bina sözü azərbaycan dilində

bina

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bina • 89.7783%
  • Bina • 10.1839%
  • BİNA • 0.0378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Bina nömrəsi
Bina nömrəsi — tikililərə verilən sıralanma qaydası. Bina nömrəsi — ünvan sisteminin tərkib hissəsi, binanın fərdiləşdirilməsi. Bina nömrəsi bir qayda olaraq sıra və ya digər bir qayda ilə binaya verilən saydır. Bir qayda olaraq sıra sayı küçənin başlanğıcından verilir. Bəzi ölkələrdə nömrəyə hərf də əlavə edilir. == Avstraliya == Avstraliyanın kənd yerlərində nömrələnmə küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur..
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. == Tarixi == Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. == Tarix == Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Təkyə (bina)
Təkyə (əsli fars dilində تَکْیه təkyə sözündəndir; osman. تَكْیه tekye; türk. tekke; urdu تَکْیہ təkyə; ərəb. تَكِيَّة‎ takiyya) — təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. == İran == XVI əsrdə İranda Səfəvilərin əhalini şiələşdirməsindən sonra təkyələr hüseyniyyələr kimi istifadə edilmişlər.
Yaşıl bina
"Yaşıl bina" — Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası. Sumqayıtın memarlıq nümunələrindən və simvollarından biri. == Tarixi == Bina 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi. Binanın inşası başa çatdıqdan sonra 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə bağlayırdılar. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi "daş sarmaşıqlar"ı – "plyuş" kolları əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-ci ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
Bayquşlu bina (Novoçerkassk)
Bayquşlu bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Novoçekassk şəhəri Sovetski ilə Dubrovski küçələrinin birləşdiyi yerdə yerləşir. Poçt ünvanına gəldikdə isə Sovetski küçəsi ev 8 ünvanında yerləşir. Bina modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərində inşa edilmişdir. == Tarixi == Bina Sovetski küçəsi ev 8 ünvanında 1910-cu ildə inşa edilmişdir. Onun sahibi ilk əvvəllər kredit cəmiyyətinin rəhbəri Q. Q. Krivsov olmuşdur. Sonradan isə sahiblik Cənubi Rusiya Texniki Universitetinin professoru M. M. Qrişinə (1891—1979) keçmişdir. Yaşayış binasının arxitektur stili V. İ. Kulişovun fikirinə görə «fin modernizmidir». Bu cür yanaşmanın əsas səbəbi onun onun fasadının müxtəlif materiallardan istifadə edilərək bəzədulməsidir.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. == Layihənin müəllifi == Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. == Binanın tarixi == Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Qülləli bina (Novoçerkassk)
Qülləli bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən bir bina. Novoçekassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Bina ampir stilində inşa edilmişdir. XIX əsrin ortalarında inşa edilmişdir. Arxitektur abidə 17 dekabr 1992-ci ildə Rostov vilayətinin məclisinin 325 saylı qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == «Qülləli bina» özlüyündə bir villa olmuşdur. Bina Novoçerkassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Üstəlik küçənin künçündə mövqe tutur. Təxmini olaraq XIX əsrin ortalarında inşa edilməsi ehtimal edilir. Bina ampir stilinə sahibdir.
Valyutalı bina (Novoçerkassk)
Valyutalı bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bina. Bina XX əsrin sonlarında inşa edilmişdir. Bina Novoçekassk şəhəri Dubrovski küçəsi, ev 31A ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin sonlarında inşa edilmişdir. Bina Dubrovski küçəsi, ev 31A ünvanında yerləşir. Əvvəllər isə bina Novoçerkassk şəhəri Mariinskaya küçəsində yerləmirdi. Bina modern stilə sahibdir. Tikinti zamanı binanın fasadına daha çox diqqət ayrılması açıq-aydıq sezilir.
Gürcüstan Parlamenti binası
Gürcüstan Parlamenti binası (gürc. საქართველოს პარლამენტის შენობა) — Tbilisi şəhərində yerləşən və Gürcüstan Parlamentinin toplaşdığı binadır. Bina, Rustaveli prospekti 8 ünvanında, Mtatsminda dağının ətəyinə yaxın yerləşir. == Tarixi == Bina kompleksi Gürcüstan SSR-in Hökumət Evi kimi, dağıdılmış Aleksandr Nevski kafedralının və 1921-ci ildə Bolşeviklərin Tbilisiyə hücumu zamanıı həlak olmuş gürcü kadetlərinin dəfn edildiyi kilsə həyətinin yerində inşa edilmişdir. 1991–1992-ci illərin hərbi kompaniyası zamanı bina qismən zədələnmişdir. Həmin hadisələr çərçivəsində mühasirəyə alınmış prezident Zviad Qamsaxurdiya yeraltı dövlət bunkerinə sığınmışdı. Bu hadisələrdən sonra binada yenidənqurma və bərpa işləri aparılmış və 1997–2012-ci illərdə bina Gürcüstan Parlamenti binası kimi istifadə edilmişdir. 2012-ci ildə parlament, Gürcüstanın ikinci mühüm şəhəri olan Kutaisidə yerləşən yeni parlament binasına köçürülmüşdür. 2014-cü ildən parlament komitələrinin toplantıları Tbilisidəki binada, parlament sessiyaları isə Kutaisidəki binada keçirilir. 2014-cü ildə qəbul edilmiş və 2018-ci ilin dekabrından qüvvəyə minmiş Konstitusiya düzəlişində Gürcüstan Parlamentinin toplanış yeri kimi Kutaisi göstərilməmiş və 2018-ci ilin yanvarından Gürcüstan Parlamenti tamamilə paytaxta köçmüşdür.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində yerləşən 1883-cü ildə tikilmiş tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Gəncə Realnı məktəbinin binası 1883-cü ildə tikilib və Adil İsgəndərov küçəsi 64 ünvanında yerləşir. Çar Rusiyasının dövründə binada məktəb fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda binadan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Gənç Oğluev binası
Gənç Oğluev binası — Rostov-na-Donu şəhəri ərazisində ilk çoxmərtəbəli gəlirli ev olmuşdur. Binanın tikintisinə 1880-ci ildə başlanılmışdır. 1883-cü ildə Aleksadr Nikanoroviç Pomeransev layihəsi əsasında, Stepan Feodoroviç Gənç Oğluevin vəsaiti ilə inşa edilmişdir. Bina yerləşən Bolşaya Sadovaya küçəsi küncündə və Semaşko xiyabanı ərazisində yerləşir. Eklektika stilində inşa edilmişdir. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Rostov taciri Stepan Feodoroviç Gənç Oğluev 1870-ci ildə özünə gəlirli bina tikmək qərarına gəlir. Bu məqsədlə o, memar Aleksadr Nikanoroviç Pomeransevi dəvət edir. Mənzilin tikintisinə 1880-ci ildə başlanılır. Binanın tikintisi 1883-cü ildə başa çatdırılmışdır.
Hyustonda ən yüksək binaların siyahısı
Hyustonun ən yüksək binalarının siyahısı — ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərinin hündürlüyünə görə sıralanmış və 150 metrdən hündür olan binalarını ehtiva edir. Siyahıya hündürlüyü 305 metr olan 75 mərtəbəli JPMorgan Chase Tower binası başçılıq edir. Bu binanın tikintisi 1982-ci ildə bitib. JPMorgan Chase həm də dünyada ən yüksək beşkünc binadır. Hyustonda hündürlüyünə görə ikinci və üçüncü yeri uyğun olaraq Wells Fargo Plaza və Williams Tower binaları tuturlar. Hyustonda hündür bina tikintisi tarixi 1904-cü ildən başlayır. Belə ki, öz hündürlüyü ilə digər azmərtəbəli binalardan seçilən Franklin Lofts binasının tikintisi məhz bu ildə başa çatmışdır. Hündürlüyü naməlum olan bu binanın cəmi 8 mərtəbəsi var. Siyahıda ən son tikilən bina tikintisi 2011-ci ildə başa çatmış BG Group Place binasıdır. Hyustonda hündür binaların daha çox tikintisi 1970-ci və 1980-ci illərə təsadüf edir.
Hyustonun ən yüksək binalarının siyahısı
Hyustonun ən yüksək binalarının siyahısı — ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərinin hündürlüyünə görə sıralanmış və 150 metrdən hündür olan binalarını ehtiva edir. Siyahıya hündürlüyü 305 metr olan 75 mərtəbəli JPMorgan Chase Tower binası başçılıq edir. Bu binanın tikintisi 1982-ci ildə bitib. JPMorgan Chase həm də dünyada ən yüksək beşkünc binadır. Hyustonda hündürlüyünə görə ikinci və üçüncü yeri uyğun olaraq Wells Fargo Plaza və Williams Tower binaları tuturlar. Hyustonda hündür bina tikintisi tarixi 1904-cü ildən başlayır. Belə ki, öz hündürlüyü ilə digər azmərtəbəli binalardan seçilən Franklin Lofts binasının tikintisi məhz bu ildə başa çatmışdır. Hündürlüyü naməlum olan bu binanın cəmi 8 mərtəbəsi var. Siyahıda ən son tikilən bina tikintisi 2011-ci ildə başa çatmış BG Group Place binasıdır. Hyustonda hündür binaların daha çox tikintisi 1970-ci və 1980-ci illərə təsadüf edir.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.
Kerenin binası (Taqanroq)
Kerenin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina klassizm stilində inşa edilmişdir. XIX əsrində Şmidt küçəsi, ev 12 ünvanında inşa edilmişdir. == Tarixi == Bina klassizm stilində XIX əsrin əvvəllərində mühəndis Dyumon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Hazırda bina Şmidt küçəsi]], ev 12 ünvanında yerləşir. İki yüz il mövcudluğu müddətində bina dəfələrlə sahibini dəyişmişdir. Üstəlik binanın təyinatında belə dəyişikliklər olmuşdur. 1810-cu il məlumatına görə binanın sahibi Paxl Daro olmuşdur. Halbuki, obaşqa şəhərdə qeydiyyatda idi.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. == Tarixi == 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Komnino-Varvasinin binası
Komnino-Varvasinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində üç mərtəbəli bina. Bina XIX əsrin ortalarında inşa edilmişdir. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 87. == Tarixi == ХIХ əsrin ortalsrında inşa edilən bina. Binanı yunan taciri Dmitri Petrokokino inşa etmişdir. Bina Petrovskaya 87 ünvanında yerləşir. Bina ilk əvvəllər bir mərtəbədən ibarət idi. Üstəlik zirzəmiyə sahib idi. İkinci gildiya taciri D. M. Petrokokino 1865-ci ildə məhkəmənin üzvünə qəbul edilmişdir. Onun ailəsi 1880-ci illərdə Odessaya köçmüşdür nəticədə ev satılmalı olmuşdur.
Kondratiya Bulavinin binası (Staroçerkassk)
Kondratiya Bulavinin binası — Rostov vilayəti Staroçerkassk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Qədim zamanlarda inşa edilən bina Staroçerkassk şəhərinin tən mərkəzində yerləşir. Regionda olan və günümüzə qədər gəlib çatmış ən qədim binalardan biridir. Petrapovlovski kilsəsinin qarşı tərəfində yerləşir. == Tarixi == Belə ehtimal edilir ki, bu binada 1707–1709-cu illərdə kəndli müharibəsinin lideri Kondrati Afanaseviç Bulabin yaşamış və vəfat etmişdir. Bina onun şəxsi mülkiyyəti olmamışdır. O, 1708-ci ildə Çerkassk şəhərinin işğalından sonra mülkə sahiblənmişdir. Şəhərin işğalıbdan sonra o, özünü ataman elan etmişdir. Binanın inşa edilmə tarixi dəqiq bilinmir. Bununla belə onun XVIII əsrin birinci yarısında inşa edilməsi bildirilir.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. == Tarixi == XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Kulpinin binası
Kulpinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 30. == Tarixi == Bina 1870-ci ildə inşa edilmişdir. Taqanroq şəhəri Nekrasov xiyabanının kəsişməsində, Petrovskata küçəsi ev 30 ünvanında yerləşir. Ən əvvəllərdən binada zabit Pavl Buyanovskinin ailəsi yaşayırdı. ХIХ əsrin 80-ci illərindən 1918-ci ilə qədər binada onların yaxın qohumu olan Anton yaşayırdı. Binanın ilk sahibi türk xidmətçisi olan İvan Kontemirov olmuşdur.
Lakier binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşir Bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina klassizm stilinə sahibdir. Fasadı yarımkolonnalar ilə işlənmişdir. == Tarixi == Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşən bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Bina ilk dəfə bir mərtəbəli kiçik bir binanın üzərində ucaldılmışdır. Bu kiçik bina Naxçıvan-na-Donudan olan L gildiya taciri Karp Markoviç Qayrabetova məxsus olmuşdur. 1839-cu ildə bina yunan taciri olan Manuilu Kumaniyə məxsus olmuşdur. 1860-cı illərdə binanın sahibi dəyişir.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.
Lakierovun ikinci binası (Taqanroq)
Lakierovun ikinci binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 44 ünvanında yerləşir. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina klassizm stilinə malikdir == Tarixi == XIX əsrin əvvələrində və ortalarında inşa edilən №42 və №44 ünvanlarında yerləşən binalar İvan Andreeviç Varvasiyə məxsus olmuşdur. Sonradan isə onun varisləri binaya sahiblənmişdir. 1906-1910-cu ildə bina 44 nömrəsi ilə Aleksandr Popudovoy və Yelena Likierə məxsus olmuşdur. Bu bina ilə əlaqəli bir çox taqanroqlu ailələrin soyadı hallandırılır. 1836-cı ildə Varvasi Sofiya Dmitrievna Alferaki ilə ailə həyatı qurmuşdur. Onların iki qızı doğulmuşdur:Akeksandra və Yelena.
Laskin binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanında yerləşir. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir. == Tarixi == 1833-cü ildə Taqanroqa Aleksandr Yakovleviç Laskin öz tikinti dəstəsi ilə Taqanroq şəhərinə gəlir. 1840-cı illərdə o, Müqəddəs Mitrofiya kilsəsinin tikintisinə cavabdeh olur. Bu kilsənin yerində Moloko vavilonu yerləşir. Aleksandr Laskin Adeleida Laskinlə ailə qurmuşdur. O, 1857-ci ildən 1880-ci ilə qədər Taqanroq şəhəri, Qreçeskaya 39 ünvanında yerləşən binanın sahibi olmuşdur. Aleksandr Laskin konka yolunun inşasında belə iştirak etmişdir. 1860-cı illərdə Aleksandr Laskin polkovnik rürbəsinə qalxır və əlaqələndirmə yolları üzrə mühəndislər korpusunun sədr müavini olmuşdur.
Lisinanın binası (Taqanroq)
Lisinanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Nikolay Dmitriyeviç Alferakinin vəsaiti hesabına inşa edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir. == Tarixi == Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-cı illərində Nikolay Dmitriyeviç Alferakinin ailəsinə malik olmuşdur. 1873-cü ildə binanı diş həkimi Qriqoriya Valtera satın almışdır.
Lloyds binası
Lloyds binası — Londonda inşası 8 il davam edən paslanmayan poladdan bina. Riçard Rocers tərəfindən 1986-cı ildə hazırlanmışdır. == Tarixi == 1978-ci ildə tikintisinə başlanılmış, 1986-cı ildə istifadəyə verilmişdir. Futuristik dizaynı ilə bu bina diqqət çəkən binalardan biridir. Bina Almaniyanın əmlak idarəetmə fondu Commerz Reala aid olmuşdur. 2013-cü ildə Çinin Ping An sığorta sərmayə şirkəti Lloyds Binasını 260 milyon funt-sterlinqə satın alıb.
Lobanovun binası
Lobanovun binası həmçinin Şukin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Matvey Yakovleviç Lobanovun vəsaiti ilə inşa edilmişdir. Bina 1897-ci ildə inşa edilmişdir. Bina Qreçeskaya 32 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == Matvey Yakovleviç Lobanov 1897-ci ildə Taqanroq şəhəri, Qreçeskaya küçəsi 32 ünvanında bir mərtəbəli bina inşa etdirmişdir. 1906-cı il məlumatına görə bina hələ də Matvey Yakovleviç Lobanov mülkiyyəti olaraq qalırdı. Bir fəziyəyə görə 1910-cu il, digər fəziyyəyə görə isə 1915-ci ildən binaya Natali Dmitrievna Şuçkina sahinlənmişdir. Onun həkim əri İvan Pavloviç Şuçkin XX əsrin əvvəllərində Taqanroqda hərbi həkim vəzifəsində çalışmışdır. Onların üç övladı olmuşdur. Yeganə oğlu otuz yaşında Şərqi Prusiyada gedən döyüşlərin birində faciyəli şəkildə həlak olmuşdur.
Macarıstanın parlament binası
Macarıstanın parlament binası (mac. Országház — Orsaqxaz) — Macarıstan Parlamentinin Budapeşt əyalətindəki Dunay körfəzindəki iqamətgahı. 1843-cü ildən etibarən Macarıstan parlamentinin Peştin binasını qurma qərarı verildi. Ancaq macar inqilabı tezliklə başlayan və Macar xalqının hakimiyyət orqanları tərəfindən təzyiq rejiminin basdırılmasından sonra qurulan plana görə plan həyata keçirilmədi. Parlament binasının qurulması qərarı 1873-cü ildə Budanın və Pestin birləşməsindən sonra qəbul edilmişdir. Müsabiqə məşhur neogotika meraklıları Imre Steindl tərəfindən qazandı. Bu sayt Budapeştdə — Szecheny zəncir körpü və Margit körpüsündən olan ilk iki körpü arasında Dunayın şərqində seçilib.
Maqnitoqorskda yaşayış binasında partlayış, 2018
Maqnitoqorskda yaşayış binasında partlayış — 2018-ci il dekabrın 31-də Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi. == Hadisənin öncəsi == Yaşayış binası Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində Karl Marks küçəsi 164 ünvanında yerləşirdi.
Maqulonun binası
Maqulonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 70. == Tarixi == XIХ əsrin əvvəllərində iqtisadi məsləhətçi Mark Spiridonoviç Maqulo qardaşı ilə birlikdə Petrovski küçəsi ev 46 (hazırda 70) ünvanında bina işşa etdirmişlər. Binanın tavanı italiyalı rəssamlar tərəfindən işlənmişdir. 1825-ci ildə binanı imperator I Aleksadr ziyarət etmişdir. Varlı yunanlar onun şərəfinə Maqulonun binasında yığıncaq yeçirmişdir. Gecədə hətta imperator I Aleksadr belə çıxış etmişdir.
Martın qardaşlarının binası
Martın qardaşlarının binası, Qırmızı ev — Rostov-na-Donu şəhəri ərazisində, Bolşaya Sadovnaya küçəsi və Krepesnovo xiyabanında yerləşən bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stildə inşa edilsə də Binanın ilk sahibi İvan Romanoviç Martın olmuşdur. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == İki mərtəbəli qırmızı kərpiçdən inşa edilmiş bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stilində inşa edilsə də, rusqotikası elementləri belə vardır. Binanın künc hissəsində qüllələr vardır. Bınanın ilkin sahibi britaniyalı İvan Romanoviç Martın olmuşdur. Sonrakı mülkiyyətçi isə onun həyat yoldaşı P. İ. Martın olmuşdur.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 24)
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan telekommunikasiya tarixinin mühüm abidələrindən biridir. Bu bina XX əsrin əvvəllərində istifadəyə verilmiş və uzun müddət Bakı şəhərinin telefon əlaqəsi mərkəzi kimi fəaliyyət göstərmişdir. == Haqqında == Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 48)
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan telekommunikasiya tarixinin mühüm abidələrindən biridir. Bu bina XX əsrin əvvəllərində istifadəyə verilmiş və uzun müddət Bakı şəhərinin telefon əlaqəsi mərkəzi kimi fəaliyyət göstərmişdir. == Haqqında == Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb.
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 97 ünvanında yerləşən bina. Bina o baxımdan əhəmiyyətlidir ki, binada iki dəfə görkəmli rus alim-fizioloqu, İvan Petroviç Pavlov qalmışdır. Bina Rusiyanın Federal əhəmiyyətli mədəni irs siyahına daxil edilmişdir. == Tarixi == Bolşoy Sadovnaya küçəsində yerləşən bina XIX əsrin üçüncü yarısında inşa edilmişdie. Bina Yevstinqney Nikiforoviç Xmelnisə məxsus idi. O, şəhərin rəhbəri olmuşdur. Onun arvadının kiçik bacısı Serafima Vasilevna Karçevskaya İvan Petroviç Pavlovun gələcək həuat yoldaşı olmuşdur. 1881-ci ilin yazında Pavlov Karçevskaya evlənmək məqsədilə Rostov şəhərinə gəlmişdir. Bu zaman o, Xmelnislərin evində qalmışdır. 25 may 1881-ci ildə toy baş tutur.

bina sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. – [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. Ferma müdiri … məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman. // Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas məqamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır. M.S.Ordubadi. 2. dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır. // Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli. □ Bina edilmək – bax bina olunmaq. Bina etmək – 1) təsis etmək, əsasını qoymaq. …Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun … yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə; 2) məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev; // Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. Bina qoymaq – 1) tikmək, təsis etmək, qurmaq, özül atmaq. Məşədi Əsgər tərəqqi edəndən sonra, öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə; // Məc. mənada. [Süleyman bəy:] Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Ə.Haqverdiyev; 2) məc. köhn. Həll etmək, çarə düşünmək, əncam çəkmək. [Səkinə xanım:] İndi dur get, Əzizbəyi bura çağır, görüm bu işə nə bina qoyur? M.F.Axundzadə; 3) qəsd etmək, istəmək, başlamaq, təşəbbüs etmək. [Məşədi] istədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. Ə.Haqverdiyev. Binası qoyulmaq – bax bina olunmaq. Həmin binası qoyuldu möhkəm; Gülümsər kainat, gülümsər həyat. S.Vurğun. Binasını qoymaq – 1) bax bina etmək; 2) məc. başlamaq. Qara köpək … Qaraca qızın səyi ilə azacıq sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. S.S.Axundov. 3. Çıx. halda: binadan – ibtidadan, lap əvvəldən, əzəldən. Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri. M.P.Vaqif. Pəriyəm, söylərəm şahü gədadan; Qafiyə dilpəsənd gərək binadan. Aşıq Pəri. Çünki olar ilə başdan, binadan; Birevli kimiyiz ata-babadan. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / bina
  • 2 BİNA f. 1) görücü, görən; 2) m. gözüaçıq, ayıq, ayıq-sayıq. BİNA’ ə. 1) tikili, tikmə; 2) tikinti işi, bina etmə; 3) əsas, təməl, bünövrə, kök; 4) niyyət, təşəbbüs; 5) başlama, girişmə; 6) başlanğıc, ilk mərhələ. Binayi-ali yuxarılar, vəzifəli adamlar.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bina

bina sözünün sinonimləri (yaxın mənalı sözlər)

bina sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BİNA I is. [ ər. ] Tikili, mülk, ev. Hər küçə alışan bir boyunbağı; Hər bina bəzəkli bir mirvaridir (M.Araz). BİNA II is. [ ər. ] Bünövrə, özül, təməl, əsas. Şəhər bina olanda; ilkin bura küçə dedilər (R.Rza). BİNA III is. [ ər. ] Əzəldən, lap əvvəldən. Xoş gün görməmişik sizdən, binadan (S.Rüstəm).

    Azərbaycan dilinin omonimlər lüğəti / bina

bina sözünün rus dilinə tərcüməsi

  • 1 1. здание, помещение, строение, сооружение; 2. основание, фундамент, базис; 3. начало;

    Azərbaycanca-rusca lüğət / bina
  • 2 сущ. 1. здание. İctimai binalar общественные здания, yaşayış binaları жилые здания, çoxmərtəbəli binalar многоэтажные (высотные) здания, binanın qabağında перед зданием, у здания, binanın görünüşü вид здания, binanın dayanıqlığı устойчивость здания 2. помещение. Örtülü bina закрытое помещение, binanın akustikası акустика помещения, binanı möhürləmə юрид. опечатание помещения 3. разг. основание, фундамент. Evin (özülü) binası основание дома, tikintinin dəmir-beton binası (özülü) железобетонное основание постройки 4. перен. основа. Bu şivələrin binası birdir основа этих говоров одна и та же 5. перен. начало. İşin binası начало работы

    Azərbaycanca-rusca lüğət / bina

bina sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. building, construction, edifice, erection; 2. house, dwelling; 3. (özül) foundation, base; ~ qoymaq to found (d.), to lay the foundation (of); ~sı qoyulmaq to be* founded / erected

    Azərbaycanca-ingiliscə lüğət / bina

bina sözünün fransız dilinə tərcüməsi

  • 1 is. édifice m, bâtiment m, construction f (tikili), immeuble (çoxmərtəbəli bina), maison f, habitation f, local m, logis, logement m, fondement m ; ~nın ön tərəfi (fasad) frontispice m ; yaşayış ~sı maison d’habitation, surface f habitale

    Azərbaycanca-fransızca lüğət / bina

bina sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дарамат, мулк, кӀвал; daş bina къванцин дарамат; məktəb binası школадин дарамат; 2. рах. кӀалуб, кип, хандакӀ, бине, темел, асас; evin binası кӀвалин кӀалубар; // пер. диб; 3. binadan бинедай, бинедлай, чкадилай, лап эвелдай.

    Azərbaycanca-ləzgicə lüğəti / bina

bina sözünün türk dilinə tərcüməsi

"bina" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bina nədir? #bina sözünün mənası #bina nə deməkdir? #bina sözünün izahı #bina sözünün yazılışı #bina necə yazılır? #bina sözünün düzgün yazılışı #bina leksik mənası #bina sözünün sinonimi #bina sözünün yaxın mənalı sözlər #bina sözünün əks mənası #bina sözünün etimologiyası #bina sözünün orfoqrafiyası #bina rusca #bina inglisça #bina fransızca #bina sözünün istifadəsi #sözlük