* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2010 | •••••••••••••••••••• | 0.09 |
1 f. 1. Keflənmək, nəşələnmək, məst olmaq. // Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov. Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. B.Vahabzadə. 2. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq. [Yaşlı kişi:] Uzandığım krovatda xumarlanırdım. S.Hüseyn. Bu dadlı laylalardan balaca [qız] xumarlanıb şirin yuxuya getdi. S.S.Axundov. [Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi. M.Hüseyn. // Məc. mənada. Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı. S.Vurğun. Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü. M.İbrahimov. …Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / xumarlanmaq1 1. хмелеть, охмелиться; 2. быть обласканным, убаюкиваемым, почувствовать негу;
Azərbaycanca-rusca lüğət / xumarlanmaq2 глаг. 1. пьянеть, опьянеть 2. нежиться (предаваться неге, наслаждаться состоянием покоя)
Azərbaycanca-rusca lüğət / xumarlanmaq1 гл. 1. хумар хьун, мест хьун, кефли хьун; // авахьун (вилер); 2. пер. лезет къачун, зевкь къачун.
Azərbaycanca-ləzgicə lüğəti / xumarlanmaq