şumal sözü azərbaycan dilində

şumal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şumal • 81.8182%
  • Şumal • 9.0909%
  • ŞUMAL • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 ••••••••••••• 0.09
2020 •••••••••••••••••••• 0.13

şumal sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. – Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal. 2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. – Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. İrigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli. Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / şumal

şumal sözünün etimologiyası

  • 1 Mənbələrdə şımar kəlməsi var, feildir, “hamar olmaq” kimi açıqlanıb. Şım sözü var və “hamar” kimi izah olunub. Deməli, şımar feili şım sifətindən əmələ gə­lib, o da şumal şəklini kəsb edib. Dialektlərdə “hamarla” mənasını verən şumalla sözü mövcuddur. Hamar alınma sözdür və şumal kəlməsini ədəbi dildən çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şumal

şumal sözünün sinonimləri (yaxın mənalı sözlər)

şumal sözünün antonimləri (əks mənalı sözlər)

şumal sözünün rus dilinə tərcüməsi

  • 1 высокий, стройный

    Azərbaycanca-rusca lüğət / şumal
  • 2 прил. 1. гладкий (ровный, без выступов, впадин и шероховатостей). Şumal səth гладкая поверхность, şumal dəri гладкая кожа, şumal daş гладкий камень, şumal taxta гладкая доска 2. прямой (ровно вытянутый в каком-л. направлении, без избигов). Şumal çubuqlar прямые прутья, şumal ağac gövdəsi прямой ствол дерева, şumal zoğlar (pöhrələr) прямые побеги (отростки) 3. стройный: 1) красиво и правильно сложенный, хорошего телосложения. Şumal oğlan стройный юноша 2) отличающийся правильным, пропорциональным соотношением частей (о деревьях). Şumal sərv ağacı стройный кипарис

    Azərbaycanca-rusca lüğət / şumal

şumal sözünün inglis dilinə tərcüməsi

şumal sözünün fransız dilinə tərcüməsi

şumal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. шумал (1. дуьз, кьакьан (мес. ттар, чинар); 2. пер. кьакьан, буй-бухун авай, къамат авай, мес. гада, руш).

    Azərbaycanca-ləzgicə lüğəti / şumal

şumal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Başkeçid, Cəlilabad, Çənbərək, Qazax, Şamaxı, Ucar, Zəngəzur) düz, hamar. – Şumal ağac düz olor (Qazax); – Şumal taxtadan nə isdəsəη qayıra bilərsəη (Başkeçid); – Bizim bağda şumal ağac çoxdu (Zəngəzur); – Yanıx pə:də elə şumal ağaşdar var kin, hərəsinnən üş gırdın çıxar (Çənbərək); – Şumal ağajdı, əyri döy bı (Cəlilabad) II (Ağdaş, Bərdə, Göyçay, Xudat, Zəngilan) üzərində yarpağı olan cavan tut və ya çəkil çubuğu. – Uş günnən sora, üçüncü yuxudan durannan sonra qurda veririx’ şumal (Ağdaş); – Çəkilin şumalları uzun olur (Bərdə)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şumal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şumal nədir? #şumal sözünün mənası #şumal nə deməkdir? #şumal sözünün izahı #şumal sözünün yazılışı #şumal necə yazılır? #şumal sözünün düzgün yazılışı #şumal leksik mənası #şumal sözünün sinonimi #şumal sözünün yaxın mənalı sözlər #şumal sözünün əks mənası #şumal sözünün etimologiyası #şumal sözünün orfoqrafiyası #şumal rusca #şumal inglisça #şumal fransızca #şumal sözünün istifadəsi #sözlük