güman sözü azərbaycan dilində

güman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • güman • 81.9171%
  • Güman • 18.0188%
  • GÜMAN • 0.0457%
  • gÜman • 0.0183%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Güman (film, 1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Aşağı Gümanc (Təbriz)
Aşağı Gümanc (fars. گمانج سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (96 ailə).
Gümanc
Aşağı Gümanc (Təbriz)
Gümandaş
Gümandaş (az.-əski. گۆمان‌داش‎, fars. گمان‌دشت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 65 nəfər yaşayır (23 ailə).
Yuxarı Gümanc (Təbriz)
Yuxarı Gümanc (fars. گمانج عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 314 nəfər yaşayır (86 ailə).

güman sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal. O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı. M.Hüseyn. □ Güman var ki, güman ki – ola bilər, mümkündür, ehtimal ki. Güman var ki, onun biri xəyaldır; Göydən gələn lənətdən bir timsaldır. A.Səhhət. Güman etmək (eləmək) – fikirdə olmaq, ehtimal etmək, zənn etmək. Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə. Nəriman bunun keşikçi olduğunu güman etdi. Mir Cəlal. 2. Şübhə, şəkk. Zərrə qədər iman; Dünya qədər güman. (Ata. sözü). Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! “Koroğlu”. □ Gümana düşmək – şübhəyə düşmək, şəklənmək, şübhə etmək. Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər, müşavirədə olanlar bir-birindən gümana düşərdilər. S.Rəhimov. Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar cürbəcür gümana düşürdülər. B.Bayramov. Gümanı getmək – şübhələnmək (birindən). Hacı Kamyab … o gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Ə.Haqverdiyev. 3. Ümid, istək, arzu. Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında. Q.Zakir. Hamınız dərdi-dilinizi ərz edəsiniz və, inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız. C.Məmmədquluzadə. □ Gümanı gəlmək – inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq. [Heydər bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. M.F.Axundzadə. [Reyhan:] Amma çarəm yoxdur, gümanım sənə gəlir… Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / güman

güman sözünün sinonimləri (yaxın mənalı sözlər)

güman sözünün rus dilinə tərcüməsi

  • 1 1. предположение, гипотеза, догадка; 2. подозрение; 3. надежда;

    Azərbaycanca-rusca lüğət / güman
  • 2 сущ. 1. предположение (мысль о вероятности, возможности чего-л.), догадка; güman var ki, … 1) можно предположить, что … 2) есть надежда, что …; güman etmək предположить, güman (fərz) edək ki, … предположим, что … 2. подозрение (предположение, основанное на сомнении); gümana düşmək подозревать; gümanı getmək kimə подозревать кого 3. надежда (о ком-, о чём-л., на кого, на что надеются). Gümanım sənədir одна надежда на тебя, gümanı gəlmək kimə, nəyə питать надежду, надеяться на кого, на что, güman ki, … вероятно, что …

    Azərbaycanca-rusca lüğət / güman

güman sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. supposition; hypothesis (pl. -ses); guess-work; Bu ancaq gümandır It is mere guess-work; 2. (şübhə) suspicion; 3. (ümid) hope; ~ı gəlmək 1) to hope (for.+to inf.); 2) to rely; Gümanım ancaq 5 manata gəlir I have just 5 manats

    Azərbaycanca-ingiliscə lüğət / güman

güman sözünün fransız dilinə tərcüməsi

güman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. гиман (1. тайин тушир фикир, зенд, игьтимал; güman etmək (eləmək) гиман авун, фикир авун, игьтимал авун, зенд авун; 2. шак; gümana düşmək шак авун, шаклу хьун; gümanı getmək гиман фин, шаклу хьун; 3. умуд, мурад, кӀанивал; gümanı gəlmək умуд авун, умун хьун, архайин хьун, чӀалахъ хьун, агъун).

    Azərbaycanca-ləzgicə lüğəti / güman

güman sözünün türk dilinə tərcüməsi

"güman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güman nədir? #güman sözünün mənası #güman nə deməkdir? #güman sözünün izahı #güman sözünün yazılışı #güman necə yazılır? #güman sözünün düzgün yazılışı #güman leksik mənası #güman sözünün sinonimi #güman sözünün yaxın mənalı sözlər #güman sözünün əks mənası #güman sözünün etimologiyası #güman sözünün orfoqrafiyası #güman rusca #güman inglisça #güman fransızca #güman sözünün istifadəsi #sözlük