator bizə bir neçə gözəl nəsihət elədi və bu da yadımdadı ki, dedi ki, kənd müəllimliyi bir ali məqamdır. C.Məmmədquluzadə. [İskəndər bəy:] Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin. N.Vəzirov. Başını fırladar tutduğu məqam; Guya heç tanımır səni bu adam. S.Rüstəm. □ Məqama çatmaq – 1) …nə (bir) məqama çatıb ki…, nə yerə çatıb ki… (bir şeyin son, ifrat həddini göstərir). [Axund:] A kişi, gör iş nə məqama çatıb ki, Qanqal Sadıq ilə Kaftar Tağı da uşaqlarını uşqolaya göndərirlər. Ə.Haqverdiyev; 2) mənsəb sahibi olmaq, böyük vəzifəyə çatmaq. 4. Hal, vəziyyət. Bu məqamda Ədhəmin hər bir xahişinə əməl etmək Nailə üçün əbədi bir səadət, bir ürək rahatlığı idi. Mir Cəlal. 5. kit. rəs. Bir-birinə tabe olan idarə orqanları sistemində müəyyən pillə təşkil edən inzibati və ya başqa idarə. Ali məqamlara müraciət etmək. 6. klas. bax muğam 1-ci mənada. Rast məqamı.

    Azərbaycan dilinin izahlı lüğəti / məqam
  • 3 ə. 1) yer, məkan; 2) vəzifə, mənsəb; 3) bax muğam.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məqam

məqam sözünün sinonimləri (yaxın mənalı sözlər)

məqam sözünün rus dilinə tərcüməsi

  • 1 удобный, подходящий момент

    Azərbaycanca-rusca lüğət / məqam
  • 2 сущ. 1. устар. место (определенное пространство, на котором что-л. находится или происходит). Məqam etmək занять место, məqamını bilmək знать своё место 2. время, момент (когда осуществляется, наступает какое-л. действие). Məqamı gəldi nəyin пришло время чего, məqam axtarmaq искать момент, məqam tapmaq найти время 3. звание, должность. Ali məqam высшее звание 4. положение (состояние, обусловленное какими-л. обстоятельствами). Belə məqamda в таком положении, eyni məqamda в одинаковом положении 5. муз. устар. см. muğam; nə məqama çatıb ki … до чего дошло, что …, məqamdan istifadə etmək воспользоваться моментом

    Azərbaycanca-rusca lüğət / məqam

məqam sözünün inglis dilinə tərcüməsi

məqam sözünün fransız dilinə tərcüməsi

məqam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. чка; макан; // дережа; məqam etmək (tutmaq) клас. чка кьун, мескен кутун; məqamını bilmək чка чир хьун; 2. макъам, вахт, чӀав; фирсет; məqam axtarmaq (güdmək) макъам жугъурун, фирсет жугъурун; məqamı gəlmək макъам атун, вахт агакьун, чка атун; 3. везифа, мертеба, менсеб; məqama çatmaq чӀехи менсебдин сагьиб хьун, чӀехи везифа кьун; 4. гьал, везият; 5. идара; 6. клас. кил. muğam 1).

    Azərbaycanca-ləzgicə lüğəti / məqam

məqam sözünün türk dilinə tərcüməsi

"məqam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məqam nədir? #məqam sözünün mənası #məqam nə deməkdir? #məqam sözünün izahı #məqam sözünün yazılışı #məqam necə yazılır? #məqam sözünün düzgün yazılışı #məqam leksik mənası #məqam sözünün sinonimi #məqam sözünün yaxın mənalı sözlər #məqam sözünün əks mənası #məqam sözünün etimologiyası #məqam sözünün orfoqrafiyası #məqam rusca #məqam inglisça #məqam fransızca #məqam sözünün istifadəsi #sözlük