Mihael Şumaher
Mixael Şumaxer (alm. Michael Schumacher; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir.
O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu.
2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır.
2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.