* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. seyqəl] 1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə. □ Sığal çəkmək məc. – oxşamaq, tumarlamaq, sığallamaq. Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim. Dağların küləyi, bağların mehi; İncik ruhumuza bir sığal çəkir. B.Vahabzadə. 2. Cila, süs, bəzək. □ Sığal vermək (vurmaq, çəkmək) – bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək. Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun. O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev. Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir.
Azərbaycan dilinin izahlı lüğəti / sığal2 в сочет. 1. sığal çəkmək гладить, поглаживать, погладить нежным прикосновением руки 2. sığal vermək наводить, навести красоту
Azərbaycanca-rusca lüğət / sığal1 [ər. seyqəl] сущ. 1. сигъал, туьмер; кап аладарун, гъил экъуьрун, гъил (кап) алтадун; sığal çəkmək а) пер. сигъал чӀугун; б) кап аладарун, кап (гъил) алтадун, туьмер авун; 2. сигъал, безег; sığal vermək (çəkmək) сигъал гун (чӀугун), безег гун, дамах гун, кьил-пад туькӀуьрун, къайдадик кутун, селигъда ттун (ччӀарар, кьил, пекер).
Azərbaycanca-ləzgicə lüğəti / sığal