* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Əsil mənası ördək olub, gözəlliyinə görə aşıq şerində gözəlin epitetlərindən biri kimi (çox vaxt yaşılbaş sona tərkibində) işlənir. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Könül, əbəs yerə üzmə canını; Sonaların əhdə olmaz vəfası. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / sona3 Yaşılbaş ördək. Dilimizdə bəzən qu quşunun sinonimi kimi də işlənir. Əcəb həddə çatıb yaşın, Sonatək yaşıldı başın. Nə xoş çəkilibdi qaşın, Könül sənə bənd olubdu. (“Fərhad və Şirin”) * Bülbül olan heç unutmaz gülünü, Sona olan tərk eyləməz gölünü. Şirin heç döndərməz səndən meylini, Oğlan, bir səbir eylə, sirrim duyarlar. (“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikası / sona1 Bunun əsl mənası “çöl ördəyi”, yəni “qu” deməkdir. Poeziyada gözəllik simvoludur. Uzunboğaz, yaşılbaş sona daha gözəl olur. Ad kimi qızlara qoyulur. Alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sona1 SONA I is. Vəhşi ördəyin erkəyi. Göydən bir cüt sona endi; Aylı dağın arasına (“Koroğlu”). SONA II is. Gözəl. Sən ha bir sonasan, cüda düşübsən; Bir bölük yaşılbaş sonadan, Pəri! (M.P.Vaqif).
Azərbaycan dilinin omonimlər lüğəti / sona2 I сущ. устар. 1. лебедь (водоплавающая птица сем. утиных) 2. красавица; yaşılbaş sona селезень (самец утки) II прил. лебединый (относящийся к лебедям, принадлежащий им). P. İ. Çaykovskinin “Sonalar gölü” балети балет П. И. Чайковского “Лебединое озеро”
Azərbaycanca-rusca lüğət / sona1 сущ. 1. къугъ, уьрдег; 2. суна (тешпигьра гуьзелдин эпитетрикай сад).
Azərbaycanca-ləzgicə lüğəti / sona