ədna sözü azərbaycan dilində

ədna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ədna • 90.3226%
  • Ədna • 6.4516%
  • ƏDNA • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ədnan Ağayev
Ədnan Ağayev (Ağayev Ədnan Tofiq oğlu; 25 oktyabr 1956, Bakı) — Rusiya alimi, Rusiyanın keçmiş diplomatı, hal hazırda beynəlxalq məsələlər üzrə biznes konsultant, "ASTEY" hüquq firmasının direktoru. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunu. Rusiya Federasiyasının Kolumbiya Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (1994-1999). == Həyatı == Ağayev Ədnan Tofiq oğlu 1956-cı il oktyabrın 25-də Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 1985-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə namizədlik dissertasiyası müdafiə edib.Ə.Ağayev diplomatik karyerasına 1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyində attaşe ranqında başlayıb. 1980-ci ildə BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub, sonra işini İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda davam etdirib. 1986-cı ildə Ə.Ağayev Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb. 1986-1989-cu illərdə Beynəlxalq Təşkilatlar Departamentində tərksilah problemləri şöbəsinin rəisi, 1990-1991-ci illərdə çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru olub. 1991-ci ildə Ə.Ağayev RF xarici işlər nazirinin xüsusi müşaviri vəzifəsini tutur və eyni zamanda Rusiya Xarici Siyasət Fondunun sədri olmaqla, Xarici siyasətin planlaşdırılması Departamentinə başçılıq edir, 1993-cü ildə isə bu vəzifələrə daha biri əlavə edilir – Ə.Ağayev BMT-nin Baş katibi yanında Tərksilah Şurasının üzvü olur.
Ədnan
Ədnan (ərəb. عدنان‎, 'adnān) — şimali, qərbi, şərqi və mərkəzi Ərəbistanın ədnani ərəblərinin ənənəvi əcdadı. Bunun əksinə olaraq, Ərəbistanın cənubunda yaşyan Qəhtani ərəbləri Qəhtanın nəslindəndir. Ədnanın əcdadlardan biri İbrahimdir, onun soy kökü oradan da Adəm və Nuha qədər uzanır.
Ədnanilər
Ədnanilər (ərəb. عدنانيون‎) — İsmayıl övladları olan ərəblərin qəbilə konfederasiyası. Onların soy kökü Hicazdan olan Ədnan vasitəsilə islam peyğəmbəri İbrahimin oğlu İsmayıla və həyat yoldaşı Həcərə qədər gedib çıxır. Onun vasitəsilə bu soyu ilk insan hesab edilən Adəm peyğəmbərə və ilk gəminin banisi Nuh peyğəmbərlərə qədər izləmək olar. İslam peyğəmbəri Məhəmməd ədnanilərin qureyş qəbiləsindən idi.Ərəb ənənəsinə görə, ədnanilər, islam peyğəmbəri Hudun oğlu Qəhtanın nəslindən olan və Ərəbistanın cənubunda yaşayan qəhtani ərəblərindən fərqli olaraq şimali ərəblərdir. Bəzi müasir tarixçilərin fikrinə görə, ədnanilər və qəhtanilər arasındakı ənənəvi fərq dəlillərə malik deyil və bu, Əməvilər dövründə fraksiyalararası münaqişələrdən irəli gəlmiş ola bilər.

ədna sözünün leksik mənası və izahı

  • 1 sif. və is. [ər.] klas. 1. Alçaq, rəzil, nanəcib. Şah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. M.F.Axundzadə. Belə iş yaramaz hərgiz əqilə; Qulaq asma hər ədnaya, sevgilim! Aşıq Pəri. Biz vətən mülkün həqiqətlə sevən aşiqlərik; Xaini, ədnanı yurdumdan kənar istər könül. Ə.Vahid. 2. köhn. Keçmişdə aşağı təbəqədən, qara camaatdan olan adama verilən ad. Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan; Kim, padşahi-hüsn olan ədnayə baxarmı? Q.Zakir. [Rizvan:] Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / ədna

ədna sözünün sinonimləri (yaxın mənalı sözlər)

ədna sözünün rus dilinə tərcüməsi

ədna sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ., прил. клас. 1. алчах, усал, ламатӀ; 2. куьгьн. виликра: агъа къатарикай тир кесиб инсанриз лугьудай тӀвар.

    Azərbaycanca-ləzgicə lüğəti / ədna

ədna sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) aşağı, alçaq; 2) yazıq, həqir; 3) çox az, cüzi; 4) ən yaxın; daha yaxın. Həddi-ədna minimum.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"ədna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ədna nədir? #ədna sözünün mənası #ədna nə deməkdir? #ədna sözünün izahı #ədna sözünün yazılışı #ədna necə yazılır? #ədna sözünün düzgün yazılışı #ədna leksik mənası #ədna sözünün sinonimi #ədna sözünün yaxın mənalı sözlər #ədna sözünün əks mənası #ədna sözünün etimologiyası #ədna sözünün orfoqrafiyası #ədna rusca #ədna inglisça #ədna fransızca #ədna sözünün istifadəsi #sözlük