bəri sözü azərbaycan dilində

bəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəri • 98.8597%
  • Bəri • 1.1302%
  • BƏRİ • 0.0101%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Əl-Bəri
Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24) Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir.
Ay bəri bax (mahnı)
Ay bəri bax və yaxud "Bura bax" — Azərbaycan xalq mahnısı. Mahnı demək olar ki, bütün xalq ifaçılarının — xanəndə və vokalçıların repertuarına daxildir. Bu baxımdan mahnının ifa variantları çoxdur. Bu sevgi məzmunlu lirik mahnıdır, təbiətcə nikbindir. == Mahnının tarixi == Mahnının yaranma tarixi XVIII–XIX əsrlərə aiddir. Xanəndənin ifa etdiyi mahnının yazısı XX əsrin əvvəllərində qrammofon vallarında qorunub saxlanılmışdır. Mahnının ilk nota yazısı 1920–1930-cu illərə təsadüf edir.Müxtəlif illərdə müşayiətlə səs və xor üçün notlar və aranjimanlar yaranmışdır. Birinci variantda poetik mətn bayram təbriki ilə bağlıdır, mətn həm də sevgi etirafını əks etdirir (1938-ci ildə Cabbar Qaryağdıoğlunun ifası ilə Səid Rüstəmov tərəfindən lentə alınıb). Mahnının Cabbar Qaryağdıoğlunun ifasında Rüstəmovun nota yazılan ikinci variantı — "Ay al çan, çaxır" "Azərbaycan xalq mahnıları" toplusunda (2-ci cild, Bakı, 1956) çap olunub. Mahnını bu variantı daha çox yayılmışdır.
Ay bəri bax (rəqs)
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Ay bəri bax rəqsi
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Bəriabad
Bəriabad (1991-ci ildən Barepat) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Barepat. Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Krasnoselsk yolunun cənub tərəfində kənd. == Tarixi == Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhalisi olub. 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilmişdi.
Bəriaşi (Sərdəşt)
Bəriaşi (fars. بري اشي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Bərikab (Xudabəndə)
Bərikab (fars. باريك اب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (40 ailə).
Bərikayi (Sərdəşt)
Bərikayi (fars. باريكايي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (34 ailə).
Bəriköy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir.Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Bərikəy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. == Həyatı == 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Ərfaca əl-Bəriqi
Ərfaca əl-Bəriqi (592, Bariq[d], Əsir bölgəsi[d] – 654, Mosul, ərəb. عرفجة بن هرثمة البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun İslam tarixində yerinin önəmli olması bilinir. Ömərin xilafətində ordunun komandanı olmuşdur. == Ridde müharibələri == İkrimə Əbu Bəkrin göstərişi ilə Omanın ardınca Mahra üzərinə yürüş edir. Ona qoşulmalı olan Ərfaca ibn Harthama hələ gəlməsə də, yerli üsyanı təkbaşına yatırır. O, Abyana gedir və göstərişləri gözləməyə başlayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 65.98 dəfə / 1 mln.
2002 ••••••••••••••• 95.93
2003 •••••••••••••••••••• 134.25
2004 •••••••••••••••••••• 134.75
2005 ••••••••••••••••• 112.69
2006 •••••••••••••••••• 119.38
2007 •••••••••••••••• 102.54
2008 ••••••••••• 67.48
2009 ••••••••• 60.31
2010 ••••••••• 59.27
2011 ••••••••••• 69.15
2012 ••••••••• 58.00
2013 •••••••••• 65.93
2014 •••••••••• 61.78
2015 •••••• 39.81
2016 •••••• 37.14
2017 •••••• 39.83
2018 ••••• 27.12
2019 ••••••• 45.20
2020 •••••••••••••• 93.62

bəri sözünün leksik mənası və izahı

  • 1 1. zərf Bu tərəfə, buraya, bu yana, yaxına. Bəri gəl. Bəri dur. – Dolanım başına, ey nazlı yarım, bəri bax! S.Ə.Şirvani. [İmamqulu] bir də süzüb, bəri gəldi. Çəmənzəminli. …Komendant əli ilə cib dəftərçəsini göstərdi: – Onu da bəri ver! [dedi] M.Hüseyn. // Sif. mənasında. Qızıl əsgərlər körpünün bəri üzünə qaçmışdılar. Mir Cəlal. 2. qoş. Bir şeyin (hadisənin və s.-nin) başlanma nöqtəsini və o andan başlayaraq davam etdiyini bildirir; …etibarən. Üç gündən bəri. Üç ildən bəri görüşməmişik. – Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən, öz sənətində irəliləyərək, daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı. Mənim də xəyalım dağları aşır; Qəlbimi şerimə verəndən bəri. O.Sarıvəlli.

    Azərbaycan dilinin izahlı lüğəti / bəri

bəri sözünün etimologiyası

  • 1 Belə bir fikir geniş yayılıb ki, guya –arı2 şəkilçisi tarixən yönlük halı əks etdirib. Əslində, həmin şəkilçi yer sözünün ixtisarından başqa bir şey deyil: bura –“bu yer”, ora – “o yer”, bəri –yenə də “bu yer”, yuxarı –“yüksək yer”, aşağı (bu, aşarı olub, sonra dəyişib) –“alt yer” deməkdir. Deməli, bəri sözü tarixən mürəkkəb olub, indi sadələşib, kök və şəkilçiyə ayrılmır, bu yer ifadəsinin zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bəri

bəri sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəri sözünün antonimləri (əks mənalı sözlər)

bəri sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BƏRİ I zərf Bu tərəfə, buraya, yaxına. Bəri gəl, ay zalım, bir qucaqlaşaq; Unut bu tərsliyi, gəl Allaha bax! (S.Vurğun). BƏRİ II əvəz. məh. Bu. Bəri başdan işinizi möhkəm tutun. BƏRİ III qoşma Bir şeyin başlandığını və davam etdirildiyini bildirir. Qızyetər bu evə köçəndən bəri; Öpür saçlarını günün işığı (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / bəri

bəri sözünün rus dilinə tərcüməsi

  • 1 1. сюда, по эту сторону; 2. со, от;

    Azərbaycanca-rusca lüğət / bəri
  • 2 I нареч. сюда, на эту сторону. Sandığı bəri gətir принеси сюда сундук, bəri gəl поди сюда, bəri dur стань сюда, bəri ver дай сюда, bəri bax гляди (смотри) сюда II мест. употр. в сочет. с tərəfi: эта сторона чего-л. (указывает на сторону, ближайшую к говорящему). Körpünün bəri tərəfi эта сторона моста, çayın bəri tərəfini gözlə следи за этой стороной реки III послел. с (со), начиная с (в сочет. с исходным падежом). İlin əvvəlindən bəri с начала года, səhərdən bəri с утра, axşamdan bəri с вечера ◊ bəri başdan заранее; çoxdan bəri давно, с давних пор; illərdən bəri годами, много лет; nə vaxtdan bəri: 1. с каких пор; 2. давно, с давних пор

    Azərbaycanca-rusca lüğət / bəri

bəri sözünün inglis dilinə tərcüməsi

  • 1 I. z. here; Bəri gəl Come along; ◊ ~ başdan beforehand, in good time; ~ başdan hazırlıq görmək to make* prepa rations beforehand; ~ başdan qeydinə qalmaq to consider / think* of smth. beforehand II. qoş. since, from; keçən ildən ~ since last year; dünəndən ~ since yes terday; Mən saat beşdən bəri sizi gözləyirəm I’ve been waiting for you since five

    Azərbaycanca-ingiliscə lüğət / bəri

bəri sözünün fransız dilinə tərcüməsi

  • 1 1) zərf. ici ; ~ gəl viens ici ; ~ başdan d’avance, par avance ; ~ başdan hazırlıq görmək faire des préparatifs d’avance ; 2) qoş. depuis ; depuis que ; que ; puisque, comme ; keçən ildən ~ depuis l’année dernière ; dünəndən ~ depuis hier

    Azərbaycanca-fransızca lüğət / bəri

bəri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. инихъ, и патахъ; иниз, мукьвал; bəri dur инихъ акъваз; bəri gəl иниз ша; 2. прил. и; çayın bəri üzü вацӀун и пад; 3. къушм. ...инихъ; dünəndən bəri накьанлай инихъ.

    Azərbaycanca-ləzgicə lüğəti / bəri

bəri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) sağalmış, qurtulmuş; 2) pak, təmiz; 3) bəraət qazanmış; günahsız; 4) kənar, iraq; 5) azad.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"bəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəri nədir? #bəri sözünün mənası #bəri nə deməkdir? #bəri sözünün izahı #bəri sözünün yazılışı #bəri necə yazılır? #bəri sözünün düzgün yazılışı #bəri leksik mənası #bəri sözünün sinonimi #bəri sözünün yaxın mənalı sözlər #bəri sözünün əks mənası #bəri sözünün etimologiyası #bəri sözünün orfoqrafiyası #bəri rusca #bəri inglisça #bəri fransızca #bəri sözünün istifadəsi #sözlük