sırada sözü azərbaycan dilində

sırada

Yazılış

  • sırada • 99.1006%
  • Sırada • 0.8585%
  • SIRADA • 0.0409%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arxa sıradakılar (teleserial, 2007)
== Məzmunu == Arxa Sıradakılar, MinT Prodakşn tərəfindən FOX kanalı üçün hazırlanan Türk dram serialıdır. Serialın quruluşunu Birol Güvən, ekranlaşmasını isə Hamdi Alkan öz üzərinə götürmüşdür. 30 Sentyabr 2007-ci ildə yayıma başlamışdır. 27 Noyabr 2011-ci ildə sona çatan serial, TNT kanalında təzə bölümləri ilə yenidən başlamışdır. TNT-nin bağlanacağı qərarı çıxanda bütün seriallar bitirilmişdir. Bu səbəblə Arxa Sıradakılar 193-cü bölümdə, final bölümü yayımlanmışdır. Həmçinin serial FOX-dan TNT-yə transfer olanda serialın prodüser şirkəti də dəyişmişdir. Əvvəlcədən quruluşunu MinT Quruluşun üzərinə götürdüyü serialının quruluşunu TNT-yə keçdikdə, Best Quruluşu öz üzərinə götürmüşdür. Gənclik serialı olan Arxa Sıradakılar dəstə halında davalar, narkotik, xərac alınması ilə izah edilir. Hadisələrin əsas məkanı; İllərdir universitetə bir tələbə belə göndərməmiş, unudulmuş bir məktəbdir.
Ford sıradağları
Ford sıradağları, Antarktidada Meri Berd Torpağının şimal-qərb hissəsində Salzberq buz sahəsi və Blok körfəzinin şərqində yüksələn dağ silsiləsidir. Bir çox dağ və dağ qrupundan meydana gəlmişdir. Riçard Berdin ilk Antarktida səfəri (1928-1930) zamanı, Berd tərəfindən 5 dekabr 1929-cu ildə kəşf edilmiş və bu səfəri maliyyələşdirən Ford Motor şirkətinin sahibi Edsel Fordun adı verilmişdir. == Coğrafiyası == Buz səthinin altında gizlənmiş dağlarının əsas qisimi buzlaqlar tərəfindən yaradılan dərin çöküntü sahələriylə ayrılmış, buz səthindəki ortalama yüksəklikləri 500-1000 metr olan tək tək zirvələr olaraq sıralanan Ford sıradağları, çökəkliklər, torpaqda yüksələn kömürləşmiş magmatik qayalar və granitlərdən ibarətdir. Uzunluğu 508 km, eni 560 km olan 130 540 km2 -lik sahədə üzərində yerləşən Ford Sıradağlarının ən yüksək yeri, bəzi mənbələrə görə, dəniz səviyyəsindən 1370 metr yüksəkliyiylə Avers dağıdır. Digər ən yüksək nöqtə, 1235 metr yüksəkliyiylə Ekblo dağıdır.
Zaqros sıradağları
Zaqros dağları — İranda, Şimali İraqda və Türkiyənin cənub-şərqində uzun dağ silsiləsi. Bu dağ silsiləsi ümumi uzunluğu 1600 km-dir (990 mil). Zaqros dağ silsiləsi İranın şimal-qərbində başlayır və Türkiyənin cənub-şərqini və İraqın şimal-şərqini əhatə edərkən təxminən İranın qərb sərhədinə qədər uzanır. Bu sərhəd bölgəsindən, silsilələr Fars körfəzinin suları altında da cənub-şərqə doğru davam edir. Qərb və cənub-qərb İran yaylasının bütün uzunluğunu əhatə edir və Hörmüz boğazında bitir. Ən hündür nöqtəsi 4409 metr olan Dena dağıdır. Zaqros iki tektonik plitənin Avrasiya və Ərəb plitələrinin toqquşması nəticəsində əmələ gəlmişdir. Bu toqquşma əsasən Miosen dövründə (təxminən 25–5 milyon il əvvəl və ya mya) baş vermiş və paleozoydan (541–242 mya) kaynozoydan (66 mya — indiki) çöküntülənmiş süxurların hamısını passiv şəkildə qatlamışdır. Toqquşma prosesi hələ də davam edir və Ərəb plitəsi Avrasiya plitəsi ilə itələdikcə Zaqros dağları və İran yaylası daha da yüksəlir. İranda son ​​GPS ölçmələri göstərdi ki, bu toqquşma hələ də aktivdir və nəticədə yaranan deformasiya ölkə daxilində, əsasən Əlborz və Zaqros kimi əsas dağ qurşaqlarında qeyri-bərabər paylanır.
Əlburz sıradağları
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.

"sırada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sırada nədir? #sırada sözünün mənası #sırada nə deməkdir? #sırada sözünün izahı #sırada sözünün yazılışı #sırada necə yazılır? #sırada sözünün düzgün yazılışı #sırada leksik mənası #sırada sözünün sinonimi #sırada sözünün yaxın mənalı sözlər #sırada sözünün əks mənası #sırada sözünün etimologiyası #sırada sözünün orfoqrafiyası #sırada rusca #sırada inglisça #sırada fransızca #sırada sözünün istifadəsi #sözlük