sora sözü azərbaycan dilində

sora

Yazılış

  • sora • 84.3750%
  • Sora • 13.5417%
  • SORA • 2.0833%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir. Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar.
Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək də, səma da, şübhəsiz..."‎) — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar). "Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur. Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir. Youtube linki.
Amblyseius sorakensis
Amblyseius sorakensis (lat. Amblyseius sorakensis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. Amblyseius sorakensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Baharın sorağında (film, 2011)
Baharın sorağında tammetrajlı bədii filmi rejissor Musa Eyyubov tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Film mifik obraz olan Dədə Qorqudun rəvayət etdiyi əhvalata əsasən qurulub. Əsas rolları Bəhruz Qasımov, Günel Rüstəmova, Xaqani Məmmədov, Arif Almədətov və Telli Abdullayeva ifa edirlər. == Məzmun == Film mifik obraz olan Dədə Qorqudun (Hacı Hacıyev) rəvayət etdiyi əhvalata əsasən qurulub. İgid Novruzun (Bəhruz Qasımov) qar şahzadəsini məğlub edərək xalqı soyuqdan, çovğundan qurtarması cərəyan edən hadisələrin əsasını təşkil edir.
Həqiqət sorağında (film, 2017)
Həqiqət sorağında — tammetrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, Əməkdan incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunmuşdur. Film görkəmli Azərbaycan bəstəkarı Rauf Əliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Bəstəkarın vokal və simfonik musiqi əsərləri, mahnıları, kino musiqiləri haqda onun yaxınları və dostları maraqlı faktlarla bölüşürlər. Filmdə bəstəkarın əsərləri eşidilir, onun işlədiyi filmlərdən epizodlar da əks etdirilir.
Qədirin sorağında (film, 1993)
Kinolentdə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranından bəhs edilir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Soltan quşunun sorağında (film, 1988)
Filmin mövzusu təbiətin mühafizəsi ilə bağlıdır. Kinolentdə Azərbaycanın səfalı guşələrindən olan Qızılağac Dövlət Təbiət Qoruğundan, onun vəziyyətindən danışılır. Ssenari müəllifi: Toğrul Cuvarlı, Zaur Məhərrəmov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov ????: S.Məmmədov ????: K.Məmmədov Filmdə çəkilən: Səadət Tağıyev (Qızılağac Dövlət Qoruğunun müdiri), Sabir İsrafilov (Azərbaycan SSR Təbiəti Mühafizə Komitəsinin əməkdaşı) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Soraksan Milli Parkı
Soraksan Milli Parkı (kor. 설악산국립공원) — Cənubi Koreyada yerləşən milli park. Cənubi Koreya hökuməti milli parkı UNESCO-nun Ümumdünya irsi siyahısı üçün namizəd göstərmişdir. Hökumət milli park ərazisini ilk dəfə 1965-ci ildə qoruq elan etmişdir. Ərazi 1970-ci ildə milli park, 1982-ci ildə biosfer qoruğu statusu əldə etmişdir. Soraksan Milli Parkı Cənubi Koreyanın "Milli park qanunu" (1970) əsasında yaradılmış ilk milli parkıdır. Milli park Koreya yarımadasının şərq-mərkəzində yerləşir, tərkibinə İncequn, Yanyanqun və Sokçosi qoruqları da daxildir. Milli park nadir heyvan və bitki növləri ilə zəngindir. Soraksan Milli Parkının sahəsi 398,22 km2 təşkil edir. Burada dəniz səviyyəsindən 1.200 metr yüksəklikdə yerləşən xeyli zirvə vardır.
Soraman (Uçalı)
Soraman (başq. Сораман, rus. Сураманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 69 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 39 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Soran dili
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Soran ləhcəsi
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Soran Əmirliyi
Soran Əmirliyi (Osmanlıca: امیرات سوران, Ərəbcə: سورانيون, kürdcə: میرنشینی سۆران) 1514-cü ildə Çaldıran Döyüşündən sonra Osmanlı İmperiyasına bağlılığını elan edən Bəyliklərdən birisidir və daha sonra 1816-1836-cı illərdə Rəvandüzdə mərkəzliyində Kor Əmir tərəfindən qurulmuş bir orta əsr kürd əmirliyiydi. Kor Əmirin hakmiyətinə Osmanlılar tərəfindən son qoyuldu.
Sorani
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Sorano
Sorano — İtaliyanın Toskana regionunda şəhər.
Soraya Arnelas
Soraya Arnelas (13 sentyabr 1982) — İspaniya müğənnisi. Soraya Arnelas 13 sentyabr 1982-ci ildə İspaniyanın Valensiya de Alkantare (Ekstremadura) şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "La noche es para mí" (azərb. "Mənim Üçün Gecə"‎) mahnısı ilə təmsil etmişdir. Finalda 24 xal toplayaraq 23-cü oldu.
Qədirin sorağında
Kinolentdə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranından bəhs edilir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
"Sarı gəlin"in sorağında
"Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film. Film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz" layihəsi çərçivəsində Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən çəkilib. Filmdə bədii çəkilişlər İsmayıllı rayonunda, digər çəkilişlər isə Qərbi Azərbaycanla sərhəd rayonlarda Gədəbəy və Kəlbəcərdə aparılıb. Filmdə həmçinin 1930-cu illərə dair arxiv kadrları və Moskvadan əldə edilmiş materiallardan da istifadə olunmuşdur. Tammetrajlı sənədli filmin süjet xətti "Sarı gəlin" xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsin təbliğidir. Burada etnoqrafiya və folklordan yalnız əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilmişdir. 7 noyabr 2023-cü ildə Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilib. Təqdimatda eyni zamanda "western-azerbaijan.az" saytının da təqdimatı olmuşdur. Film və sayt azərbaycan, ingilis və erməni dillərində yayımlanacaq. Filmdə bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.
Soran əlifbası
Soran əlifbası (kürd. ئەلفبێی سۆرانی) — hazırda İraq Kürdüstanın kürd dilini yazmaq üçün istifadə olunan iki əlifbadan biri. İraq və İran Kürdüstanında yaşayan kürdlər arasında soran, kurmanc, pəhləvani və gorani dillərini yazmaq üçün istifadə olunur . Səid Kaban Sədki tərəfindən təqdim edilmiş 33 hərfdən ibarət dəyişdirilmiş fars əlifbasıdır. Əbcəd olan fars dilindən fərqli olaraq, soran saitlərin tələb olunduğu bir əlifbadır və bu, yazının oxunmasını asanlaşdırır. Səkkiz sait var, ancaq yeddisi hərflərlə təmsil olunur.

"sora" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sora nədir? #sora sözünün mənası #sora nə deməkdir? #sora sözünün izahı #sora sözünün yazılışı #sora necə yazılır? #sora sözünün düzgün yazılışı #sora leksik mənası #sora sözünün sinonimi #sora sözünün yaxın mənalı sözlər #sora sözünün əks mənası #sora sözünün etimologiyası #sora sözünün orfoqrafiyası #sora rusca #sora inglisça #sora fransızca #sora sözünün istifadəsi #sözlük