Şuşa sözü azərbaycan dilində

Şuşa

Yazılış

  • Şuşa • 99.7555%
  • ŞUŞA • 0.1970%
  • şuşa • 0.0340%
  • ŞuŞa • 0.0136%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Həsənabad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qarabulaq (Şuşa)
Qarabulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. Kənd dağətəyi ərazidə yerləşir.
Əziz Şuşa
Əziz Şuşa (ing. Aziz Shusha) — 2022-ci ildən Azərbaycan ərazisindən keçən çoxgünlük şose velosipedi yarışı. Yarış 2022-ci ildə yaradılmışdır. Onun debüt turniri milli təqvim çərçivəsində keçirilmiş və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan fərdi və qrup olmaqla iki mərhələdən ibarət olmuşdur. Qalib azərbaycanlı velosipedçi Elçin Əsədov olmuşdur. 2023-cü ildə keçirilən turnir 2.2 kateqoriyasını alaraq UCI Avropa Turunun təqviminə daxil olmuşdur. Bu, Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və onun marşrutu beş mərhələyə yüksəlmişdir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar (Şuşa)

Xanbağı (Şuşa)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
İmanlar (Şuşa)
İmanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq İmanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Şuşa (1973)
Rejissor: Rüfət Şabanov
Şuşa (dəqiqləşdirmə)
Şuşa şəhəri - Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Şuşa rayonu - Azərbaycanda 1930-cu ildə təşkil edilmiş rayon. Şuşa qəzası - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mərkəzi Şuşa şəhəri olmaqla yaradılmış ərazi bölgüsü. Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Şuşa (qəzet) - Sovet dövründə Şuşada nəşr olunmuş qəzet. Şuşa (kənd) — Əfqanıstanda kənd Şuşa (film, 1973) - sənədli film. Şuşa (film, 1978) - sənədli film. Şuşa (film, 2001) - sənədli film. Şuşa (mahnı) — Azərbaycanlı bəstəkar-müğənni AISELin mahnısı.
Şuşa (kənd)
Şuşa — Əfqanıstanda kənd Şuşa kəndi 1797-ci ildə Qacarın zülmündən baş götürüb, Əfqanıstana pənah aparan şuşalılar tərəfindən salınmışdır. Seymur Verdizadə. Doğma dildə söyüş.
Şuşa (mahnı)
Şuşa — azərbaycanlı bəstəkar-müğənni Aysel Məmmədovanın mahnısıdır. Mahnı 7 noyabr 2022-ci ildə təqdim edilmişdir. Mahnının musiqisi ifaçının özünə, sözləri isə Kübra Kərimliyə aiddir. Mahnının musiqi prodüseri Emin Kərim, layihənin baş prodüseri isə Aysel Rəcəblidir. AISEL bu layihədə SS Production şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Müğənninin SS Production ilə ilk layihəsi olan Şuşa mahnısının sözləri Kübra Kərimliyə, aranjimanı isə Emin Kərimə aiddir. Aisel təqdim etdiyi layihələrində hər dəfə milli musiqi alətlərimizdən istifadə edərək, pop musiqisi ilə milli musiqi alətlərimizin sintezini dinləyicilərə təqdim etmişdir. İfaçı ənənəsinə sadiq qalaraq, bu dəfə də, milli musiqi aləti olan balaban və tütəyə müraciət etmişdir. Onu balaban və tütəkdə Coşqun Sadıqov müşayət etmişdir. Layihə ilk dəfə olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunmuşdur.
Şuşa (qəzet)
Şuşa — Azərbaycan SSR dövründə Şuşada nəşr olunmuş qəzet. Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir. Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz bayrağı", "Şuşa kurortu" adları altında fəaliyyət göstərmişdir. 1930-cu illərində qəzetin səhifələrində bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet düz 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır. Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar.
Şuşa (rayon)
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.
Şuşa (şəhər)
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Şuşa Abidələri
Aşağıdakılar Şuşanın əvvəl mövcud olmuş abidələridir. İşğal altında olarkən bu abidələr, dağıdılmış, talan edilmişdir. Qala divarı (uzunluğu 8 km), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) ,17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam.
Şuşa Bəyannaməsi
Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezdentləri arasında imzalanmışdır. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında ŞUŞA BƏYANATI Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq, İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq, Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər: Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Şuşa PFK
Şuşa-Qarabağ PFK - və ya rəsmi adı ilə Şuşa-Qarabağ Peşəkar Futbol Klubu. Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubudur. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa" və "Şuşa-Qarabağ" adı altında fəaliyyət göstəmişdir. Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK. Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. . İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü.
Şuşa cay
Şuşa döyüşləri
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli–Şuşa avtomobil yolu

Güllələnmiş heykəllər (Şuşa)
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. == Tarixi == 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilib. 2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Heydər türbəsi (Şuşa)
Heydər türbəsi — Şuşa şəhəri, Ocaqqulu küçəsində yerləşən XIX əsrə aid tarixi-dini türbə. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 340 inventar nörməsi ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb. 2021-ci ildə üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilib.
Mariinski Qadın Gimnaziyası (Şuşa)
Mariinski Qadın Gimnaziyası — 1875-cı il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmiş və Şuşada fəaliyyət göstərmiş qızlar məktəbi. Məktəbdə dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar təhsil ala bilərdilər. Tədris planına oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri keçilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub, pulsuz keçirilirdi. Rus dili Konstantin Uşinskinin “Vətən dili” hesab isə Vasili Yevtuşevskinin “Hesab məsələləri” kitabı əsasında tədris edilirdi. Şuşa Marinski Qız Məktəbi 1894-cü ildən dördsinifli gimnaziyaya çevrildi. 1901-ci il burada təhsil alan şagirdlərin yeddisi azərbaycanlı idi. == Binası == Sovet işğalından sonra binada internat məktəbi fəaliyyət göstərib.
Mirzə Fətəli Axundov küçəsi (Şuşa)
Mirzə Fətəli Axundov küçəsi və ya Rasta bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Divanxana və Meydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə. Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır. Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır. Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir. Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Nizami küçəsi (Şuşa)
Nizami küçəsi və ya Şeytan bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Meydandan başlayan və Rasta bazar küçəsinin davamı olan tarixi küçədir. Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə olmuşdur. Şuşanın əsas ticarət küçəsi olan Rasta bazar küçəsi Meydanda Hacı Əmiraslanın karvansarası ilə kəsişərək cənuba doğru Şeytan bazar adı ilə davam edir. Bu küçədə Molla Pənah Vaqifin dövrümüzə çatmamış malikanəsi olmuşdur. Şeytan bazar küçəsi Rasta bazar küçəsi uzunluğunun (təxminən 300 m) 1/3 qədər uzunluğa malik olmaqla, müstəqil küçədən çox, küçə hissəsi təsiri bağışlayır. Şeytan bazar küçəsinin salınması zamanı kifayət qədər sakit relyefdə horizontal qatdan istifadə edilmişdir. Küçə bir qədər şimal-cənub maililiyinə malikdir, cənub qurtaracağında bu xüsusiyyət daha çox hiss olunur. Rasta və Aşağı bazar küçələri kimi, Şeytan bazar küçəsində də inşaat işləri sərt qırmızı xətt üzrə aparılmışdır. Küçənin qərb tərəfi cənub qurtaracağı istisna olmaqla eyni formalı plana malik olan kvadrat şəkilli karvansara ilə tutulmuşdur. Karvansaraylar bir-birindən kiçik küçə ilə ayrılır.
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırda ermənilər bu möhtəşəm abidəni məhv etmişlər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir. Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Qasım bəy Zakirin evi (Şuşa)
Qasım bəy Zakirin evi — XVIII əsrdə tikilmişdir
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.
Qurdlar məhəlləsi (Şuşa)
Qurdlar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaoğlunun atasının mülkü bu məhəllədə yerləşir. Məhəllədə Qaraböyük xanım sarayı yerləşir. Bu saray Şuşa qalası ərazisində salamat qalmış 2 saraydan biridir. Qalanın giriş qapısının üzərindəki kitabədə onu 1768-ci ildə tikildiyi qeyd olunub. Məhəllədə yerləşən mülklərdən biri də Zöhrabbəyovun evidir. Bu ev XIX əsrdə tikilib. Sovet işğalından sonra ev müsadirə olunub və burada Şuşa şəkil qalereyası fəaliyyət göstərib. 1992-ci ildə Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. Hazırda bina yarıdağılmış vəziyyətdədir.
Qızıldaş (dağ, Şuşa)
Qızıldaş — Şuşa rayonunun ərazisində dağ. Qarabağ silsiləsinin şimal-şərq yamacında yerləşir. Hündürlüyü 1960 metrdir.
Rasta bazar (Şuşa)
Mirzə Fətəli Axundov küçəsi və ya Rasta bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Divanxana və Meydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə. Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır. Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır. Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir. Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.
Rasta bazar küçəsi (Şuşa)

Əziz Şuşa 2022
Əziz Şuşa 2022 — 2022-ci ilin iyulun 9-dan 10-dək Azərbaycanda keçirilən çoxgünlük şose veloidman turniri. Yarışda səkkiz ölkəni – Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan və Özbəkistanı təmsil edən 13 komandadan 75 velosipedçi iştirak etmişdir. Yarışda 2 "UCI Continental Team" kateqoriyalı komanda, 3 milli komanda, 4 həvəskar komanda və 1 regional komanda olmaqla 13 komanda iştirak etmişdir. Yarış ümumi uzunluğu 100 kilometrdən bir qədər az olan iki mərhələdən ibarət idi. Əvvəlcə 21 km uzunluğunda olan Pirallahı kəndində fərdi yarış keçirilmişdir. Daha sonra Füzuli Hava Limanından 1,300 metrdən artıq hündürlükdə yerləşən Şuşa şəhərinə qədər 71 km məsafəyə qrup yarışı keçirilmişdir.
Əziz Şuşa 2023
Əziz Şuşa 2023 — UCI Avropa Turu 2023-ün təqvimi çərçivəsində 7–11 iyun 2023-cü il tarixlərində Azərbaycanda keçirilmiş və 2.2 kateqoriyalı şose velosipedi üzrə çoxgünlük yarış. Yarış keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, "Heydər Əliyev ili" çərçivəsində keçirilmişdir. Ən yaxşı velosipedçilər 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya xalları qazana bilərlər. Yarışda 11-i "UCI Continental Team" kateqoriyalı, 4-ü milli komanda və biri həvəskar komanda olmaqla 16 komanda iştirak etmişdir. Hər komanda 5–6 iştirakçıdan ibarət idi . Yarış ümumi uzunluğu təxminən 770 kilometr olan 5 mərhələdən ibarət idi. Bu, Azərbaycanın paytaxtı Bakı şəhərində başlamış, Şuşada bitmişdir. İlk üç mərhələ dağlıq əraziyə malik idi və cəmi üç kateqoriyalı dırmaşmanı əhatə edirdi. Qalan iki mərhələ Göygöl Milli Parkı və Şuşa Şəhər Dövlət Qoruğu ərazisində müvafiq olaraq 1,300 metrdən çox hündürlükdə başa çatan dağlıq ərazi olmuşdur. Onlara 8 dırmaşma, o cümlədən uzunluğu 5–6 km, orta qradiyenti 7–8% və maksimum qradiyenti 10,5% olan 5 kateqoriyalı qalxma daxildir.

şuşa sözünün leksik mənası və izahı

şuşa sözünün fransız dilinə tərcüməsi

"şuşa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şuşa nədir? #şuşa sözünün mənası #şuşa nə deməkdir? #şuşa sözünün izahı #şuşa sözünün yazılışı #şuşa necə yazılır? #şuşa sözünün düzgün yazılışı #şuşa leksik mənası #şuşa sözünün sinonimi #şuşa sözünün yaxın mənalı sözlər #şuşa sözünün əks mənası #şuşa sözünün etimologiyası #şuşa sözünün orfoqrafiyası #şuşa rusca #şuşa inglisça #şuşa fransızca #şuşa sözünün istifadəsi #sözlük