* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş (savab əksi). Səni mələk görəli yazmaz oldu eşqi günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana. Füzuli. Əfv olur möminin cümlə günahı; Sənin də könlündən keçər, ağlarsan. M.V.Vidadi. □ Günaha batmaq – dincə qəbahət sayılan bir iş görmək. İncitmə Zakiri bundan ziyada; Bir usan, günaha batdığın yetər. Q.Zakir. 2. Cəzalanmalı hərəkət; təqsir. Uşağın günahı yoxdur. – Yazıq Hacı Mirzə Həsən ağa, sənin günahın nə idi, sən nə deyirdin ki? C.Məmmədquluzadə. O yazığın günahı nə, təqsiri nə? Hücum çəkib Vətəninə? B.Vahabzadə. □ Günah eləmək (işləmək) – cəzaya layiq bir iş görmək. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəyyaya toxunacaq idi. Çəmənzəminli. Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. Günaha batmaq – bax günah eləmək (işləmək). Ən böyük cinayətdir; Azadlığa qəsd etmək; Bu günaha batma gəl! B.Vahabzadə. Günahından keçmək, günahını bağışlamaq – təqsirindən keçmək, bağışlamaq. [Bəhram:] Mən xəyanət elədim, Sara, keç günahımdan! C.Cabbarlı. Bahadır da anasının günahını bağışlamağı [atasından] xahiş eləmək istədi. M.Hüseyn. Günahını yumaq – təqsirindən keçilmək üçün cəzalanmalı olan hərəkətinin əvəzində yaxşı işlər görmək. 3. məc. Nöqsan, çatışmazlıq. …Professor binanın günahını indi aydın elədi… B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / günah2 GÜNAH [Mümtaz Mötəbərov:] Mənim günahım nədir? (M.Hüseyn); BABAL Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı (R.Rza); CÜRM (kl.əd.) Vəzir: Sultan Mahmud Qəznəvi bu gunə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu (M.F.Axundzadə); İTTİHAM Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? (M.S.Ordubadi); QƏBAHƏT Fikrət: Şəxsən mən bunda bir qəbahət görmürəm (H.Abbaszadə); QÜSUR Gər sən idrak eyləməzsən, bil ki, səndədir qüsur (Nəsimi); SUÇ (köhn.) Nazlıya elə gəlirdi ki, onun bu işdə heç suçu yoxdur (M.Hüseyn); TƏQSİR Əslində təqsiri olmasa da Adilə özünü günahkar hesab edib dedi: – Bağışla, Həmzə, düzü, yadımdan çıxıb (Ə.Qasımov); VƏBAL (dan.) Vəbalı nağıl edənin boynuna, yaman-doğruluğuna zəmanət etmirəm (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / günah1 GÜNAH – SAVAB Günahın cəzası ölümdə yox, dirilikdədir (Çəmənzəminli); Dinləyib axirət üçün savab qazanarıq (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / günah2 I сущ. 1. грех: 1) религ. нарушение религиозно-нравственных предписаний 2) предосудительный поступок, ошибка. Günah eləmək совершить грех, günaha batmaq совершать, совершить грех, брать грех на душу, günahından keçmək kimin прощать, простить грех чей, günahını yumaq искупать, искупить грех, günaha batırmaq kimi вводить, ввести кого в грех, günahını bilməmək не знать за собой греха, günahımı nə gizlədim что греха таить 3) перен. ошибка, недостаток. Nə günah eləmişəm? какой грех я совершил? 2. вина, проступок. Günahım nədir? в чём моя вина? в чём я виноват? Onun günahı üzündən по его вине, günahını boynuna almaq признать свою вину II прил. грешный, греховный. Günah iş греховное (грешное) дело; heç bir günahı olmayan qocalar və uşaqlar ни в чём не повинные старики и дети
Azərbaycanca-rusca lüğət / günah1 i. 1. sin; ~ etmək / işləmək to sin (against); 2. fault, guilt; bir kəsin ~ı ucundan / üzündən through smb.’s fault; onun ~ı üzündən / ucundan through his / her fault; ~ını yumaq to redeem one’s fault; ~ı başqasının boynuna / üzərinə qoymaq to lay* / to put* the blame on smb., to lay* the guilt at the door of smb. idiom.; ~ı boynuna almaq / götürmək to admit / to acknowledge one’s guilt; hüq. to plead guilty; ~ı inkar etmək / boynuna almamaq to deny one’s guilt; hüq. to plead not guilty; ~ını boynuna almaq / götürmək to take* the blame upon oneself, to shoulder the blame; Bu sizin günahınızdır It is your fault; ~ından keçmək to forgive* (d.), to pardon (d.); hüq. to absolve (d.)
Azərbaycanca-ingiliscə lüğət / günah1 is. péché m, faute f ; ~ etmək commettre (və ya faire) un péché ; ~ı boynuna almaq avouer, confesser ses péchés ; ~ından keçmək pardonner vt
Azərbaycanca-fransızca lüğət / günah1 [fars.] сущ. гунагь (1. диндин ахлакьдин нормайриз акси яз гьисабзавай кар; günaha batmaq гунагьда гьатун, гунагь тир са кар авун; 2. жаза гуниз лайих тир кар; тахсир; günah eləmək (işləmək) гунагь авун, тахсир акъатун, жазадиз лайих тир са кар авун; günaha batmaq кил. günah eləmək (işləmək); günahından keçmək, günahını bağışlamaq гунагьдилай (тахсирдилай) гъил къачун; 3. пер. айиб, рехне, нукьсан).
Azərbaycanca-ləzgicə lüğəti / günah