* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları. – Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / adına1 Həftənin IV gününə (cümə axşamına) qabaqlar “adına” demişik, fars sözüdür. Poeziyada çox işlədilib: Rəbiəl - axirdə adına günü, / Şamidan eylədi həm səni, həm məni. (M.Cümə)
Azərbaycan dilinin etimologiya lüğəti / adına1 ADINA (həftənin 4-cü günü) [Cavad:] Bu gün təkdir, sabah yox biri gün adınadır.. (Ə.Vəliyev); CÜMƏ AXŞAMI Bir cümə axşamı işin axırında Mirmehdi Həmidi çağırıb dedi: – Baloğlan, zorsan, gücünə söz yoxdur (H.Abbaszadə); PƏNCŞƏNBƏ Vəli: Pəncşənbə günü qızmış bir buğa beş-altı adam yaraladı.. (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / adına(Gədəbəy, Gəncə, Qazax, Lənkəran, Salyan, Şəki, Şəmkir, Tovuz, Zəngilan) 1. cümə axşamı (Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilan). – Böyün adınadı, bazara iki gün qalıy (Zəngilan) 2. cümə (Gədəbəy, Tovuz) ◊ Adına ertəsi (Gədəbəy) – şənbə
Azərbaycan dilinin dialektoloji lüğəti.