Afina Akropolu
Afina Akropolu
Afina Akropolu — Afina şəhərindəki akropoldur, maili zirvəsi (uzunluğu təxminən 300 m və eni 170 m) olan 156 metrlik qayalıq təpədir.
Bu, padşahın olduğu əsas yer idi.
İçərisində yunan tanrılarına dualar edilən və qurbanlar kəsilən çoxlu məbədlər də var idi.
Günümüzdə Akropol memarlıq sənətinin görkəmli abidəsidir.
Təpənin hələ eramızdan əvvəl IV minillikdə məskunlaşdığına dair sübutlar olsa da, Parfenon, Propilei, Erexteyon və Nike Apteros məbədi də daxil olmaqla, burada ən mühüm tikililər eramızdan əvvəl 5-ci əsrdə Periklin təşəbbüsü ilə inşa edilmişdir.
1687-ci ildə Türkiyə-Venesiya müharibəsində (1684-1699) Venesiya mühasirəsi zamanı Parfenonda saxlanılan barıtın top gülləsinə tuş gələrək partlaması nəticəsində Parfenon və digər tikililərə ciddi ziyan dəymişdir.
== Tarixi ==
Afinanın kənarında ucalan, 300 m-in 130 m-ə olan qayalı bir zirvədə ilk istehkamlar klassik dövrün başlamasından çox əvvəl meydana çıxmışdır.
Artıq arxaik dövrdə burada əzəmətli məbədlər, heykəllər, müxtəlif dini obyektlər yerləşirdi.
Əfsanəyə görə Afinanın ilk kralı və Akropolun qurucusu olan Kekropsun şərəfinə Akropol həm də "Kekropiya" (Cecropia) və ya "Kekrops" (Kekrops) adlanır.
Mikena dövründə (e.ə.