* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 10.28 |
2003 | •••••••• | 10.63 |
2004 | ••••••••••••••• | 19.88 |
2005 | •••••••••••••••••••• | 26.99 |
2006 | •••••••• | 9.69 |
2007 | •••••• | 7.82 |
2008 | ••••••• | 8.28 |
2009 | •••••••••••• | 15.20 |
2010 | ••••••••• | 11.26 |
2011 | ••••••• | 9.09 |
2012 | •••••••• | 9.98 |
2013 | ••••••••••• | 14.59 |
2014 | •••••••••••••• | 18.02 |
2015 | •••••••••••• | 15.99 |
2016 | ••••••••• | 11.28 |
2017 | ••••• | 6.50 |
2018 | •••••• | 7.94 |
2019 | •••••••••• | 12.94 |
2020 | ••••••••••••••• | 19.23 |
1 is. [ər.] 1. Başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən, hamının bilməli olmadığı söz, iş və s. Ev bizim, sirr bizim. (Məsəl). [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə. [Şərif Almaza:] Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın. C.Cabbarlı. [Südabənin anası:] Qulaq asın, sizə bir sirr deyəcəyəm. M.İbrahimov. // Gizli səbəb; bir şeyin daxili, gizli mahiyyəti. Müvəffəqiyyətin sirri. Qələbənin sirri. 2. Hələ açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma kimi qalmış şey. Təbiətin sirləri. Kosmosun sirləri. – [Usta Ramazan] torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. M.Hüseyn. Dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilirdi. M.Rzaquluzadə. // Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol. Aktyorluq sənətinin sirlərini bilmək. Öz ixtisasının sirlərini dərindən öyrənmək.
Azərbaycan dilinin izahlı lüğəti / sirr1 Ərəbcə əsrar sözü ilə qohumdur. Deyim də var: sirri elə açsan, alçalarsan sən, sirri göyə (Allaha) açsan, ucalarsan sən. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sirr1 pünhanlıq — məxfilik — gizlilik — xəlvətilik — əlaltılıq
Azərbaycan dilinin sinonimlər lüğəti / sirr2 SİRR [Ana:] Vallah bu sirr məni də çaşdırıb... (M.Hüseyn); HİKMƏT Biz ikilikdə bir-birimizdən bu əhvalatın sirrini soruşub düşünürdük ki, görəsən burada nə hikmət var ki, hacı birdən-birə, heç bizim xəbərimiz olmadan, belə bir işə qərar verib? (A.Şaiq); MÜƏMMA Qəndab: Onun Çingizin danışığında qəribə bir müəmma vardı (B.Bayramov).
Azərbaycan dilinin sinonimlər lüğəti / sirr2 сущ. тайна, секрет: 1. то, что скрывается от других, что известно не всем. Ailə sirri семейная тайна, məhəbbətin sirri тайна любви, hərbi sirr военная тайна 2. скрытая причина, скрытая внутренняя сущность чего-л. Qələbənin sirri секрет победы, müvəffəqiyyətin sirri секрет успеха 3. сведения, знания, приёмы, не известные непосвященным. Aktyorluq sənətinin sirləri секреты актерского искусства, ifaçılıq sənətinin sirləri секреты исполнительского искусства, ixtisasın sirləri секреты профессии, peşənin sirləri секреты ремесла 4. то, что не познано, не стало известным или ещё недоступно. Kainatın sirləri тайны Вселенной, kosmosun sirləri тайны космоса, təbiətin sirləri тайны природы, torpağın sirləri тайны земли (недр) ◊ sirr(-i) vermək выдавать, выдать секрет; sirri açmaq раскрывать, раскрыть тайну; sirr kimi saxlamaq держать в секрете; sirrin üstünü açmaq см. sirri açmaq; sirr(-i) saxlamaq хранить тайну; sirr deyil ki, … не секрет, что …
Azərbaycanca-rusca lüğət / sirr1 i. mystery, enigma, secret; ~ açmaq to reveal / to betray / to let* out a secret; ~ saxlamaq to keep* a secret; ~ vermək to let* smb. into a secret; dövlət ~i State secret; hərbi ~ military secret; Onun ölümü sirdir His / Her death is a mystery
Azərbaycanca-ingiliscə lüğət / sirr1 is. mystère m, secret m ; ~ verməzlik dissimulation f des secrets ; ~ yaymaq divulguer des secrets ; ~ olaraq saxlamaq garder comme secret, ne pas montrer le fond de son sac ◊ ~ə yiyələnmək tirer les vers du nez à qn, arracher un secret à qn ; ~in açılması révélation f d’un secret ; ~ini açmaq entrer vi (ê) dans le secret de qn, réveler le secret de qn
Azərbaycanca-fransızca lüğət / sirr1 [ər.] сущ. сир (1. масабурукай чинеба хуьдай, масабуруз чир (лугьун) тийир, виридаз чир хъун (лугьун) лазим тушир, винел акъуд тавуна рикӀе хуьдай чинебан гаф, кар ва мс.; // чинебан себеб; са затӀунин къенепатан, чинебан метлеб; 2. гьеле ахъа тахьанвай, винел акъат тавунвай, гьеле чир тахьана (тавуна) сирлу яз амай затӀ; təbiətin sirləri тӀебиатдин сирер; // масабуруз течир малумат, рехъ, билиг, къайда ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / sirr\ – hisslərin xaricində olan, əqlin təbii seyrinı tabe olmayan, varlığı və özü bizə qapalı olan, gizli-saxlı olan şey. Fövqəltəbii inamın həqiqətləri \.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) gizli iş və ya şey; 2) açılması, aydınlaşması çətin olan hadisə, iş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti