sına sözü azərbaycan dilində

sına

Yazılış

  • sına • 99.3007%
  • Sına • 0.5245%
  • SINA • 0.1748%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2016 Şimali Koreya nüvə sınağı
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.
Həyat Bizi Sınayır (1972)
Həyat bizi sınayır (film, 1972)
== Məzmun == Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır. == Film haqqında == Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir. Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi.
Labirint qaçışçısı: Alov sınaqları (roman)
Alov sınaqları və ya original adı ilə “The Scorch Trials” adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının ikincisi olub 2010-cu ildə nəşr edilmiş yeniyetmə romanıdır.
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. == Süjet xətti == Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. == Experimentin elanı == Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır. Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.
Osman Sınav
Osman Sınav (1956, Burdur, Türkiyə) — Türk rejissor, senarist və reklam yazıçısı. Məşhur Dəli ürək və Qurdlar Vadisi seriallarının rejissoru olub. == Həyatı == Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirən Sınav, Tekstil dizaynı ilə də maraqlandığı üçün 1977-ci ildə həmin məktəbin Tətbiqi Sənətlər Liseyinin Tekstil dizaynı şöbəsinə daxil olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası Kino və Televiziya İnstitutunda da təhsil alan Sınav, 1979-cu ildə məzun olub. Peşəkar karyerasına Man Ajans-da mətn yazarı kimi başlayan Sınav, reklamçılıq karyerasına daha sonra 1980–1984-cü illərdə Qrafika Lintas adlı ajansda davam edib. Mətn yazarlığı ilə yanaşı, yaradıcı qrupun prezidenti olan Sınav, 1984-cü ildə Sinegraf Film şirkətini qurdu. Yazdığı 500-ə yaxın reklam filmi və kampaniya ilə uzunmüddətli reklam təcrübəsinə 1987-ci ildə son qoyan Sınav, artıq sadəcə kino proyektləri üzərində çalışmaq istəyirdi. Televiziya serialları və uzun metrajlı filmləri başladan rejissor, həmin il baş rolları Haluk Qurdoğlu və Alov Sezərin olduğu Bir Məhərrinin ölümü adlı telefilm üçün kamera arxasına keçib. Daha sonra 1989-cu ildə İlhami Algörlə ssenarisini yazdıqları Hünkarın Bir Günü gəldi.
Sibir Sınaqları (1975)
== Məzmun == Film Azərbaycanda çəkilməsə də, burada respublikamızın elçilərinin uzaq diyarda göstərdikləri hünərdən söhbət gedir. Kinooçerkdə BAM üçün Tayqada qəsəbə salan Azərbaycan inşaatçılarının fədakar əməyindən bəhs olunur. Onlar 15 nəfərdir, aralarında üç qız var: Nüşabə, Nazilə, İrina. Briqadaya Həsənağa Zeynalov rəhbərlik edir. Uşaqlar meşə qırır, yol salırlar. Buradan uzunluğu 3200 kilometr olan dəmiryol xətti keçəcək. Vaxt gələcək bu yerlərdə Ulkan stansiyası tikiləcək. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Vaqif Hümmətoğlu Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Sibir sınaqları (film, 1975)
== Məzmun == Film Azərbaycanda çəkilməsə də, burada respublikamızın elçilərinin uzaq diyarda göstərdikləri hünərdən söhbət gedir. Kinooçerkdə BAM üçün Tayqada qəsəbə salan Azərbaycan inşaatçılarının fədakar əməyindən bəhs olunur. Onlar 15 nəfərdir, aralarında üç qız var: Nüşabə, Nazilə, İrina. Briqadaya Həsənağa Zeynalov rəhbərlik edir. Uşaqlar meşə qırır, yol salırlar. Buradan uzunluğu 3200 kilometr olan dəmiryol xətti keçəcək. Vaxt gələcək bu yerlərdə Ulkan stansiyası tikiləcək. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Vaqif Hümmətoğlu Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Sınaq (film, 1985)
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən İstifadə edilən Bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Sınaq Tısbağası (personaj)
Sınaq Tısbağası - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Qrifonun həmkarıdır.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. == Tarixi == Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Həyat bizi sınayır
== Məzmun == Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır. == Film haqqında == Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir. Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.89 dəfə / 1 mln.
2004 ••••••••••• 1.68
2006 •••••••••••• 1.80
2007 •••••••• 1.27
2008 •••••••••••••• 2.19
2009 ••••••• 1.12
2010 •••••••••• 1.54
2011 ••••••••••••••• 2.32
2012 •••••••••••••• 2.15
2013 •••••••••••••••••• 2.77
2014 •••••••••••••••••••• 3.26
2015 •••••••• 1.19
2016 ••••••••••• 1.74
2017 •••••••••••••••• 2.60
2018 •••••••••••• 1.95
2019 ••••••••••••••• 2.36
2020 ••••••• 1.06

"sına" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sına nədir? #sına sözünün mənası #sına nə deməkdir? #sına sözünün izahı #sına sözünün yazılışı #sına necə yazılır? #sına sözünün düzgün yazılışı #sına leksik mənası #sına sözünün sinonimi #sına sözünün yaxın mənalı sözlər #sına sözünün əks mənası #sına sözünün etimologiyası #sına sözünün orfoqrafiyası #sına rusca #sına inglisça #sına fransızca #sına sözünün istifadəsi #sözlük