Sura sözü azərbaycan dilində

Sura

Yazılış

  • Sura • 93.3333%
  • sura • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sura çayı
Sura (çuvaş Сăр, d.mari Шур, erz. Сура лей) — Rusiya ərazisindən axan, Volqa çayının sağ qolunu təşkil edən çay. Rusiyanın Ulyanovsk, Pemza və Nijeqorod vilayətləri, Mordoviya, Mari El və Çuvaşiya əraxilərindən keçir. Çayın uzunuluğu 841 km, hövzəsinin sahəsi 67,5 min. km² təşkil edir. Ulyanov vilayətinin Prilov yüksəkliklərindən başlanğıcını götürür. Əvvəlcı qərbə sonradan isə şimala irtiqamətlənir. Su təminatında istifadə edilir. Sahilində ən böyük şəhər Pemzadır. Sahillərində Sursk, Alayır, Yadrin və Şumerya kimi şəhərlər belə vardır.
Sura İsgəndərli
Sura İsgəndərli (17 dekabr 1994, Bakı) — Azərbaycan əsilli türk müğənnisi və bəstəkardır. İngilis dili müəllimliyini oxuyub bitirən Sura musiqi ilə maraqlanmağa universitet illərində başlayıb. Şeir yazmağa kiçik yaşlarında başladığına görə qısa zaman ərzində müəllifi özü olduğu söz və bəstələri ilə böyük bir kütləyə tanınıb. Bir Daha Yak və Yaram Dərindən mahnıları sənətçi üçün dönüş nöqtəsi olub. 2019-cu ildə sənətçinin Bir Daha Yak adlı sinqlı Altın Kelebek Mükafatlarında İlin Mahnısı kateqoriyasında namizəd oldu. 2020-ci ilin fevral ayında, 4-cü Musiqi Ulduzlarında Ən Yaxşı Pop Musiqi Artisti kateqoriyasında mükafat qazandı.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
I Haşim ibn Suraka
Haşim ibn Suraka – Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. “Tarix əl-Bab”da ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cı ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanının əhalisi tatlardan ibarətdir.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Maksim Surayev
Maksim Viktori Surayev (24 may 1972, Çelyabinsk) — Rusiya Dövlət Dumasında fəaliyyət göstərən təqaüdçü, rus kosmonavt və siyasətçi. 2016-cı ildə öz mövqeyini göstərmişdir. == Şəxsi == Surayev Çelyabinskidə anadan olmuşdur. Uşaqlıq dövründə Surayev atasının hərbi öhdəlikləri səbəbindən bir çox yerlərdə yaşamışdır. Əvvəlcə doğulduğu yerdən, Uralsdakı Çelyabinskdən Sibiriyə köçdü. Atası hərbi akademiyaya daxil olduqda Surayevin ailəsi yenidən Moskva ətrafına köçdü. Atası bir neçə poçt xidmətinə baxarkən Surayev yenidən Moskvanın ətrafındakı bir şəhərdən digərinə köçdü. Surayev Anna Aleksandrovna ilə evlidir. Onların iki qızı var – Arina və Kseniya. Onun istirahət maraqları idman və kitab oxumaqları əhatə edir.
Sib və Suran şəhristanı
Sib və Suran şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Suran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,514 nəfər və 12,663 ailədən ibarət idi.
Surabaya
Surabaya — İndoneziyanın Şərqi Yava əyalətinin paytaxtı, 3 milyondan çox əhalisi olan İndoneziyanın ən böyük ikinci şəhəri. Qerbanqkertosusila kimi tanınan Böyük Surabaya metropol ərazisində əhali 10 milyondan çoxdur. Madura boğazı üzərində şimal-şərq Yavada yerləşən Cənub-Şərqi Asiyada ən qədim liman şəhərlərindən biridir. 18 və 19-cu əsrlərdə Surabaya Bataviya (bugünkü Cakarta) və daha sonra rəqibləri Şanxay və Honkonq ticarət mərkəzindən daha böyük olan Niderland Ost-Hindindəki ən böyük şəhər idi. İndi şəhər İndoneziya arxipelaqının mühüm maliyyə mərkəzlərindən biri olaraq qalır, yalnız Cakartadan sonra Tancunq Perak Limanı isə İndoneziyanın ikinci ən işgüzar dəniz limanıdır.
Surac Sadıqov
Suraju Saka
Suraju Saka (5 may 1976) — Konqonu təmsil edən stolüstü tennisçi. Suraju Saka Konqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Suraju Saka Konqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Suraju Saka Konqonu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Suraka ibn Malik
Suraka ibn Malik (VI əsr, Ərəbistan yarımadası – 645, ərəb. سراقة بن مالك‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, Qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Suraka mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Surakının atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Suraka Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü. Sonra Suraka Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Suraka vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır.
Surakarta
Surakarta (yav. ꦯꦸꦫꦏꦂꦠ) — Solo olaraq tanınan İndoneziyanın Mərkəzi Yava bölgəsindəki bir şəhər. 46 km² olan şəhər şimaldan Karanqanyar Reqensi (inzibati ərazi) və Boyolali Reqensi, şərqdən və qərbdən Karanqanyar Reqensi və Sukoharco Reqensidən və cənubdan Sukoharco Reqensidən ibarətdir. Solonun şərq tərəfində Solo çayı (Benqavan Solo) yerləşir. Surakarta Bələdiyyəsi və 59 rayon 7 reqensidə yayılmış, onun daxili ərazisində 2010-cu il siyahıyaalmasına görə 3,649,254 sakin olmuşdur. Surakarta İndoneziyanın hazırkı Prezidenti Coko Vidodonun doğulduğu yerdir. 2005-ci ildən 2012-ci ilə qədər Surakarta meri vəzifəsində çalışmışdır. Official website of the government of Surakarta Solo City General Forum – Visitors' Guide and many pictures. Military History Centre – "Serangan Oemoem" (August 7, 1949).
Surakə ibn Əmr
Surakə ibn Əmr (ərəb. سراقة بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zu-n-Nun (ərəb. زو النون‎) və Zu-n-Nur (ərəb. ذو النور‎) kimi də tanınır. Surakə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi, onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir.
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Suraphon Sombadcharoen
Suraphon Sombadcharoen (tay สุรพล สมบัติเจริญ; 25 sentyabr 1930 – 16 avqust 1968) – Tailand musiqiçisi.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Surat şəhərinin mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Suratın mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Suraxanı (Ağsu)
Suraxanı — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 151 nəfərdir.

sura sözünün leksik mənası və izahı

"sura" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sura nədir? #sura sözünün mənası #sura nə deməkdir? #sura sözünün izahı #sura sözünün yazılışı #sura necə yazılır? #sura sözünün düzgün yazılışı #sura leksik mənası #sura sözünün sinonimi #sura sözünün yaxın mənalı sözlər #sura sözünün əks mənası #sura sözünün etimologiyası #sura sözünün orfoqrafiyası #sura rusca #sura inglisça #sura fransızca #sura sözünün istifadəsi #sözlük