estrada sözü azərbaycan dilində

estrada

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • estrada • 87.9001%
  • Estrada • 12.0411%
  • ESTRADA • 0.0587%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Conatan Estrada
Conatan Estrada (28 noyabr 2000, Santa-Ana, Kaliforniya) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda hücumçu kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Estrada LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Estrada öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Ariel Lassiteri əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib 1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Estrada doktrinası
Estrada doktrinası — Paskual Ortis Rubionun prezidentliyi dövründə (1930-1932) yeni hökumətlərin tanınmasına dair 27 sentyabr 1930-cu il kommunikesində Meksikanın xarici işlər naziri Xenaro Estrada Felis tərəfindən formulə edilmiş doktrina."Hökumətlərin qeyri-formal tanınması" doktrinası da adlanır. Tobara doktrinasının əksinə olaraq Estrada doktrinası belə hesab edir ki, müəyyən ölkənin hökumətinin tanınması xarici dövlətlərin xüsusi aktının olmasını tələb etməməlidir. Doktrina 1930-cu ildən 2000-ci illərin əvvəllərinədək Meksikanın xarici siyasətinin əsasını təşkil etmişdir. Doktrina 70 il ərzində ölkənin xarici siyasətində ən təsirli vasitə olub. Doktrinaya görə, xarici dövlətlər hökumətləri, eləcə də başqa dövlətlərin hökumətlərindəki dəyişiklikləri müsbət və ya mənfi mənada qiymətləndirməməlidirlər; çünki belə hərəkət dövlət suverenliyinin pozulmasına səbəb ola bilər. Bu siyasət dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, beynəlxalq mübahisələri dinc yolla həll etmək və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır.. == Haqqında == 12 sentyabr 1931-ci il tarixdə Meksika Millətlər Liqasına qəbul edildi. Bu hadisə olduqca əlamətdar idi, çünki ABŞ-la aralarında həll edilməmiş problemlər qaldığına görə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaradılan beynəlxalq hökumətlərarası təşkilatların heç birinə Meksika dəvət edilməmişdi. Bu zaman Meksika beynəlxalq hüquqa və dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan mövqeyini nümayiş etdirməyə başladı. Meksika hökuməti həmişə mübahisələrin dinc yolla həllini dəstəkləyir və beynəlxalq münasibətlərdə güc tətbiq etməyi rədd edirdi.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Azərbaycan Dövlət Estrada Orkestri
Azərbaycan Dövlət Estrada Orkestri — 1956-cı ildə Bakıda yaradılmış orkestr. == Tarixi == Orkestr Azərbaycan estrada musiqisinin inkişafında rol oynamışdır. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri lə yanaşı müxtəlif xalqların musiqisi və caz kompozisiyaları geniş yer tutmuşdur. Musiqiçilərdən K. Manaflı, K. Qasımov, R. Seyidzadə, Ş. İbrahimov, Tofiq Şabanov, L. Lubenski, İ. Hüseynov, müğənnilərdən Lütfiyar İmanov, Mirzə Babayev, Elmira Rəhimova, Oqtay Ağayev, Natəvan Şeyxova, "Qaya" kvartetinin üzvləri Tofiq Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisavetski, Y. Devis, N. Andreyeva, Z. Nurullayev, S. Həsənova, rəqqas K. Dadaşov müxtəlif vaxtlarda kollektivin heyətində çıxış etmişlər. 1957–1966-cı illərdə qısa fasilələrlə Rauf Hacıyev, 1958-ci ildə Rəşid Behbudov, 1966–1968-ci illərdə Hacı Xanməmmədov, 1968–1971-ci illərdə Anatoli Kalvarski, 1971–1972-ci illərdə isə Əziz Əzizli orkestrin bədii rəhbəri olmuşdur. Orkestr "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Bizim küçə", "Uzaq sahillərdə" və başqa filmlərdə musiqili epizodlara çəkilmiş, bir sıra ölkələrdə qastrol səfərində olmuşdur. Orkestr 1974-cü ildə fəaliyyətini dayandırmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri
Naxçıvan Dövlət Filarmoniyası — Naxçıvan şəhərində fəaliyyət göstərir. 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Burada xalq çalğı alətləri ansamblı, rəqs kollektivi, instrumental ansambl, simfonik heyət fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri, solistləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Finlandiya, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli, 63-04/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
"EKSPO-67" üçün estrada konserti (film, 1967)

estrada sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança. [Səbri] …ürəyi bərk döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək oğrun-oğrun tamaşaçılara baxırdı. M.Hüseyn. …Qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. Ə.Haqverdiyev. 2. Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s.-dən ibarət kiçik formalı tamaşa. Estrada orkestri. Estrada nömrələri.

    Azərbaycan dilinin izahlı lüğəti / estrada

estrada sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. эстрада: 1. помост, возвышение для артистов, выступающих перед публикой. Estradada çıxış etmək выступать на эстраде 2. исскуство малых форм, основным видом которого является концерт. Azərbaycan estradası азербайджанская естрада, естрада артисти артист эстрады, естрада театры театр эстрады II прил. эстрадный. Estrada incəsənəti эстрадное искусство, estrada musiqisi эстрадная музыка, estrada konserti эстрадный концерт, естрада коллективи эстрадный коллектив, estrada orkestri эстрадный оркестр, estrada müğənnisi эстрадная певица

    Azərbaycanca-rusca lüğət / estrada

estrada sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (səhnə) stage, platform; 2. (incəsənət növü) variety art II. s. variety (attr.); ~ artisti variety actor, (qadın) variety actress; ~ tamaşası variety show / entertainment

    Azərbaycanca-ingiliscə lüğət / estrada

estrada sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. estrade f, podium m, tribune f ; variété f, music-hall (incəsənət növü) ; 2) sif. d’estrade, de variété ; ~ artisti artiste m de variétés, ~ tamaşası spectacle de variétés

    Azərbaycanca-fransızca lüğət / estrada

estrada sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] 1. эстрада (1. къугъвадай артистар, оркестр ва мсб. акъвазун патал ахъа сегьне, чиливай хкажна раснавай чка; 2. гьахьтин ахъа сегьнеда къалурдай, нумраяр фад-фад дегиш жедай концертрикай ва мс. ибарат тир гъвечӀи тамаша); 2. эстрададин (мес. концерт, артист ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / estrada

"estrada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#estrada nədir? #estrada sözünün mənası #estrada nə deməkdir? #estrada sözünün izahı #estrada sözünün yazılışı #estrada necə yazılır? #estrada sözünün düzgün yazılışı #estrada leksik mənası #estrada sözünün sinonimi #estrada sözünün yaxın mənalı sözlər #estrada sözünün əks mənası #estrada sözünün etimologiyası #estrada sözünün orfoqrafiyası #estrada rusca #estrada inglisça #estrada fransızca #estrada sözünün istifadəsi #sözlük