* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. Evlər sırası. İki sıra durmaq. – [Uşaqlar:] Sıralara duraq biz; İrəliyə, irəliyə; Yeni dünya quraq biz. C.Cabbarlı. [Xasay] sırada dayandı. Sıra nömrəsini saydı. Ə.Vəliyev. // Kinoda, teatrda və s.-də oturmaq üçün bir xətdə düzülmüş yerlər. Qabaq sırada oturmaq. Yerimiz dördüncü sıradadır. – Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Çəmənzəminli. Qurultayın birinci iclasında təsadüfimi və ya bilərəkdənmi Eldar [Ceyranın] arxasındakı sırada oturur. S.Hüseyn. 2. Bu və ya başqa bir münasibətlə, ya təşkilati cəhətcə bir arada birləşən adamlar toplusu; heyət. – [Fərman] həmişə bu yerlərin gələcəyini, sabahını görür və sabahı yaradanlar sırasında olması ilə fəxr edirdi. Ə.Sadıq. [Məzlum:] Məni sıranızdan pozun. S.Vəliyev. 3. coğr. Cərgə, silsilə. Qarlı dağlar sırası. – Budur önümdədir təpəsi qarlı; Qafqazın möhtəşəm sıra dağları. M.Rahim. 4. Növbə. Sırası gəldikcə. İndi sizin sıranızdır. Mənim sıram hələ gəlməyib. 5. Sinif, dərəcə, cərgə, mərtəbə, rütbə, zümrə. Bizi onların sırasına daxil etməyin. 6. Adətən “bir” sözü ilə: bir sıra – bir çox, bir miqdar, çoxlu, yaxud bir qədər, bəzi. Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxuculardan bir sıra məktub gəlmişdir. ◊ Sıradan çıxartmaq – korlamaq, xarab etmək, işləməz, yararsız hala salmaq. Maşını sıradan çıxartmaq. – [Sultan:] Lap açıq demişəm ki, [Qoşqar], səni sıradan çıxartmaq üçün Sultan Əmirlinin kifayət qədər gücü də var idi. İ.Hüseynov. Sıradan çıxmaq – korlanmaq, xarab olmaq, daha işə yaramamaq, işləyə bilməmək. Maşın sıradan çıxmışdır. Sıradan qalmamaq – hamı ilə birgə hərəkət etmək, yoldaşlarından geri qalmamaq, ayaqlaşmaq. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Sırası gəldikcə – yeri gəldikcə, növbəti gəldikcə. Bu sırada – bu vaxt, bu arada, bu zaman, bu anda. Bu sırada Rüstəm bəy də artıq gülməyə başladı. Çəmənzəminli. Bu sırada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Bu sırada zavallı mühəndisin gözlüyü də gözündən düşdü. B.Talıblı. O sıradan – o cümlədən. Qurultayın böyük tərbiyəvi əhəmiyyəti daha yaxından ədəbiyyatın və o sıradan dramaturgiyanın yeni yüksək pillələrə qalxmasına yardım edəcək, geniş imkanlarla özünü göstərmiş olacaqdır. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / sıra1 Ərəb mənşəlidir, elə buna görə də -vi şəkilçisi qəbul edərək sifətə çevrilir (sıravi əsgər və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sıra3 1. SIRA Biletlərin hamısı birinci sırada, bir-birinin yanında idi (H.Abbaszadə); CƏRGƏ [Könül atasına:] Yadına gəlirmi, birinci cərgədə oturardı, həmişə də eyni yerdə, hər iki qolu sarıqlı (X.Hasilova); QATAR Sanki yamac üstündə duma qatarı süzür (M.Rzaquluzadə); SƏF (quş qatarı) Saqın gəzin, laçın gözü görməsin; Qorxuram səfnizi poza, dumalar! (M.P.Vaqif). 2. SIRA (coğr.) Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr (S.Vurğun); SİLSİLƏ (məc.). 3. sıra bax növbə 4. sıra bax nizam 2
Azərbaycan dilinin sinonimlər lüğəti / sıra2 I сущ. 1. ряд: 1) совокупность предметов, лиц, расположенных друг за другом, в одну линию. İki sıra ev два ряда домов, iki sıra ağac два ряда деревьев 2) строй в одну линию; шеренга. Ön sıra передний ряд, sıraya durmaq становиться в ряд, sıraya düzmək строить в ряд 3) места для сидения (в театре, кино и т.п.), расположенные в одну линию. Arxa sıralar задние ряды, üçüncü sırada oturmaq сидеть в третьем ряду 4) совокупность лиц, принадлежащих к какой-л. организации, группе, среде и т.д. Milli ordu sıralarında xidmət etmək служить в рядах национальной армии 5) в сочет. bir sıra … (некоторое, обычно немалое количество чего-л.), целый ряд. Bir sıra məsələlər целый ряд вопросов, bir sıra səbəb целый ряд причин, bir sıra mülahizələr söyləmək высказать ряд соображений; bir sıra işçilər целый ряд работников 2. порядок (строгая определённость в расположении, размещении чего-л.). Əlifba sırası алфавитный порядок; sıranı pozmaq нарушить порядок; sıra ilə по порядку II прил. порядковый (указывающий место и последовательность по принятому порядку счёта). Sıra nömrəsi порядковый номер, sıra sayı порядковое числительное; … sıraları … ряды. Partiyanın sıraları ряды партии; … sıralarına daxil olmaq вступить в ряды … III в знач. послел. … sırasında среди …, в числе … Qabaqcıllar sırasında в числе передовиков, əlaçılar sırasında в числе отличников, təltif olunanların sırasında в числе награждённых; sıra ilə yığılmış штабелированный, sıra ilə yığma (yığılma) штабелировка, sıra ilə yığılmaq штабелироваться, sıra ilə yığmaq штабелировать, sıra ilə əkilmiş ağaclar шпалерник, sıra dağlar горный хребет; sıradan qalmamaq не отставать от других ◊ sıradan çıxartmaq kimi, nəyi вывести (выводить) из строя кого, что; sıradan çıxmaq выйти (выходить) из строя, выбывать (выбыть) из строя; sırası gəldigcə по порядку, по очереди; o sıradan в том числе
Azərbaycanca-rusca lüğət / sıra1 i. row; rank; ~ya düzülmək to stand* in a row / a line; evlərin ~sı row / line of houses; ◊ ordu ~larında in the ranks of the army
Azərbaycanca-ingiliscə lüğət / sıra1 is. rang m, rangée f, file f, série f ; ~dan çıxarmaq mettre vt hors de service, détériorer vt
Azərbaycanca-fransızca lüğət / sıra1 сущ. 1. жерге; üç sıra durmaq пуд жерге акъвазун; qabaq sırada oturmaq вилик жергеда ацукьун; 2. тайин са кар патал сад хьанвай инсанрин кӀватӀал; жерге; 3. жерге, цӀиргъ (мес. дагъларин, кӀвалерин); 3. нубат, нупа; 4. жерге, синиф, дережа, мертеба; 5. bir sıra са кьадар, са гзаф, гзаф, бязи; ** sıradan çıxartmaq чӀурун, кӀвалах тийир (виже техкъвер) гьалда ттун; sıradan çıxmaq чӀур хьун, харапӀ хьун, виже тахтун; sıradan qalmamaq жергедикай амукь (акъваз) тавун, гуьгъуьна амукь тавун, виридахъ галаз санал гьерекат авун; sırası gəldikcə нубат атайла, чка атайла; bu sırada и вахтунда, и чӀавуз, и арада, и гьеленда; o sıradan гьакӀни.
Azərbaycanca-ləzgicə lüğəti / sıraI (Borçalı, Gədəbəy) dəfə. – Mən Tiflisə iki sıra getmişəm, Bəkiyə bir sıra getmişəm (Borçalı); – Bü:n iki sıra qonağımız oluf (Gədəbəy) II (Hamamlı) növbə. – Mala sırıynan gedirix’ (Hamamlı) III (Gədəbəy, Şəki, Tovuz) skamya. – Uşaxlar sırado:troy (Gədəbəy)
Azərbaycan dilinin dialektoloji lüğəti.