* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən qayrılmış müxtəlif formalı bəzək; tana. Brilyant sırğa. Yaqut sırğa. – Ərknaz heç kəsin ağlına gəlməyən sırğalar, klonlar, qolbaqlar, bilərziklər, boyunbağılar, sancaqlar sifariş elərdi… M.Hüseyn. [Sara xanımın] …sırğası, qozası, ətəkliyi, nəyi, nəyi yox idi? Qantəmir. ◊ Qulağında sırğa olmaq – bax qulaq.
Azərbaycan dilinin izahlı lüğəti / sırğa2 qadınların qulaqlarına taxdıqları qızıl və ya gümüşdən hazırlanmış bəzək əşyası, tana(Onların üçdüymə, beşdüymə və s. növləri vardır. Bu sırğaların hamısı dairəvi Günəş şəklində olur. Düymələr isə 1 sm uzunluğunda olub, dairələrin aşağı hissələrindən şüa kimi onlara yapışdırılır. "Sırğa" sözündəki "sır" Günəş mənasında "sarı, sar", "tana" sözündəki "tan" isə Günəş mənasında "dan" sözü ilə bağlıdır. Bu baxımdan "sır" və "tan" sözləri sinonimik cərgə təşkil edir və Günəş anlayışı ilə əlaqədardır).
Azərbaycan qadın adlarının izahlı lüğəti. / sırğa1 Əsli asırğa kimi olub və asmaq feilindəndir. Mənası “qulaqdan asılan” deməkdir. Onun sinonimi kimi tana/ tənə kəlməsi də var, alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sırğa1 SIRĞA [Vəsfıyyə:] Deyir Qəhrəmanov arvadına bir cüt sırğa alıb... (R.Rza); GUŞVARƏ (kl.əd.) Cavad: Ruhum uçmuş da bir qızın ruhu ilə birlikdə, könlümdə qulaqlarına guşvarə olaraq asılmışdır (A.Şaiq); TANA (köhn.) Barmağında xatəm, guşində tana; Gireh-gireh zülfün tökə gərdənə (M.P.Vaqif).
Azərbaycan dilinin sinonimlər lüğəti / sırğa2 сущ. 1. серьга (украшение в виде кольца, подвески и т.п., продеваемое в мочку уха). Qızıl sırğa золотые серьги, sırğa taxmaq носить серьги 2. серёжка: 1) см. sırğa 1 2) бот. соцветие в виде кисти мелких цветков у древесных растений, опадающее целиком после цветения ◊ qulağında sırğa olsun заруби себе на лбу (на носу)
Azərbaycanca-rusca lüğət / sırğa