* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] bax ayna 1-ci mənada. Ol məhi-namehriban istər ki, zülfün darasın; Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut. S.Ə.Şirvani. Şairəm, əsrimin ayinəsiyəm; Məndə hər kəs görür öz qaşgözünü. M.Ə.Sabir. Ədəbiyyat [xalqın] ayineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eyni ilə göstərir. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / ayinə2 bəzək, zinət; rəsm, adət, qanun, dəb, üsul; mərasim və s.
Azərbaycan kişi adlarının izahlı lüğəti / ayinə3 f. güzgü, ayna. Ayinei-İsgəndər İsgəndərin güzgüsü (əsatirə görə, Aristotelin qayırdığı və onun köməyi ilə düşmənin mövqeyini görmək mümkün olan güzgü); ayinei-gitinüma dünyanı göstərən güzgü (əsatirə görə, İran şahı Cəmşidin dünyadakı bütün şey və hadisələri göstərən güzgüsü).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ayinə