* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. Duman basmaq. Dumandan göz gözü görmür. – Dalğalanan dumanların arasından ay çıxır. A.Səhhət. Damla dənizdən ayrılarsa; Tez buxar olar; Göyə qalxar; Duman olar. R.Rza. 2. Tüstü. [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar. H.Cavid. Dumanlar, tüstülər qopmuş; Qılınclar, toplar ağzından; Həyat eşqilə odlardan, alovlardan keçir insan! S.Vurğun. 3. Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq. Toz, dumandan adamın gözü tutulur. – Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq. 4. məc. Bir şeyi örtən pərdə, örtü mənasında. // Bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında. 5. məc. Üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti. Gəlin, balalarım! Öpüm sizi mən; Bir duman görməsin xoş sifətiniz. S.Vurğun. 6. məc. Aydın olmayan vəziyyət, qeyrimüəyyənlik, anlaşılmazlıq, qaranlıq mənasında. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir. M.S.Ordubadi. □ Duman kimi (xatırlamaq, görmək və s.) – aydın olmayaraq, yuxu kimi. Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. İ.Musabəyov. ◊ Başından (beynindən) duman qalxmaq – bərk kədərlənmək, qanı qaralmaq. Aman, aman, ayrılıq; Halım yaman, ayrılıq; Eşidəndə başımdan; Qalxır duman, ayrılıq. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / duman2 tutqun, sis hava; gələcək bolluq və xoşbəxtlikdən xəbər verən; kədər, qəmginlik.
Azərbaycan kişi adlarının izahlı lüğəti / duman3 ру туман en fog de Nebel fr brouillard es niebla it nebbia
Günəş energetikası terminləri lüğəti / duman1 “Hər tərəfi örtən” mənasında tomo sözü olub. Tumurcuq (üstü örtülü və yumru olan), duman, hətta tuman (paltar) həmin tomo sözü ilə qohumdur. bu həm də “tüstü” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / duman3 1. DUMAN, ÇƏN, SİS Yenəmi arxalıq istəyirsən? Versənə çən, duman, sis deyəcəksən (M.Rahim). 2. duman bax tüstü
Azərbaycan dilinin sinonimlər lüğəti / duman2 сущ. туман: 1. скопление мельчайших водяных капель или ледяных кристаллов в нижних слоях атмосферы. Qatı (sıx) dumanlar густые туманы, səhər dumanları утренние туманы, duman bürüyür nəyi, haranı туман окутывает что, hər tərəf dumana bürünüb все вокруг окутано туманом, duman qalxır туман поднимается, duman çökür haraya туман опускается (ложится) куда, на что, duman çəkildi туман рассеялся, duman örtdü nəyi туман покрыл что, dumanı dağıtmaq разогнать туман, dumanda bir şeyi seçə bilməmək не различить что-л. в тумане, duman içində в тумане, duman arasından сквозь туман, duman olduğundan (dumandan) из-за тумана, duman topaları клочья тумана 2. облако из взвешенных в воздухе мелких частиц дыма, пыли, копоти и т.п. Toz dumanına bürünmüş окутанный туманом пыли 3. о чем-л., застилающем глаза, затрудняющем зрение. Gözlərimə duman çökdü глаза мои заволокло туманом 4. перен. состояние неясности, неотчетливости мыслей; путаница. Başımda duman var у меня в голове туман 5. перен. выражение тоски, грусти на лице, в глазах ◊ başından duman qalxdı nədən потрясен чем; duman kimi xatırlamaq kimi, nəyi смутно помнить о ком, о чём; duman kimi görmək неясно, смутно видеть
Azərbaycanca-rusca lüğət / duman1 i. (həm müst., həm də məc.) mist; (qatı) fog; Duman çəkilib / dağılıb The mist / the fog has lifted, The mist / the fog has cleared away; Duman gəlir / qalxır A mist / a fog is rising
Azərbaycanca-ingiliscə lüğət / duman1 is. brouillard m, brume f ; brouillasse f ; ~a bürünmək brouillasser vt ; être convert, -e de brouillard
Azərbaycanca-fransızca lüğət / duman1 сущ. 1. циф, ччилин циф; duman basmaq цифеди кьун, циф гьатун, циф акьалтун, циф сун; 2. гум; 3. гьуьм; гум, руг, бугъ гьатуникай арадал атанвай рагъулвал, гьалчӀайвал (гьавадин); 4. пер. перде; са затӀ ачух акуниз ва я гъавурда акьуниз манийвалдай затӀунин гьакъинда; 5. пер. гъам, гъамлувилин лишан (ччина, вилера); 6. пер. ачух тушир, акахьай, кьил акъат тийир везият, мичӀивал манада; duman kimi (xatırlamaq, görmək və s.) циф авай хьиз, ахварай хьиз (рикӀел хтун, акун ва мс.); ** başından (beynindən) duman qalxmaq кьиляй (мефтӀедай) гум акъатун, гзаф гьамлу хьун, иви чӀулав хьун.
Azərbaycanca-ləzgicə lüğəti / duman