dumanlanmaq sözü azərbaycan dilində

dumanlanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dumanlanmaq • 91.6667%
  • DUMANLANMAQ • 4.1667%
  • Dumanlanmaq • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dumanlanmaq sözünün leksik mənası və izahı

  • 1 məch. 1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı. – Toz ərşə dayandı, göy dumanlandı. Ə.Cavad. // Duman qalxmaq, tüstü çıxmaq. Bu sadə tonqalın yaşıl tüstüsü; Gecənin qoynunda dumanlanırdı. S.Vurğun. // Nazik bir təbəqə ilə örtülmək, şəffaflığını itirmək, tutqunlaşmaq, kəsifləşmək. Gözlük dumanlanaraq ətrafı görməyə mane oldu. 2. Bulanmaq, qaralmaq. // məc. Gözlər haqqında – 1) yaşarmaq, doluxsunmaq, ağlamsınmaq; bərk kədərlənmək. Qocanın dumanlanan gözləri yaşla doldu. Ə.Məmmədxanlı. Fəqət [Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq; 2) qaralmaq, qaranlıq çökmək, aydın görmə qabiliyyətini itirmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə). Gözləri daha da dumanlandı; daha dərin bir xəyalata daldı. C.Cabbarlı. Firidun [Musa kişinin] işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. M.İbrahimov. ◊ Başı (beyni, şüuru, fikri) dumanlanmaq – 1) bir anlıq aydın düşünmə qabiliyyətini itirmək; // özünü itirmək dərəcəsinə gəlmək. [Midhəd] fikirləşdikcə başı dumanlanır, gicgahları ağrıyırdı. Ə.Vəliyev; // sərxoşlanmaq, keflənmək. Qaraşın başı o qədər dumanlanmışdı ki, oturduğu yerdə dayana bilmirdi. M.İbrahimov; 2) bərk kədərlənmək, son dərəcə məyus olmaq. Anasının ürəkyaxıcı göz yaşından, Güllünün məğrur duruşundan Səfərin başı dumanlandı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / dumanlanmaq

dumanlanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

dumanlanmaq sözünün antonimləri (əks mənalı sözlər)

dumanlanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 покрыться туманом, затуманиться

    Azərbaycanca-rusca lüğət / dumanlanmaq
  • 2 глаг. туманиться, затуманиваться, затуманиться: 1. покрываться, покрыться, окутываться, окутаться туманом. Dağların başı dumanlanmağa başladı вершины гор затуманились 2. заволакиваться, застилаться (о глазах, взоре и т.п.). Gözləri dumanlandı глаза затуманились 3. становиться, стать мутным, тусклым, утрачивать, утратить яркость, темнеть, потемнеть 4. перен. утрачивать, утратить ясность мысли, помутиться. Başım dumanlanır туманится в голове, şüuru dumanlandı сознание помутилось, fikri dumanlanırdı мысли туманились

    Azərbaycanca-rusca lüğət / dumanlanmaq

dumanlanmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to become* / to grow* misty, to become*enveloped in mist; 2. to grow* gloomy, to darken; 3. (gözdə) to dim; 4. (başda, şüurda) to be* in a fog, to be* befogged; Mənim gözlərim yaşdan dumanlandı My eyes dimmed with tears

    Azərbaycanca-ingiliscə lüğət / dumanlanmaq

dumanlanmaq sözünün fransız dilinə tərcüməsi

dumanlanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 məch. 1. цифеди кьун, циф акьалтун, циф гьатун, циф сун, ицифун; цифедивди (гумадивди) кӀев хьун (ацӀун); hava dumanlandı гьава ицифна; // акьатун, хкаж хьун (циф, гум); 2. рагъул хьун, мичӀи хьун; циф авай хьиз акун, усана акун (мес. чешмеграй); 3. пер. циф акьалтай хьиз хьун, хуш акьалтай хьиз хьун, мичӀивал акьалтун (вилерал); // вилер ацӀун, вилериз нагъв хъиткьинун, шел атун; гзаф гъамлу хьун; ** başı (beyni, şüuru, fikri) dumanlanmaq а) кьил (фагьум, фикир) акахьна амукьун; вич-вичелай фидай дережадиз атун; // кьил элкъуьн, пиян хьун; б) гзаф гъамлу хьун, сугъул хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dumanlanmaq

Oxşar sözlər

#dumanlanmaq nədir? #dumanlanmaq sözünün mənası #dumanlanmaq nə deməkdir? #dumanlanmaq sözünün izahı #dumanlanmaq sözünün yazılışı #dumanlanmaq necə yazılır? #dumanlanmaq sözünün düzgün yazılışı #dumanlanmaq leksik mənası #dumanlanmaq sözünün sinonimi #dumanlanmaq sözünün yaxın mənalı sözlər #dumanlanmaq sözünün əks mənası #dumanlanmaq sözünün etimologiyası #dumanlanmaq sözünün orfoqrafiyası #dumanlanmaq rusca #dumanlanmaq inglisça #dumanlanmaq fransızca #dumanlanmaq sözünün istifadəsi #sözlük