* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əvəz. 1. Müəyyən olmayan şəxs, kim isə, bir adam. Biri irəli gəlib sual verdi. Biri varmış, biri yoxmuş… (nağıl başlanğıcı). – Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. C.Məmmədquluzadə. Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy eləmişdir, – deyə məclisdəkilərin biri o birinə pıçıldadı. Çəmənzəminli. Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox… M.İbrahimov. □ O biri(si) – 1) bu yox, digəri, başqası. O birilərinin də qeydinə qalmaq lazımdır. O birilərinə də xəbər ver. – [Qəhrəman:] Görəsən, hansı ata öz ürəyi etibarı ilə o birisindən geniş və üstündür. S.Rəhimov; 2) ertəsi, ikinci, gələn. O biri gün. O biri dəfə. Heç biri(si) – heç bir şəxs, heç kəs. Heç biri razı deyil. – Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə. 2. Bir neçə və ya bir çox həmcins şeylərdən birisi. Təklif edilən layihələrdən biri keçdi. Bunu bəyənmirsən, o birisini götür. – Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / biri2 мест. 1. некий, кто-то, некто. Biri sizi çağırır кто-то вас зовёт 2. каждый из …, один из … Beş adamdan biri один из пяти, yüzdən biri один из ста ◊ birini bilirsən, yüzünü bilmirsən очень многого не знаешь; biri vardı, biri yoxdu … жилбыл когда-то …, biri işlər, on biri dişlər один с сошкой – семеро с ложкой
Azərbaycanca-rusca lüğət / biri1 əv. 1. a certain, someone; Əli adlı ~ a certain Ali; 2. one of; onlardan ~ one of them; uşaqlardan ~ one of the children
Azərbaycanca-ingiliscə lüğət / biri1 əv. 1) certains, quelqu’un, d’aucuns, on ; sizi ~ çağırır quelqu’un (on) vous appelle ; 2) chacun de, un de, un sur… ; beş adamdan ~ une sur cinq personnes ; yüzdən ~ un sur cent ◊ sən yüzdən ~ni bilmirsən tu ne sais pas beaucoup de choses ; ~ vardı, ~ yoxdu il était un fois
Azərbaycanca-fransızca lüğət / biri1 тӀв-эв. 1. сад, тайин тушир са кас, вуж ятӀани, са кас; // o biri(si) а) им ваъ, муькуьд, масад; б) муькуь, къведай; кьвед лагьай; o biri dəfə муькуь (къведай) гъилда; o biri gün муькуь югъ; heç biri(si) садни, сад хьайитӀани, гьич садни, са касни; 2. сад (сад хьтин са шумуд ва я гзаф затӀарикай сад).
Azərbaycanca-ləzgicə lüğəti / biri