Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir.
Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.