Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu.
Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur.
Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.