estrada-sirk sözü azərbaycan dilində

estrada-sirk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • estrada-sirk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. == Kloun == Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. == Sirkin tarixi == Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Conatan Estrada
Conatan Estrada (28 noyabr 2000, Santa Ana[d], Kaliforniya) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda hücumçu kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. == Klub karyerası == === LA Qalaksi === Estrada LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Estrada öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Ariel Lassiteri əvəz etmişdir. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 11 İyun 2017 tarixində yenilənib1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Estrada doktrinası
Estrada doktrinası — Paskual Ortis Rubionun prezidentliyi dövründə (1930-1932) yeni hökumətlərin tanınmasına dair 27 sentyabr 1930-cu il kommunikesində Meksikanın xarici işlər naziri Xenaro Estrada Felis tərəfindən formulə edilmiş doktrina."Hökumətlərin qeyri-formal tanınması" doktrinası da adlanır. Tobara doktrinasının əksinə olaraq Estrada doktrinası belə hesab edir ki, müəyyən ölkənin hökumətinin tanınması xarici dövlətlərin xüsusi aktının olmasını tələb etməməlidir. Doktrina 1930-cu ildən 2000-ci illərin əvvəllərinədək Meksikanın xarici siyasətinin əsasını təşkil etmişdir. Doktrina 70 il ərzində ölkənin xarici siyasətində ən təsirli vasitə olub. Doktrinaya görə, xarici dövlətlər hökumətləri, eləcə də başqa dövlətlərin hökumətlərindəki dəyişiklikləri müsbət və ya mənfi mənada qiymətləndirməməlidirlər; çünki belə hərəkət dövlət suverenliyinin pozulmasına səbəb ola bilər. Bu siyasət dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, beynəlxalq mübahisələri dinc yolla həll etmək və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır.. == Haqqında == 12 sentyabr 1931-ci il tarixdə Meksika Millətlər Liqasına qəbul edildi. Bu hadisə olduqca əlamətdar idi, çünki ABŞ-la aralarında həll edilməmiş problemlər qaldığına görə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaradılan beynəlxalq hökumətlərarası təşkilatların heç birinə Meksika dəvət edilməmişdi. Bu zaman Meksika beynəlxalq hüquqa və dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan mövqeyini nümayiş etdirməyə başladı. Meksika hökuməti həmişə mübahisələrin dinc yolla həllini dəstəkləyir və beynəlxalq münasibətlərdə güc tətbiq etməyi rədd edirdi.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. == Mənbə == Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Ryullak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rüllak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Sirk (film, 1928)
Sirk (ing. The Circus) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Çarlinin qastrolda olan sirkdəki macəraları haqqında qəmli komediyadır. "Sirk" onun ən məşhur və uğurlu filmlərindəndir. Burada komik və lirik elementlər uyğunlaşdırılıb. Çarli Çaplinin satirik istedadı insanlara nələrin mane olduğunu görüntü ifadə vasitəsilə aşkar göstərir. == Film haqqında == Filmdə Çaplini meymunların dişləməsi səhnəsi bədbəxt hadisə idi. Qəfəs təsadüfən açılmış və qəzəblənmiş heyvanlar aktyora hücum etmişdilər. Əvvəl Çarli şokda idi. Bunu filmdə görmək mümkündür.
Teatr-sirk Maşonkin
Teatr-sirk Maşonkin — Rostov-na-Donu şəhəri ərazisində mövcud olmuş teatr. Teatr 1906-ci ildə təşkil edilmişdir. == Tarixi == XIX əsrdə Rostov-na-Donunun mərkəzində Moşkin tacirlərinə məxsus geniş torpaq sahəsi mövcud idi. Maşonkin teatrı Taqanroq prospektində (hazır ki Budyonnov prospektində), Sennoy (hazır ki Maksim Qorki küçəsi) küçəsi və Poçtovı döngəsi (hazır ki Ostrovski döngəsi) arasında qəralaşırdı. 1890-cu illərdə onun yerində sirk-teatr Buff və kafe-şantan "Buff" yerləşirdi. Taxta bina olduqca təhlükəli idi. Hər an yanma təhlükəsi vardı. İcarəçi М. N. Zlobin binada "buxar sobası və elektirk xətləri" quraşdırmışdı. XX əsrin əvvələrində taxta bina tamamən sökülür. Onun yerində 12 oktyabr 1906-cı ildə Maşonkin teatrı ilk açılışını etmişdir.
Azərbaycan Dövlət Estrada Orkestri
Azərbaycan Dövlət Estrada Orkestri — 1956-cı ildə Bakıda yaradılmış orkestr. == Tarixi == Orkestr Azərbaycan estrada musiqisinin inkişafında rol oynamışdır. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri lə yanaşı müxtəlif xalqların musiqisi və caz kompozisiyaları geniş yer tutmuşdur. Musiqiçilərdən K. Manaflı, K. Qasımov, R. Seyidzadə, Ş. İbrahimov, Tofiq Şabanov, L. Lubenski, İ. Hüseynov, müğənnilərdən Lütfiyar İmanov, Mirzə Babayev, Elmira Rəhimova, Oqtay Ağayev, Natəvan Şeyxova, "Qaya" kvartetinin üzvləri Tofiq Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisavetski, Y. Devis, N. Andreyeva, Z. Nurullayev, S. Həsənova, rəqqas K. Dadaşov müxtəlif vaxtlarda kollektivin heyətində çıxış etmişlər.1957–1966-cı illərdə qısa fasilələrlə Rauf Hacıyev, 1958-ci ildə Rəşid Behbudov, 1966–1968-ci illərdə Hacı Xanməmmədov, 1968–1971-ci illərdə Anatoli Kalvarski, 1971–1972-ci illərdə isə Əziz Əzizli orkestrin bədii rəhbəri olmuşdur.Orkestr "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Bizim küçə", "Uzaq sahillərdə" və başqa filmlərdə musiqili epizodlara çəkilmiş, bir sıra ölkələrdə qastrol səfərində olmuşdur. Orkestr 1974-cü ildə fəaliyyətini dayandırmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri
Naxçıvan Dövlət Filarmoniyası — Naxçıvan şəhərində fəaliyyət göstərir. == Tarixi == 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Burada xalq çalğı alətləri ansamblı, rəqs kollektivi, instrumental ansambl, simfonik heyət fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri, solistləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Finlandiya, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər. == Estrada Orkestri == Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli, 63-04/S nömrəli Sərəncamı ilə yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Sirk mənim həyatımdır (film, 1978)
== Məzmun == Filmdə Azərbaycan milli sirk ənənələrini müvəffəqiyyətlə davam etdirən respublikanın xalq artisti Xosrov Abdullayevdən, onun maraqlı yaradıcılıq yolundan, yaratdığı yeni illüzion revyusundan, sirk truppasının SSRİ-də, habelə müxtəlif xarici ölkələrdəki çıxışlarından, tanınmış jonqlyorun bənzərsiz proqramından söhbət açılır. Filmdə həmçinin Azərbaycan milli sirk kollektivinin təşəkkül tapması haqqında danışan kino və foto arxiv sənədlərindən də istifadə edilmişdir.
"EKSPO-67" üçün estrada konserti (film, 1967)

Oxşar sözlər

#estrada-sirk nədir? #estrada-sirk sözünün mənası #estrada-sirk nə deməkdir? #estrada-sirk sözünün izahı #estrada-sirk sözünün yazılışı #estrada-sirk necə yazılır? #estrada-sirk sözünün düzgün yazılışı #estrada-sirk leksik mənası #estrada-sirk sözünün sinonimi #estrada-sirk sözünün yaxın mənalı sözlər #estrada-sirk sözünün əks mənası #estrada-sirk sözünün etimologiyası #estrada-sirk sözünün orfoqrafiyası #estrada-sirk rusca #estrada-sirk inglisça #estrada-sirk fransızca #estrada-sirk sözünün istifadəsi #sözlük