* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Feodalizm dövründəki sinfi münasibətlər əsasında meydana gələrək, varislik hüquq və vəzifələri qanunən möhkəmlənmiş ictimai qrup, təbəqə. İmtiyazlı silklər. 2. Ümumiyyətlə, ictimai qrup, təbəqə, zümrə. Çünki Kərbəlayı Səlim bir mömin … adam idi. İstədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. M.F.Axundzadə. …Gündə min dəfə Allaha şükür və səna eləyirəm ki, ana dillərini bilməyən və iş görməyən müsəlman müəllimlərinin silkindən çıxıb alim, qabil və çalışan qlasnilərə yoldaş oldum. “Mol. Nəsr.” [Qocanın] …qiyafəsindən hansı silkə mənsub olduğu belə sezilmirdi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / silk2 ə. 1) məftil; 2) iplik, ip; təsbehin ipi; 3) sıra, cərgə, düzüm; 4) yol, məslək; 5) ictimai təbəqə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / silk2 SİLK Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı silkə mənsub olduğu belə sezilmirdi (Çəmənzəminli); TƏBƏQƏ [Pavluşa:] Bu meyxana yuxan təbəqə üçün deyil (M.S.Ordubadi); ZÜMRƏ Nurməhəmmədin kübarlar zümrəsinin içindən çıxması, Xosrovun nifrət etdiyi bir sinfin övladı olması da onun haqqında yaxşı rəyini, ona olan inamını sarsıda bilməz (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / silk1 SİLK I is. [ ər. ] İctimai təbəqə. Onun hansı silkə mənsub olduğunu müəyyənləşdirmək çətindir. SİLK II f. Çırpmaq. Döşəməyə saldıqları xalçanı bayramqabağı silkdi.
Azərbaycan dilinin omonimlər lüğəti / silk2 I сущ. сословие: 1. социальная группа с закрепленными законом наследственными правами и обязанностями 2. группа лиц, объединённая социальными интересами (в дорев. России) II прил. сословный. Silk bölgüsü сословное деление, silk məktəbləri сословные школы
Azərbaycanca-rusca lüğət / silk1 i. estate; stratum; birinci ~ first estate; dvoryan ~i the nobility; tacirlər ~i the merchants pl.; cəmiyyətin müxtəlif ~ləri the various strata of society
Azərbaycanca-ingiliscə lüğət / silk1 [ər.] сущ. обществодин ччара-ччара ихтиярар авай группа, къат (мес. беглерин, дворянрин, муаллимрин ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / silk