Şuşadakı məscidlərin siyahısı
Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hal-hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.
2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir.
Azərbaycandakı məscidlərin siyahısı
Шушинский Ф. Шуша. Б.: Азербайджанское государственное издательство.