estakada sözü azərbaycan dilində

estakada

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • estakada • 93.0464%
  • Estakada • 6.9536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Estakada
Estakada (fr. estacade, Provans dialekti: estaca – dayaq, tir) – yer və ya su səthindən müəyyən hündürlükdə (bəzən də suyun altında) tikilən körpü tipli qurğu; nəqliyyat vasitələrinin, adamların, müxtəlif kommunikasiya xətlərinin (su, neft, qaz boru kəmərlərinin və başqaları) keçməsi, həmçinin yükləmə-boşaltma işləri aparmaq üçündür. Dəmir-beton, metal, bəzən daş və taxtadan tikilir. Estakada adətən, torpaq qalağı üstündə qurulmur, tir, çərçivə, tağ və sair konstruksiyalı olur. Bu, Estakadanın altından da nəqliyyat vasitələrinin keçməsinə, eləcə də orada hər hansı bir tikilinin (qaraj, mağaza, emalatxana) yerləşdirilməsinə imkan verir. Mədən estakadalarının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm mərhələdir. Dərinliyi 30 metrədək olan sularda dəmir-beton və metal Estakadalar qurulur.
Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur. == Tarixi == 1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı. 1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası (2016)

estakada sözünün leksik mənası və izahı

  • 1 is. [fr.] Hərəkət çox olan yerlərdə nəqliyyatın hərəkətini, gəmilərin yan almasını, yaxud yükləmə və boşaltma işlərini yüngülləşdirmək üçün körpü şəklində qurğu. // Dənizin dibindən neft və qaz çıxarmaq üçün üzərində neft buruqları və s. təsisat qurulan metal dirəklər üzərində dayanan uzun və böyük körpü. Neft Bakısı üçün səciyyəvi olan sənaye mənzərəsi – dənizi yarıb keçən polad estakadalar, … ayrı-ayrı buruqların yerləşdiyi süni adalar əlcəzairli qonaqları valeh etmişdir. (Qəzetlərdən).

    Azərbaycan dilinin izahlı lüğəti / estakada
  • 2 yer və ya su səthindən müəyən hündürlükdə nəqliyat vasitələrinin, adamların, müxtəlif komunikasiya xətlərinin (su, qaz, boru kəmərlərinin və s.) keçməsi üçün tikilən körpü tipli qurğu dayaqlardan və aşırım konstruksiyasından ibarətdir. Mədən E.-larının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm mərhələdir.

    Neft terminlərinin izahlı lüğəti / estakada

estakada sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. эстакада (строительное сооружение в виде моста или свайного помоста для перевозки грузов, причала судов). Polad estakadalar стальные эстакады, beton estakada бетонная эстакада II прил. эстакадный. Estakada yolu строит. эстакадная дорога

    Azərbaycanca-rusca lüğət / estakada

estakada sözünün inglis dilinə tərcüməsi

estakada sözünün fransız dilinə tərcüməsi

estakada sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] сущ. эстакада (транспортдин гьерекат, гимияр агатун, абуруз ппар ягъун ва ичӀирун кьезиларун патал эцигнавай муьгъ хьтинди; // винел нафтӀадин буругъар ва мсб. туькӀуьрнавай металлдин дестекрал алай чӀехи муьгъ).

    Azərbaycanca-ləzgicə lüğəti / estakada

estakada sözünün türk dilinə tərcüməsi

"estakada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#estakada nədir? #estakada sözünün mənası #estakada nə deməkdir? #estakada sözünün izahı #estakada sözünün yazılışı #estakada necə yazılır? #estakada sözünün düzgün yazılışı #estakada leksik mənası #estakada sözünün sinonimi #estakada sözünün yaxın mənalı sözlər #estakada sözünün əks mənası #estakada sözünün etimologiyası #estakada sözünün orfoqrafiyası #estakada rusca #estakada inglisça #estakada fransızca #estakada sözünün istifadəsi #sözlük